|
|
|
Nazarbayev Polad Bülbüloğlunu mükafatlandırıb
|
Azərbaycanın Rusiyadakı səfiri Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb
Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu Qazaxıstan Respublikası prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb. Qazaxıstan prezidentinin müvafiq fərmanında deyilir: “Xalqlar arasında sülh və dostluq, qarşılıqlı etibarın möhkəmləndirilməsinə verdiyi xüsusi töhfələr, türkdilli ölkələrin dini-mədəni münasibətlərinin inkişafına yönəldilən fəal fəaliyyətinə görə, Azərbaycan Respublikasının xalq artisti Polad Bülbüloğlu Qazaxıstanın birinci prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülsün”.
|
Oxumaq
16.12.10
|
| |
|
|
|
|
|
|
Medvedyevə Xodorkovski xahişi
|
Məktubu ünvanlayanlar arasında Devid Millibənd və Bernard Kuşner də var
Bir qrup məşhur Qərb siyasətçisi Rusiya prezidenti Dmitri Medvedyevi həbsxanada olan neft oliqarxı Mixail Xodorkovskinin təqib edilməsinə son qoymağa çağırıb. Xodorkovski bir vaxtlar Rusiyanın ən varlı adamı olub. Lakin 2005-ci ildə vergidən yayınma maddəsi əsasında həbs olunub.
|
Oxumaq
16.12.10
|
| |
|
|
Uqo Çavesə əlavə səlahiyyətlər verilib
|
|
Venesuela parlamenti ölkə başçısı Uqo Çavesə əlavə səlahiyyətlər verib. Bu, 1 il müddətinə nəzərdə tutulub. Həftənin sonunda ikinci və yekun səsvermə də eyni cür nəticələnərsə, Çaves tikinti, torpaqdan istifadə, dövlət maliyyələşdirilməsi kimi məsələlərdə parlamentin razılığını almadan qərar vermək səlahiyyətlərinə malik olacaq. Xatırladaq ki, bir neçə gün əvvəl Çaves parlamentə müraciət edərək, son günlər baş vermiş güclü daşqınların nəticəsini aradan qaldırması üçün ona əlavə səlahiyyətlərin verilməsini istəmişdi. Daşqın Venesuelada 140 min insanı ev-eşiksiz qoyub. Təbii fəlakət nəticəsində 40-dək insan həlak olub.
|
Oxumaq
16.12.10
|
| |
|
|
Afrikada da İranı bəyənmirlər
|
Seneqal Tehrandakı səfirini geri çağırıb
İranın Afrika ölkələri ilə münasibətləri pisləşib. Belə ki, Seneqal Tehrandakı səfirini geri çağırıb. Məlumata görə, İranın Afrika dövlətlərilə münasibətləri iqtisadi və hərbi-texniki dəstək vasitəsilə də inkişaf etdirmək istəyi baş tutmayıb. Bu ilin oktyabrında Nigeriyada İrandan su yolu ilə qaçaqmal kimi gətirilmiş silah-sursatın tutulması bu dövlətlərin Tehrana münasibətini dəyişib. Silahların Nigeriya, Qambiya və Seneqal müxalifətçiləri üçün nəzərdə tutulduğu müəyyənləşdirilib. Onlar İranın bu yolla bölgədə vəziyyəti qarışdırmağa çalışdığını düşünür. Xatırladaq ki, bir müddət əvvəl Qambiya da İrandakı səfirini geri çağırmışdı.
|
Oxumaq
16.12.10
|
| |
|
|
Kasilyas seçimini etdi
|
“Messi dünyanın ən yaxşısıdır”
"Real"ın və İspaniya yığmasının təcrübəli qapıçısı İker Kasilyas komanda yoldaşı Kriştianu Ronaldonu təəccübləndirəcək açıqlama verib. Apasport.az saytının xəbərinə görə, "Marca"ya danışan qolkiper "Barselona"nın ulduzu Lionel Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu deyib: "Messi "Qızıl top"un sahibi olmalıdır. Çünki bu mükafata həqiqətən layiqdir. Axı, o, dünyanın ən yaxşısıdır". Bundan başqa ispaniyalı qapıçı 0:5 hesablı "Barsa" məğlubiyyətini unutduqlarını, "Saraqosa" üzərindəki inamlı qələbə ilə çempionluq yarışına davam etdiklərini də qeyd edib.
|
Oxumaq
16.12.10
|
| |
|
|
Dünya çempionatında sensasiya
|
Klublararası dünya çempionatında ilk yarımfinal oyunu keçirilib. BƏƏ-də təşkil olunan mundialın ilk finalçısı Konqonun “Mazembe” və Braziliyanın “İnternasional” klublarının qarşılaşmasında müəyyənləşib. Afrika təmsilçisi heç kimin gözləmədiyi halda 2 cavabsız qol vuraraq yarışın ən böyük sensasiyasına imza atıb. Konqoluların finaldakı rəqibi dünən axşam keçirilən “İnter” (İtaliya) – “Sonnam İlva” (Cənubi Koreya) matçında müəyyənləşib. Həmin final görüşü isə dekabrın 18-də baş tutacaq.
|
Oxumaq
16.12.10
|
| |
|
|
Yığmanın müdafiəçisi qarət olundu
|
İspaniyanın “Real” klubunun futbolçusu Pepe xoşagəlməz hadisə ilə üzləşib. Portuqaliya milli komandasının 27 yaşlı müdafiəçisi oğruların qurbanına çevrilib. Belə ki, milliləşən braziliyalı “Real”la səfər oyununda olduğu vaxt evi qarət olunub. Cinayətkarlar onun evindən 50 min avro pul, kompüterlər və digər qiymətli malları oğurlayıblar. Onlar evdə heç kimin evdə olmamasından istifadə ediblər. Pepe isə yalnız evə döndükdən sonra hər şeyin qarışdığını görüb.
|
Oxumaq
16.12.10
|
| |
|
|
|