|
Lui Saha "Tottenhem"ə üz tutub
|
Lui Saha "Everton"la yollarını ayıraraq "Tottenhem"ə üz tutub. Fransız hücumçu yeni komandasına mövsümün sonuna qədər icarə qaydasıyla kömək edəcək. Londonlular yayda 33 yaşlı futbolçunun transfer hüququnu almaq imkanına malikdir. Bu mövsüm İngiltərə çempionatında 18 oyuna bir qol vuran Lui "Tottenhem"də Roman Pavlyuçenkonun yerini tutub. Hotspurluların müdafiəçisi Sebastyan Bassonq "Vulverhempton"a icarəyə verilib. Kamerun yığmasının 25 yaşlı müdafiəçisi cari mövsümü məhz "canavarlar"ın sıralarında başa vuracaq. Stiven Pinar isə eyni statusla "Everton"a yollanıb. 29 yaşlı cənubi afrikalı 2011-ci ilin yanvarında London klubuna transfer edilənə qədər məhz "Everton"un şərəfini qorumuşdu. Bu mövsüm Premyer Liqada yalnız 14 dəqiqə meydanda görünən Stivenin Avropa Liqasında 3 oyuna çıxaraq bir qol vurduğunu qeyd edək.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Karlos Mourinyonu dəstəklədi
|
"Don Joze əvvəlki kimi "1" nömrədir”
İspaniyada çıxan "Marka" qəzetinin Roberto Karlosun karyerasını bitirmək qərarına gəlməsiylə bağlı "Anji" rəhbərliyinin mənfi reaksiyasından sonra səbəbkar da bu informasiyanı təkzib edib.
|
Oxumaq
02.02.12
|
| |
|
|
"Mançester Yunayted" liderliyə şərik oldu
|
Mançininin komandası büdrədi
İngiltərə Premyer Liqasında XXIII turun oyunlarına start verilib. İlk oyun günündə 5 qarşılaşma baş tutub. Səfərdə "Vulverhempton"la qarşılaşan "Liverpul" rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan "Liverpul" xalını 38-ə çatdırıb. "Çelsi" isə turu xal itkisi ilə başa vurub. Səfərdə "Suonsi"nin qonağı olan "zadəganlar" rəqibin müqavimətini qıra bilməyiblər və meydanı bir xalla tərk ediblər - 1:1.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Necati Atəş yenidən "Qalatasaray"da
|
Türkiyə Superliqasının hazırkı lideri "Qalatasaray" klubu növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, "Cim Bom" sabiq futbolçusu Necati Atəşi yenidən heyətinə qatıb. "Qalatasaray"ın mövsümün sonunda "Antalyaspor"la müqaviləsi başa çatacaq futbolçunun transferi üçün qarşı tərəfə pulla yanaşı, bir oyunçusunu da verəcəyi söylənilir. 31 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni komandasının düşərgəsinə qoşulacaq. Lakin futbolçu ilə neçə illik müqavilə imzalanacağı hələlik açıqlanmayıb. Qeyd edək ki, 2004-2009-cu illərdə məhz "Qalatasaray"ın şərəfini qoruyub.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Özün – ilk sevgilin
|
|
Dipak Çopra. Onu yazar kimi tanıyanlar həkim kimi tanıyanlardan azdır. Ümumiyyətlə, tanımayanlar isə lap çoxdur. Əslən hindistanlı olan ABŞ vətəndaşı Çopra Şərqin bütün ruhi müalicə üsulları və dini və mənəvi bağlılığın elmi əsaslarını öyrənərək özünümüalicə üsulları ilə ciddi elmi yazılar və əsərlər ortaya qoyub.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Ruslar Putinin yenidən prezident olacağına əmindir
|
|
Rusların böyük hissəsi əmindir ki, Vladimir Putin yenidən prezident seçiləcək. Seçkilərin şəffaf keçiriləcəyinə isə onların yarısı ümid edir. «İnterfaks»a xəbər verir ki, «Levada-mərkəz»in keçirdiyi sorğunun nəticələrinə görə, Putinin qalib gələcəyinə rəyi soruşulanların 78 faizi əmindir, 49 faiz isə seçkilərin şəffaf keçiriləcəyinə inanır.
|
Oxumaq
02.02.12
|
| |
|
|
ABŞ hərbi dəniz qüvvələri İranın balıqçı gəmisini xilas edib
|
|
ABŞ hərbi dəniz qüvvələrinin gəmisi İran körfəzində İranın balıqçı gəmisini xilas edib. Hərbi dəniz donanmasının bildirdiyinə görə, Abraham Linkoln təyyarə daşıyan gəmisi çərşənbə axşamı 9 İran dənizçisini daşıyan balıqçı gəmisindən fəlakət siqnalı alıb. Amerikalı mühəndislər balıqçı gəmisinin mühərrikinin sıradan çıxan kəmərini təmir edib və gəmi yoluna davam edib. «Abraham Linkoln» gəmisinin komandiri, admiral Mayk Şumeyker onun komandasında bütün hallarda yardım göstərə biləcək mühəndislər və həkimlərin olduğunu deyib. Bu, bir ay ərzində ABŞ-ın xilas etdiyi üçüncü İran gəmisidir. İki həftə bundan əvvəl ABŞ-ın hərbi gəmisi 6 İran dənizçisini, yanvarın əvvəlində isə ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi Ərəbistan dənizində quldurlar tərəfindən saxlanan 13 İran balıqçısını xilas etmişdi.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Avropa donur
|
Güclü qar və soyuq hava 70-dən çox insanın ölümü ilə nəticələnib
Şərqi Avropa boyunca güclü qar və havanın hər gün aşağı düşən dərəcəsi artıq 70-dən çox insanın ölümü ilə nəticələnib. Ukraynada şaxta nəticəsində 30 nəfər, Polşada isə 20 nəfər ölüb. Onların əksəriyyətinin evsiz insanlar olduğu bildirilir. Serbiyaya ciddi ziyan dəyib və ölkənin cənubunda fövqəladə vəziyyət elan olunub. Qalın qar uçqunları yolları bağlayıb və elektrik təchizatını kəsib.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Misirdə növbəti etiraz aksiyaları keçirilib
|
Payaxt Qahirədə baş tutan aksiyada yüzlərlə etirazçı iştirak edib
Misirdə hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirilib. Paytaxt Qahirədə baş tutan aksiyada yüzlərlə etirazçı iştirak edib. Parlamentin binasına doğru yürüş edən etirazçılar sabiq prezident Hüsnü Mübarəkin və digər sabiq hökumət rəsmilərinin mühakimə olunmasını tələb ediblər.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Rusiya Suriya ilə bağlı qərar layihəsinə veto qoyub
|
Klinton Suriyaya qarşı hərbi müdaxilə olunacağı ilə bağlı iddiaları təkzib edib
BMT-nin Təhlükəsizlik Şurasının üzvləri hələ ki Suriya ilə bağlı bir qərar verməyiblər. Qərb ölkələri Ərəb Dövlətləri Liqasının planını dəstəkləyir. Plana görə, prezident Bəşər Əsəd istefaya getməli və müxalifətin iştirakı ilə milli hökumət formalaşdırılmalıdır. Qətərin baş naziri Seyx Hamad bin Yassim əl-Tani deyib ki, Suriyada “qətl maşını hələ də işləyir”. Müzakirələrdə Hamad deyib ki, o, hərbi müdaxiləyə çağırmır, amma hesab edir ki, Suriyaya qarşı iqtisadi sanksiyalar güclənməlidir.
|
Oxumaq
02.02.12
|
| |
|
|
|