|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
|
|
Maliyyə Nazirliyin veb-saytında elektron xidmət bölməsi yaradılacaq
|
2012-ci il dövlət büdcəsi ilə bağlı təklifləri büdcə təşkilatları avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək
Azərbaycan Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, artıq «2011-ci il dövlət büdcəsi haqqında» qanunda müvafiq dəyişikliklər edilib və sənəd dövlət başçısı tərəfindən imzalanıb: «Dəyişikliyin əsas mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olub.
|
Oxumaq
18.06.11
|
| |
|
|
|
|
|
|
Əbədi odlar şəhəri
|
Bakının 30 kilometrliyində yerləşən od məbədi olan "Atəşgah" tarix boyu bura səfər edənlərin diqqətini cəlb edib
Qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilən od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilib.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Tovuzda törədilən qətlin üstü açılıb
|
Meyiti itlərə yedizdirilən Vüqar Məmmədov qonşusu tərəfindən öldürülüb
Tovuzda törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutulub. Araşdırma zamanı məlum olub ki, Vüqar Məmmədovu münaqişə zəminində bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Alakol kənd sakini Tahir Quliyevdir. İlkin dindirilmə zamanı T.Quliyev əməlini etiraf edib və qonşusunu söyüş söydüyünə görə öldürdüyünü bildirib.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Müdafiə Nazirliyinin hərbi hospitalının vəzifəli şəxsləri barədə cinayət işi açılıb
|
Onlar 20 nəfərdən artıq peşəkar hərbi həkim və texniki işçini əsassız olaraq işdən azad etməkdə günahlandırılırlar
Müdafiə Nazirliyinin Bayılda yerləşən hərbi hospitalının vəzifəli şəxsləri barədə cinayət işi açılıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə Trend-ə bildirib ki, hospitaldan qanunsuz olaraq işdən çıxarılmış bir qrup şəxs ona müraciət edərək hospitalın rəisi Rəna Hacıyevanın qanunsuz hərəkətlərindən şikayət ediblər. Deputatın sözlərinə görə, R.Hacıyeva hospitala rəis təyin olunandan sonra 20 nəfərdən artıq peşəkar hərbi həkim və texniki işçini əsassız olaraq işdən azad edib, digər qanunsuz hərəkətlərə yol verib.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Nemət Pənahlının məhkəməsi yekunlaşıb
|
«Azadlıq aşiqi» 6 il, dostu Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib
Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Nemət Pənahlının 7 il 6 ay, Ceyhun Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhkum edilməsini istəmişdi.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Bir gündə 48 cinayət
|
Cinayət törədən 32 nəfər həbs edilib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 25-i "isti izlər"lə açılıb. Həmçinin, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 19 nəfər isə yaralanıb. Gün ərzində 11 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər saxlanılıb.
|
Oxumaq
18.06.11
|
| |
|
|
Sumqayıtda ata oğlunu bıçaqlayıb
|
|
Sumqayıtda ata oğlunu bıçaqlayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində, şəhər sakini Ənvər Eminov oğlu Elnura bıçaqla xəsarət yetirib. Hadisə ailə-məişət münaqişəsi zəminində törədilib. Ə.Eminov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
18.06.11
|
| |
|
|
|
|
|