|
|
|
|
|
|
|
«Dəm qazı» faciəsi davam edir
|
Bir nəfər ölüb, yeddi nəfər zəhərlənib
Ötən gün də dəm qazı faciəyə səbəb olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Rəfayel Yusifov mənzilində dəm qazından boğularaq dünyasını dəyişib. Sumqayıt şəhər sakini Ratmir Əliyev, H.Z,Tağıyev qəsəbə sakini Kamilə Zeynalova, İnşaatçılar qəsəbə sakini Natəvan Baxşəliyeva, Sumqayıt şəhər sakini Nəzakət Həsənova, "Qurd Dərəsi" adlandırılan bağlar sahəsində yaşayan Mehriban Həsənova, Ceyranbatan qəsəbə sakini Zaur Nəcəfov, Kəpəz rayon sakini Günay Mərdanova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətiriliblər.
|
Oxumaq
26.01.11
|
| |
|
|
Qayınana qatilinin məhkəməsi başa çatıb
|
Sərxan Bayramov 14 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cəza Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qətl törədən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Astara rayon sakini Sərxan Bayramov cavab verib. S.Bayramov 2010-cu il avqustun 30-da Astara rayonunun Şahağacı kənd sakində qayınanası, 54 yaşlı Hökumə Əsədullayevanı qətlə yetirməkdə təqsirləndirilir.
|
Oxumaq
26.01.11
|
| |
|
|
İki nəfər polis bölməsindən qaçıb
|
Hazırda Göyçay rayonu ərazisində postlar qurulub və axtarışlar davam etdirilir
Göyçay rayon Polis Şöbəsində saxlanılan iki nəfər oradan qaçıb. Şöbənin müvəqqəti saxlanma təcridxanasında saxlanılan iki nəfər polis naryadına müqavimət göstərərək oradan qaçmağa müvəffəq olub. Onlar 1987-ci il təvəllüdlü Elşən Eminov və 1986-cı il təvəllüdlü Xəyal Əsgərovdur.
|
Oxumaq
26.01.11
|
| |
|
|
Abşeron sakinini kürəkəni qətlə yetirib
|
Paytaxtda qadını yaşadığı evdə qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi ev 3 "A"-da yaşayan Sənubər Süleymanzadəni qətlə yetirən onun kürəkəni olub. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, 1973-cü il təvəllüdlü Natiq Çələbiyev S.Süleymanzadəni boğaraq qətlə yetirib. Hazırda N.Çələbiyevin tutulması istiqamətində iş aparılır. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətlə yetirilən 60 yaşlı S.Süleymanzadə 5 övlad anası olub. Onun iki uşağı ilk həyat yoldaşından dünyaya gəlib. Daha sonra isə qadın başqa bir kişi ilə ailə qurub və onun yetim qalmış 3 uşağına da analıq edib. S.Süleymanzadəni qətlə yetirən də onun ögey qızının əri olub.
|
Oxumaq
26.01.11
|
| |
|
|
Yataqxanada törədilən qətlin üstü açılıb
|
Xalasını qətlə yetirən şəxs tutulub
Məcburi köçkünlərin yaşadığı yataqxanada törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Suraxanı rayonu Zığ qəsəbəsindəki 1 saylı Yataqxananın 15-ci otağında qeydə alınıb. Orada yaşayan Zəngilan rayon sakini Ərkinaz Həsənovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN Baş Cinayət-Axtarış İdarəsi, Suraxanı RPİ və Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Həsənovanın bacısının oğlu Elvin Heydərli tutulub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
26.01.11
|
| |
|
|
Masallı sakinin evində cəbbəxana
|
Xeyli silah-sursat götürülüb
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində silah aşkarlanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, silah Masallı rayon sakini Fəramiz Abbasovun həyətindəki yardımçı təsərrüfata baxış keçirilərkən tapılıb. Oradan 1 ədəd "AK-74" markalı, 1 ədəd "Naqan" tipli silahlar, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq, 1 ədəd 200 qramlıq trotil şaşka, 3 ədəd güllə darağı, 70 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Müsahib Vəliyevdən müvafiq sənədləri olmayan 1 ədəd "Makarov" tipli tapança və 8 ədəd güllə götürülüb. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
26.01.11
|
| |
|
|
Polis əməkdaşına xəsarət yetirənlər tutulub
|
Dostların yeni əməli üzə çıxıb
Sabunçu RPİ əməkdaşları bir ay öncə törədilən bıçaqlanma faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qəsdən adam öldürdüyünə görə tutulmuş Rasim Mirzəyevin və Nemət Cəfərovun ətraflarında aparılan əməliyyat tədbirləri nəticəsində əlavə faktlar üzə çıxıb. Onların 2010-cu il dekabrın 12-də Yeni Ramana qəsəbə sakinləri Kamran Babayev və Orxan Əsgərovla birgə polis əməkdaşı Babək Xudiyevə xuliqanlıq zəminində kəsici alətlə xəsarət yetirmələri müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Babayev və O.Əsgərov tutulub və aidiyyəti üzrə Suraxın RPİ-yə təhvil veriliblər. Faktla əlaqədar cinayət işi başlanılıb.
|
Oxumaq
26.01.11
|
| |
|
|
|