|
Aşıq Samirə bundan sonra Aşiq Samirə olacaq
|
|
30 yaşının 20 ilini əlinə saz alıb, özünü Azərbaycan aşıq sənətinin davamçılarından sayan Aşıq Samirə nəhayət ki, indiyədək ifa etdiyi 12 mahnını albom halına salıb media mənsublarına təqdim edib. “Azadinform” xəbər verir ki, dünən yeni albomunun təqdimatını keçirən Samirə, eyni zamanda özünün həyat və yaradıcılığından bəhs edən saytını da təqdim edib.
|
Oxumaq
13.10.11
|
| |
|
|
Yunanıstanın tanınmış dirijoru Bakıda çıxış edəcək
|
Tanınmış yunan dirijoru Viron Fidetsiz Azərbaycanın paytaxtında çıxış edəcək. Yunanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, konsert Viron Fidetsizin rəhbərliyi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə baş tutacaq. Konsertdə Lüdviq Van Bethovenin “Prometey” uvertürası, Karl Nilsenin Klarnet və Orkestr üçün konserti, Nikos Skalkottasın “Beş yunan rəqsi” və Manolis Kalomirisin 1 saylı simfoniya Levendiası ifa olunacaq. Konsertin oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur.
|
Oxumaq
13.10.11
|
| |
|
|
|
|
|
|
Devid Kemeron Tahir Kərimlinin səsini eşidərsə...
|
|
Qəzetimizin bir neçə sayında cəmiyyətin ziyalı şəxsləri ilə müasir Azərbaycan cəmiyyətində əxlaq anlayışı və onun deqradasiyaya uğramasının qarşısının alınması yolları ilə bağlı müsahibələr yayımlanıb. Vəhdət partiyasının sədri Tahir Kərimli bu mövzu ilə bağlı müsahibə verəndə romantik və xeyli kədərli bir havaya köklənmişdim. Aranızda müsahibəni oxuyanların olduğunu nəzərə alaraq, bir də müsahibənin mətninə qayıdıb, təkrara yol vermək istəmirəm. Sadəcə müsahibədən xoşuma gələn iki cümləni qeyd etmək istəyirəm.
|
Oxumaq
13.10.11
|
| |
|
|
Bleyerdən Türkiyənin AB üzvlüyünə dəstək
|
|
"Bu anda lider olsaydım, yenə Türkiyənin Avropa Birliyində olmasını istəyərdim". Vəzifədə olduğu müddətdə Türkiyənin Avropa Birliyinə üzvlüyünə hər fürsətdə dəstək verən İngiltərənin keçmiş baş naziri Toni Bleyer bu mövqeyini son çıxışında bir daha ifadə edib. Bilgi Universitetinin dəvəti ilə İstanbula gələn Bleyer "Qloballaşmanın gətirdiyi fürsət və təhdidlər" mövzusunda çıxış edib. Bleyur çıxışında "Bu anda bir lider olsaydım, yenə Türkiyənin Avropa Birliyində olmasını dəstəkləyərdim" deyib. Türkiyə ilə İsrail arasında son zamanlarda yaşanan gərginliklərə də toxunan keçmiş baş nazir iki ölkə arasındakı əlaqələrin düzəlməsinə ümid etdiklərini vurğulayıb.
|
Oxumaq
13.10.11
|
| |
|
|
Klinton böyük siyasəti tərk edir
|
|
ABŞ dövlət katibi Hillari Klinton 2012-ci ildə - ABŞ prezidenti Barak Obamanın prezidentliyi başa çatdıqdan sonra öz postunu tərk etmək niyyətindədir. Dövlət katibi «Assoşieyted Press»ə müsahibəsində bildirib ki, adi həyata qayıtmaq niyyətindədir. O, Barak Obamanın təkrarən prezident seçiləcəyinə əmin olsa da ürəyinin başqa yerdə olduğunu vurğulayıb. «Mən həqiqətən də özəl həyata dönmək istəyirəm» - deyə o bildirib. 63 yaşlı Klinton ABŞ-ın 42-ci prezidenti olmuş Bill Klintonun həyat yoldaşıdır, Hillari 2009-cu ilin yanvarından dövlət katibi postunda çalışır.
|
Oxumaq
13.10.11
|
| |
|
|
Məşhur silah alverçisi məhkəmə qarşısında
|
|
Rusiya ordusunun keçmiş zabit və hazırda iş adamı olan Viktor Butun ABŞ-da məhkəmə prosesi başlayıb. Amerikada “Ölüm taciri” adlandırılan 44 yaşlı bu şəxs FARC - yəni Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri adlanan təşkilata yer-hava növlü raketlər və başqa silahlar satmaqda ittiham edilir. Buta qarşı irəli sürülən digər ittihamlar amerikalıları öldürmək cəhdlərində iştirak, Amerikanın silah embarqosu qadağasını pozmaqdır.
|
Oxumaq
13.10.11
|
| |
|
|
İranda dörd nəfər edam edildi
|
|
İranın İsfahan əyalətinin Xomeyni Şəhr şəhərində qrup halında zorlama həyata keçirməkdə günahkar bilinən 4 nəfər edam edilib. «Fars» agentliyi xəbər verir ki, avqust ayında Xomeyni Həhr məhkəməsi qrup halında zorlamada iştirak edən 9 nəfərdən dördünü günahkar sayaraq, onlar barəsində edam hökmü qərarı çıxarıb. Üç nəfər isə 50-75 şallaq cəzasına, eləcə də, 5 ildən 15 ilə qədər həbs cəzasına məhkum ediliblər.
|
Oxumaq
13.10.11
|
| |
|
|
«HRW» Hollivud ulduzlarını Kadırovdan aldıqları pulları və hədiyyələri qaytarmağa çağırıb
|
|
«Human rights Watch» hüquq-müdafiə təşkilatı Çeçenistan prezidenti Ramzan Kadırovun adı günü və bu mərasimlə eyni günə düşən Qroznı şəhərinin ad günü tədbirlərinə təşrif buyuran Hollivud ulduzlarını aldıqları pul və yaxud hədiyyələri geri qaytarmağa çağırıb. Təşkilat ulduzların pulları və yaxud hədiyyələri Kadırovun gecəsində aldıqlarını bildirir. «Bu şəxs çoxsaylı insan haqlarının pozulmasını həyata keçirir» deyə təşkilatın bəyanatında bildirilib. Mərasim zamanı Kadırovdan respublikanın maliyyələşməsi ilə bağlı pulları haradan aldığı barədə sual soruşulub. Kadırovun cavabı isə buna maraqlı olub. O bildirib ki, «bu pulları allah yetirir». Human rights Watch xatırladır ki, Qroznıya gələn ulduzlara qonorar da verilib. KİV-in məlumatına görə, Vanesse Meyə yarım saatlıq çıxış üçün 500 min dollar ödənilib. Şəhər günü tədbirlərində iki dəfə Oskar laureatçısı Hillari Suonk, Jan Klod Van-Damm və başqaları iştirak edib.
|
Oxumaq
13.10.11
|
| |
|
|
|