|
Qara Qarayev haqqında kitab nəşr olunub
|
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri işıq üzü görüb. Kitab “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” adlanır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kitabın təqdimat mərasimi də keçiriləcək. Mərasim fevralın 4-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Şamanlar haqqında film ABŞ prokatında lider olub
|
Film həftə sonu 15 milyon dollar kassa mədaxili əldə edib
“Mərasim” (The Rite) adlı triller Şimali Amerika kinoprokatında liderliyi ələ alıb. Filmdə rollardan birini Entoni Hopkins canlandırıb. Film həftə sonu 15 milyon dollar kassa mədaxili əldə edib.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Azərbaycanın “Eurovision-2011” təmsilçisi fevralın 4-də məlum olacaq
|
|
Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi fevralın 4-də məlum olacaq. APA-nın məlumatına görə, Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisinin son final konserti əsaslı təmirdən sonra yenicə istifadəyə verilmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq. Həmin gün finala vəsiqə qazanan beş ifaçı – İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyev və Nigar Camal yenidən öz istedad və bacarıqlarının nümayiş etdirəcəklər.
|
Oxumaq
02.02.11
|
| |
|
|
İlin ən gözəl avtomobili müəyyənləşib
|
Bu ilin ən gözəl avtomobil modeli müəyyənləşib. «Autonews.ru» portalının verdiyi məlumata görə, internet istifadəçiləri ilin ən gözəl avtomobili adına Fransanın «Citroen DS4» konseptual modelini layiq görüb. Səsvermədə iştirak edənlərin 45%-i və 60 mindən artıq respondent (62 ölkədən) məhz bu modelə üstünlük verib. Nəticədə, «Citroen DS4» modeli «BMW 5-Series», «Honda CR-Z», «MINI Countryman», «Infiniti M37» və «Volvo V60» kimi modelləri geridə qoyub.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Məsciddən nəzir qutusu oğurlanıb
|
3 nəfərlik dəstənin daha iki müqəddəs ocaqda bu əməli həyata keçirib
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisələrdən biri məsciddən edilib. Lənkəran ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Hüseyniyyə" məscidinin qarşısından nəzir qutusunu oğurlamaqda şübhəli bilinən Sütəmurdov kənd sakinləri Fərahim Vəliyev, Tural İsmayılov və Aleksandr Qaraqulya tutulublar.
|
Oxumaq
02.02.11
|
| |
|
|
“AzAL”a külli miqdarda ziyan vuran şəxslərin məhkəməsi yekunlaşıb
|
Zaur Baxışov və Anar Oruclunun hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “AzAL”ın müxtəlif aviareyslərinə elektron aviabiletləri əldə etməklə və bu biletləri nağd pula ayrı-ayrı şəxslərə satmaqla məşğul olan mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Zaur Baxışov və Anar Oruclu cavab verib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Quldurluq edən dəstə üzvlərinin məhkəməsi davam etdirilib
|
AXCP sədrinin müşavirinin məhkəməsində vəkillər müdafiə çıxışı edib
Fevralın 1-də Bakı Ağır Cəza Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə paytaxtda quldurluq hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev, Mirzə Ağayev, Racu Mehrəliyev, Hüseyn Qurbanov, Elnur Mirzəliyev cavab verir.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Tuncay Almaniya çempionu ilə müqavilə bağladı
|
|
Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son illərdə İngiltərə Premyer Liqasında oynayan hücumçu 2009-cu ildə Bundesliqanın qalibi olan “Volfsburq” klubuna keçib. Artıq yeni komandasında tibbi müayinədən keçən Tuncay 3,5 illik müqavilə imzalayıb.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Dubayda ikinci siftə
|
Azərbaycan millisi bu gün 2011-ci ildə ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız Ukraynanın “Metallist” klubu ilə yoldaşlıq görüşü keçirəcək. Bununla, komandamız 2-ci dəfə ildə ilk oyununu Dubayda keçirəcək.
|
Oxumaq
02.02.11
|
| |
|
|
Leqrottalye ilə Amauri "Yuventus"dan gedib
|
Turin klubu hücumçu problemini 26 yaşlı Alessandro Matrini icarəyə götürməklə həll edib
Nikola Leqrottalye ilə Karvalyo Amauri "Yuventus"un sıralarını tərk edib. Onlar karyerasını yenə də İtaliyada davam etdirəcək. Müdafiəçi Leqrottalye "Milan"la yarımillik müqavilə bağlayıb. 34 yaşlı futbolçu Turini tərk etdiyinə görə məyusluğunu jurnalistlərdən gizlətməyib: "Yuve" ilə yollarımı ayırdığıma görə çox üzülürəm. Bu haqda tezliklə ürəyimdəkiləri ictimaiyyətə açıqlayacağam". Ağ-qara formanı 2003-cü ildən daşıyan Nikolanın milanlılara təxminən 1 milyon avroya başa gəldiyi xəbər verilir.
|
Oxumaq
02.02.11
|
| |
|
|
|