|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
Əsassız yoxlamalara son qoyulmalıdır
|
Samir Şərifov: “Bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır”
Fevralın 1-də Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2010-cu ildə ölkəmizin makroiqtisadi göstəricilərinin artım surəti təmin edilib, iqtisadiyyatın öncül sahələrində müsbət nəticələr əldə olunub.
|
Oxumaq
03.02.11
|
| |
|
|
Parlament fəaliyyətini dayandırdı
|
|
Misir parlamentinin aşağı və yuxarı palataları – Xalq Yığıncağı və Şura fəaliyyətini dayandırıb. Parlamentin hər iki palatası keçən ilin noyabrında keçirilmiş mübahisəli parlament seçkilərinin nəticələrinə yenidən baxıldıqdan sonra fəaliyyətini bərpa edəcək. Müxalifət parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edir.
|
Oxumaq
03.02.11
|
| |
|
|
Baradeyi Mübarəki hədələdi
|
|
Misir müxalifətinin liderlərindən olan Məhəmməd Əl-Baradeyi “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində prezident Hüsnü Mübarəkə ultimatum verib: “Mübarək cümə gününə qədər hakimiyyəti tərk etməlidir”. O, Mübarəkin çıxışını xalqı aldatmaq cəhdi kimi qiymətləndirib. Müxalifət partiyalarının, o cümlədən “Müsəlman qardaşlığı”nın da qatıldığı qrupun verdiyi bəyanatda isə müxalifət Konstitusiyanın dəyişdirilməsinə və Mübarəki dəyişmək üçün koalisyon keçid hökuməti yaradılmasının vacibliyini bildirib. «Müsəlman qardaşlığı» təşkilatı da öncə Baradeyinin Misir hərbçiləri ilə aparılacaq danışıqlara rəhbərlik etməsiylə razılaşmışdılar. Ancaq sonra fikirlərini dəyişdilər. “Müsəlman Qardaşlığı” təşkilatı bəyanat yayaraq bildirib ki, “heç bir halda Mübarək hakimiyyəti ilə danışıqlara getməyəcəklər. Misirin müxtəlif müxalifət hərəkatlarının rəhbərlərinin nümayəndələri hesab edirlər ki, Hüsnü Mübarəkin hakimiyyəti qanuni qüvvəsini itirib və o, istefa verməlidir.
|
Oxumaq
03.02.11
|
| |
|
|
Obama: Dəyişikliklər labüddür
|
|
ABŞ prezidenti Barak Obama televiziya ilə etdiyi çıxışında Mübarəkin nitqinə cavab olaraq deyib ki, Misirdə dəyişikliklər nizamlı, dinc qaydada keçməlidir və buna indi başlanmalıdır. O deyib ki, Mübarəklə telefonla danışıb və Misir lideri dəyişikliyin labüd olduğunu etiraf edib. ABŞ prezidenti Hüsnü Mübarəklə telefon söhbətində ona deyib ki, dinc və nizamlı şəkildə hakimiyyət dəyişikliyi indi başlamalıdır. O, Misirdəki hadisələri Amerikanın partnyoru olan böyük bir xalqın tarixində yeni bir mərhələ adlandırıb. Obama Misirin minillik tarixindəki dəyişikliklərdən birini keçdiyini, bunu isə heç bir xarici ölkənin yox, ancaq Misir xalqının həyata keçirə biləcəyini, öz liderlərini özlərinin seçə biləcəyini deyib.
|
Oxumaq
03.02.11
|
| |
|
|
Nazarbayev növbədənkənar prezident seçkisi təyin edə bilər
|
|
Qazaxıstan parlamenti palataların birgə iclasında prezident Nursultan Nazarbayevə ölkədə növbədənkənar prezident seçkisi təyin etmək hüququ verən Konstitusiya düzəlişlərinə yekdilliklə səs verib. Qazaxıstanda Konstitusiyaya əsasən, indi növbəti prezident seçkisinin elan olunması müstəsna olaraq parlamentin yurisdiksiyasına aiddir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən gün elan etmişdi ki, özünün prezidentlik dövrünün uzadılmasına dair referendum keçirmək planlarını rədd edir və bunun əvəzinə erkən prezident seçkilərini keçirmək təklifini irəli sürür. Onun bu bəyanatı Qazaxıstanda bir çoxlarının təəccübünə səbəb oldu. Nursultan Nazarbayev Qazaxıstanın siyasi həyatında sabit və möhkəm dayaqlara malikdir. Və Birləşmiş Ştatlar, habelə Avropa İttifaqının referendum planları ilə bağlı tənqidi şərhlərindən savayı beynəlxalq birlik və ya Qərbin elə də mühüm təzyiqləri ilə üzləşməmişdi ki, Qazaxıstanın idarəçilik sisteminə dəyişiklik barədə fikirləşsin.
|
Oxumaq
03.02.11
|
| |
|
|
Yəmən prezidenti 2013-cü ildə namizəd olmayacaq
|
Misirdə etirazçılar hələ ki, prezident Hüsnü Mübarəki hakimiyyətdən uzaqlaşdırmağa nail ola bilməsə də, Yəməndə etiraz aksiyaları öz təsirini göstərib. Belə ki, 1978-ci ildən ölkəni idarə edən Əli Abdulla Saleh hakimiyyətdən getməyə hazırlaşdığını bəyan edib. Parlamentdə çıxışında Saleh 2013-cü il prezident seçkisində namizədliyini irəli sürməyəcəyini və əleyhdarlarının iddia etdiyi kimi, öz oğlunun hakimiyyətə gəlməsini dəstəkləməyəcəyini bildirib. Əli Abdulla Saleh ona ömürlük prezident olmaq səlahiyyəti verən Konstitusiyaya düzəlişin müzakirəsi zamanı bu cür bəyanatla çıxış edib və ömürlük hakimiyyətin əleyhinə olduğunu bildirib. Qeyd edək ki, Tunis çevrilişinin və Misir nümayişlərinin təsiri ilə etirazlara başlayan Yəmən müxalifəti bu gün ölkə prezidentinin istefası tələbi ilə növbəti kütləvi nümayiş keçirməyi planlaşdırıb.
|
Oxumaq
03.02.11
|
| |
|
|
|
|
|
|
|
|
“Elə iynə vurulan vaxt dünyasını dəyişdi”
|
Müğənni Rüfət Mehdiyev 42 yaşında vəfat edib
Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev dünən gecə saat 03:00 radələrində 42 yaşında qəflətən dünyasını dəyişib. Ailəsindən Lent.az-a verilən məlumata görə, müğənni “Komedy club” verilişinə baxdığı zaman qəflətən halı dəyişib, təzyiqi qalxıb: “Heç nəyi yox idi, verilişə baxıb deyib-gülürdü. Birdən vəziyyəti dəyişdi. Təcili yardım çağırdıq. İynə vurdular. Elə iynə vurulan vaxt “daha da pisləşdim” - dedi. Həmin anda dünyasını dəyişdi”.
|
Oxumaq
02.02.11
|
| |
|
|
|
|
|