|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
ABŞ və Böyük Britaniya vətəndaşlarının döyülməsi faktı araşdırılır
|
Yasamal polisi zərərçəkənlərin iştirakı ilə əraziyə baxış keçirib
Bakının Yasamal rayonunda ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devis döyülüb. Dünən Yasamal rayon Polis İdarəsi istintaq şöbəsi əməkdaşları zərərçəkənlərin iştirakı ilə əraziyə baxış keçirib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi qaldırılıb. Həmin şəxslərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
|
Oxumaq
18.06.11
|
| |
|
|
İki avtomobil qaçırılıb
|
Qaçırılan avtomobillər tapılaraq sahiblərinə qaytarılıb
Qaçırılan iki avtomobil tapılaraq sahibinə qaytarılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində, qəsəbə sakini Şamil Hüseynova məxsus "KamAZ" markalı avtomaşın qaçırılıb. Qaradağ RPi 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunan Ceyhun İsmayılov tutulub. C.İsmayılovdan 0,538 qram heroin götürülüb.
|
Oxumaq
18.06.11
|
| |
|
|
İki qardaş suda boğulub
|
Cəlilabad 3 nəfər çayda çimərkən boğulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə zamanı dünyasını dəyişənlərdən ikisi qardaş olub. Belə ki, Cəlilabad şəhəri ərazisində, şəhər sakinləri 13 yaşlı Elmin Alışanlı, 13 yaşlı Asif Zahidov və onun qardaşı 10 yaşlı Məqsəd Mişarçayı idman məşqindən qayıdarkən çayda çimmək istəyiblər. Bu zaman hər üç uşaq boğularaq dünyasını dəyişib. Daha bir bədbəxt hadisə Tovuzda qeydə alınıb. Rayonun Məşədilər kəndində yaşayan 9 yaşlı Turac Kərimova Zəyəm çayında boğulub. Belə ki, T.Kərimova bacısı ilə çayın kənarında qaz otaran zaman çayda üzən qazları çıxarmaq istəyib. Bu zaman ayağı sürüşən qız çaya yıxılıb. T.Kərimova özündən iki yaş balaca bacısının gözü qarşısında batıb.
|
Oxumaq
18.06.11
|
| |
|
|
İki nəfər özünə qəsd edib
|
Ötən gün paytaxtda iki nəfər özünə qəsd edib. Hadisələrdən biri Sabunçu rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Lerik sakini Nəsibə Bayramova özünü öldürüb. O, özünü yaşadığı evin hamamında iplə asıb. Qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Daha bir hadisə Nizami rayonunda qeydə alınıb. Qara Qarayev prospekti 39, mənzil 29-da yaşayan 81 yaşlı Ramiz Tağıyev özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəblər məlum deyil. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanılıb.
|
Oxumaq
18.06.11
|
| |
|
|
«Mercedes» divara çırpılıb
|
Yol qəzası altı nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Ağdam rayonunun Quzanlı kəndi ərazisində, Kürdlər kənd sakini Vahid İsgəndərov "Mercedes" markalı avtomaşını idarə edərkən onu hasara vurub. Nəticədə sərnişin Billurə Qurbanova hadisə yerində dünyasını dəyişib. Xəsarət alan V.İsgəndərov və digər sərnişini Nicat Talıbov isə xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
18.06.11
|
| |
|
|
“Bakı” strategiyasını dəyişir
|
Zeynal Məmmədov: “İnanırıq ki, 4-5 ilə istəyimizə çatacağıq”
“Ötən mövsüm bizim üçün Avroliqadakı uğursuzluqla başladı və bu uğursuzluq çempionatda da davam etdi”. Bunu “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. O, klubunun rəsmi saytına açıqlamasında ötən mövsümə nəzər salıb: “Avroliqada hər iki oyunda qalib gəlməyimizə baxmayaraq, mərhələ adlaya bilmədik və bu komandaya pis təsir etdi. Bunun ardından çempionat oyunları başladı. Mövsümə alman baş məşqçi Vinfrid Şaferlə başladıq və onun qarşısına minimum olaraq Avroliqaya vəsiqə qazanmaq vəzifəsini qoyuldu. Ancaq buna nail olmadıq”.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Berti Foqtsun köməkçisi klub prezidenti olur
|
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasının sabiq qapıçısı karyerasını vətənində davam etdirə bilər. Ştayna vaxtilə əfsanəsi olduğu Bilefeldin “Arminiya” klubunun prezidenti olmaq təklif olunub. Baş məşqçi Berti Foqtsun köməkçilərindən olan Ştaynın bu posta seçilməsi iyunun 27-də gerçəkləşə bilər. Belə ki, həmin gün klubun İdarə Heyətinin yığıncağı keçiriləcək. Ştayn da bu xəbəri təsdiqləyib: “Məsələylə bağlı görüşlərimiz olub. İki dəfə görüşüb müzakirələr aparmışıq. Hadisələrin necə davam edəcəyini gözləyirik”. Qeyd edək ki, “Arminiya” növbəti mövsüm Almaniyanın 3-cü liqasında çıxış edəcək. Ştayn bu komandada qapıçı kimi 512 oyun keçirib.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Futbolumuzun 100 illiyi ilə bağlı fəxri adlar verilib
|
|
Azərbaycan futbolunun 100 illiyi münasibətilə əlaqədar olaraq futbolun inkişafındakı xidmətlərə görə fəxri adlar verildi. Apasport.az saytının məlumatına görə, 3 nəfər - Şakir Orucov, Elşad Ağayev, Sakin Məmmədzadə “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb. Daha 10 nəfər isə “Əməkdar məşqçi” adı ilə təltif olunub. Bunlar Böyükağa Hacıyev, Əsgər Abdullayev, Şakir Qəribov, Yaşar Vahabzadə, Adil Mahmudov, Asif Namazov, Vaqif Paşayev, Tahir Həsənov, Gündüz Cəfərov və Şamil Heydərovdur.
|
Oxumaq
18.06.11
|
| |
|
|
“Barsa”nın prezidenti Mourinyonu hədəfə aldı
|
"Real"ın çalışdırıcısına bizim haqda düşüncələrinə görə ayıb olsun”
Əzəli rəqiblər "Barselona" ilə "Real" arasında ötən mövsümə təsadüf edən sırf idman mübarizəsi gərginliyi ilə yadda qalmışdı. İndi mövsümlərarası dövr olduğundan əsas diqqətlər klub rəhbərliyi səviyyəsində "atışma"ya yönəlib. Buna Sandro Rosell səbəbkar olub. "Barselona"nın prezidenti bir müddət əvvəl Joze Mourinyonun bu komanda haqda səsləndirdiyi qeyri-adi fikirlərə münasibət bildirərkən qarşı tərəfi qıcıqlandıran məqama da toxunub. Yaxşısı budur Roselli dinləyək: "Ötən mövsüm "Real"ın bizimlə rəqabətdə bütün sərhədləri aşdığını hesab edirik.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Bakcell “Yatma, danış” kampaniyasına start verib
|
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, böyük məmnuniyyətlə müştərilərinə növbəti yay sürprizini təqdim edir. Şirkət abunəçilərinə yay gecələrində qeyri-pik saatlarında tamamilə pulsuz danışmaq imkanını yaradan “Yatma, danış”kampaniyasına start verib. “Yatma, danış”kampaniyasına qoşulmaq çox sadədir. Kampaniyada iştirak etmək istəyən abunəçilər sadəcə 550 qısa nömrəsinə boş SMS göndərib, saat 00:00 dan səhər saat 8:00 qədər pulsuz şəbəkədaxili zənglərdən yararlana bilərlər. Xidmətin bir aylıq abunə haqqı 0.55 AZN təşkil edir. Kampaniya iki ay müddətində, yəni 2011-ci ilin iyul ayının sonuna qədər davam edəcək.
|
Oxumaq
18.06.11
|
| |
|
|
|
|
|