|
|
|
“Qadınlardan doğrudan da çox xoşum gəlir"
|
Culian Assanj "Times" jurnalına danışdı
ABŞ-a məxsus məxfi sənədləri yayaraq dünyanın diqqət mərkəzinə düşən "WikiLeaks" saytının qurucusu Culian Assanj azadlığa buraxılandan sonra ilk müsahibəsini "Times" jurnalına verib. O, müsahibəsində həm düşmənlərini, həm də müttəfiqlərini tənqid edib. Culian Assanj ABŞ-ın onu mühakimə etməyə davam edəcəyi təqdirdə əvəzini çıxacağını bildirib. Özünə "Sızıntı bəy" ləqəbi qazanan Assanj İsveçdə məruz qaldığı zorlama ittihamlarının bütün detallarını yayımladığı üçün "WikiLeaks"ın əməkdaşlıq etdiyi "Guardian" qəzetini tənqid edib.
|
Oxumaq
22.12.10
|
| |
|
|
Kot d’İvuarda fransızların həyatı təhlükə altındadır
|
Legitimliyi tanınmayan prezident BMT qüvvələrini və fransız ordusunu ölkədən qovur
Kot d’İvuarda keçirilmiş prezident seçkiləri ilə bağlı yaşanan gərginlik səngimək bilmir. Keçmiş prezident Loran Gbagbonun qələbə çaldığını iddia etməsi və hakimiyyəti əldən vermək istəməməsi, onun rəqibi Alassane Kattaruanın da seçkilərdə qalib olduğunu elan etməsi, bu qələbənin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi ölkədə gərginlik yaradıb. Bir neçə gün əvvəl prezidentliyə iddiaçıların tərəfləri arasında baş verən qanlı toqquşmalar onlarla insanın həyatına son qoyub.
|
Oxumaq
22.12.10
|
| |
|
|
İranın birinci vitse-prezidenti məhkəməyə verilib
|
Korrupsiya ittihamları ilə əlaqədar
İranın birinci vitse-prezidenti korrupsiya ittihamları ilə əlaqədar məhkəməyə verilib. Bu barədə İran Ədliyyə Nazirliyindən məlumat verilib. Son aylar parlamentin mühafizəkar deputatları vitse-prezident Məhəmməd Reza Rahimini tez-tez korrupsiyada ittiham edirlər. Bu yaxınlarda nüfuzlu mühafizəkar deputatlardan olan Elias Naderan onu korrupsiya həlqəsinin lideri adlandırıb. “Assosiated Press” agentliyi məlumat verir ki, bu, Rahiminin məhkəməyə verilməsi barədə ilk rəsmi xəbərdir.
|
Oxumaq
22.12.10
|
| |
|
|
Eto’O 4-cü dəfə Afrikanın ən yaxşı futbolçusu oldu
|
|
Kamerun yığmasının kapitanı Samuel Eto’O 4-cü dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun 29 yaşlı hücumçusu səsvermədə İngiltərə Premyer Liqasında oynayan Kot D’İvuar yığmasının kapitanı Didye Droqba (“Çelsi”) və Qana millisinin hücumçusu Asamoa Qyanı (“Sanderlend”) qabaqlayıb.
|
Oxumaq
22.12.10
|
| |
|
|
Jaba “Xəzər Lənkəran”a qələbə arzuladı
|
|
“Qəbələ”ni mütləq məğlub etməliyik. Səfərdə qazanacağımız 3 xalın önəmini hamımız bilirik. Bu oyun bizim üçün son şansdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın braziliyalı hücumçusu Jaba klubunun rəsmi saytına açıqlamasında deyib.
|
Oxumaq
22.12.10
|
| |
|
|
“Qalatasaray”da amerikalı futbolçu
|
|
“Qalatasaray”ın qış fasiləsində transfer edəcəyi növbəti futbolçunun adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisi Mönhenqladbax “Borussiya”ında forma geyinən amerikalı Mixael Bredli ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.
|
Oxumaq
22.12.10
|
| |
|
|
Yığmamız Dubayda Macarıstanla qarşılaşacaq
|
Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib bəli olub. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, milli komandamız fevralın 9-da Dubayda Macarıstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Qeyd edək ki, yığmamız Dubay toplanışı çərçivəsində Danimarka ilə də qarşılaşacaq.
|
Oxumaq
22.12.10
|
| |
|
|
AFFA dünyanın futbol əfsanələrini Bakıya gətirir
|
Azərbaycan futbolunun 100 illik yubileyi təmtəraqla qeyd ediləcək
AFFA gələn il möhtəşəm tədbir keçirəcək. Bu barədə assosiasiyanın baş katibi Elxan Məmmədov cari ilin yekunları ilə bağlı bu gün təşkil olunan tədbirdən sonra apasport.az saytının müxbirinin sualını cavablandırarkən məlumat verib.
|
Oxumaq
22.12.10
|
| |
|
|
Ferqyuson təqaüdə çıxmaq haqda düşünmür
|
|
Son vaxtlar Aleks Ferqyusonun bir-iki ilə futboldan gedəcəyiylə bağlı şayiələr dolaşmaqdadır. Özü də çox vaxt belə şayiələrin yayılmasına şotland mütəxəssis öz açıqlamalarıyla səbəb olur. Bir qədər tarixə nəzər salsaq, məşqçilik karyerasına son qoymaq haqda Ferqyusonun hələ 2001-ci ildə planlar qurduğunu qeyd etməliyik. O vaxt "bir-iki ilə gedəcəyəm. Uzağı 3 mövsümdən sonra istirahət edəcəyəm" deyən çalışdırıcı indi də "M.Y."-nin "sükanı arxasındadır". Gələn həftə 69 yaşını qeyd edəcək ser Aleksin sözügedən klubun baş məşqçisi kimi 24 ildən uzun müddətə sığan fəaliyyəti artıq "M.Y." üçün rekord göstəricidir. Onun ser Mett Basbinin nəticəsini arxada qoyduğunu xəbər vermişdik.
|
Oxumaq
22.12.10
|
| |
|
|
|