Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Səkkiz ay əvvəl törədilən oğurluğun üstü açılıb
Oğurluq edən üç nəfər saxlanılıb

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ay öncə mənzildən oğurluq edən şəxs tutulub. Saxlanılan Bərdə rayon sakini Sevinc Quliyeva Rüxsarə Hacıyevanın  evindən oğurluq etməkdə təqsirləndirilir.
Oxumaq
02.02.12  
 
“Online” qumarxanaların sayı artır
Daha bir internet klubda qumarxana aşkarlanıb

Paytaxtda daha bir internet klubda qumarxana aşkarlanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qumarxana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində aşkarlanıb. Belə ki, Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun “online” sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Baxış zamanı internet klubda qumarda əldə edilən 297 manat pul, 14 ədəd kopyuter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
02.02.12  
 
Beş piyada vurulub
Onlardan dördü dünyasını dəyişib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakinləri Rafiq Abbasov və Gülsevən İbrahimov vurulublar. Nəticədə R.Abbasov hadisə yerində dünyasını dəyişib.  Xəsarət alan G.İbrahimov isə xəstəxanaya yerləşdirilib. Hacıqabul şəhəri ərazisində şəhər sakini Emin Yusifov “QAZ-53” markalı avtomaşını arxaya hərəkətə gətirərkən Məlahət Nəzirovanı vurub. Nəticədə piyada  hadisə yerində keçinib.
Oxumaq
02.02.12  
 
Taksi sürücüsünə qarşı quldurluq
Hadisəni törədən şəxs ələ keçib

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Gəncə şəhərində baş verib. Naməlum şəxs şəhər sakini Əli Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşına sərnişin qismində oturub “Xarabayeri” adlandırılan əraziyə gedəcəyini bildirib. Mənzil başına çatdıqdan sonra həmin şəxs Ə.Cabbarovu bıçaqla hədələyərək pul verməsini tələb edib. İstədiyinə nail olmadıqda isə onu düşürdərək avtomaşında gedib. Hadisəni törədən şəhər sakini Nəriman Musayev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
02.02.12  
 
Polis bıçaqlanma faktının üstünü açıb
Paytaxt polisi bıçaqlanma faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Aqif Omarovdur. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan A.Qamarov  Eldəniz Omarova xuliqanlıq zəminində bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmaqda təqsirləndirilir. Faktla bağlı araşdırmalar davam etdirilir. 
Oxumaq
02.02.12  
 
Çayxanada dava
Bir nəfər qətlə yetirilib

Masallı rayonunda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndi ərazisində qeydə alınıb. Həmin ərazidəki “Palıd” çayxanasında kənd sakini Əli Zeynalov münaqişə zəminində Murad Heydərovu bıçaqla qətlə yetirib. Ə.Zeynalov Masallı RPŞ əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
02.02.12  
 
Narkotik alverçisinə hökm oxunub
İlham Abdullayev 9 il həbs cəzası alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda narkotik alveri ilə məşğul olan şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Bakı şəhər sakini, əvvəllər məhkum olunan İlham Abdullayev cavab verib.  Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub. Ondan 11 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Məhkəmənin hökmü ilə İlham Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
02.02.12  
 
Rüşvət alan MİKS işçilərinə hökm oxunub
Bərşad Mahmudov 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Bərşad Mahmudov, istismar sahəsinin daha iki əməkdaşı Vüqar Həsənli və Tahir İsmayılov cavab verib. 
Oxumaq
02.02.12  
 
İspaniya futbolu ilə bağlı sensasiyalı xəbər
Primerada çıxış edən bir çox futbolçuların mafioz strukturlarla əlaqəsinin olduğu bildirilir

İspaniyanın hüquq-mühafizə orqanlarından yerli KİV-ə sensasion məlumat sızıb. Bu ölkə çempionatında çıxış edən bir çox futbolçuların mafioz strukturlarla əlaqəsinin olduğu bildirilir.
Oxumaq
02.02.12  
 
"Çelsi" iki yeniyetmə futbolçunu transfer edib
"Çelsi" rəhbərliyi qış "transfer pəncərəsi"nin son günlərində iki yeniyetmə futbolçunu transfer etməklə diqqət çəkib.
Kevin de Bryunenin londonluların sıralarına qoşulacağı gözlənilirdi. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi "Genk"i tərk edərək yeni klubuyla 5,5 illik sözləşmə imzalayıb. Amma o, yeni komandasına yalnız mövsüm başa çatandan sonra qoşulacaq. Qeyd edək ki, Kevin ötən il ÇL-in qrup mərhələsində "Çelsi"yə qarşı hər iki matçda meydana çıxmış və londonluların seleksiyaçılarının diqqətini cəlb etmişdi.
"Zadəganlar"ın transferini həll etdiyi digər futbolçu Patrik Bemforddur. "Nottingem Forest"in 18 yaşlı hücumçusu hələlik londonluların gənclərdən ibarət komandasında top qovacaq. Yeni klubunun ona görə 1,5 milyon funt sterlinq xərcə düşdüyü bildirilir.
Oxumaq
02.02.12  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •