|
Obama üçün yeni Uotergeyt
|
Məşhur amerikalı ictimai xadim Lidon Laruş hesab edir ki, bu təhlükə ABŞ prezidentinin başı üzərində əsir
Məşhur amerikalı ictimai xadim Lidon Laruş hesab edir ki, Obamanın başının üstündə yeni Uotergeyt perspektivi əsir. RİA «Novosti»in yaydığı xəbərə görə, o bildirib ki, ABŞ prezidenti tərəfindən Konstitusiyanın kobud şəkildə pozulmasına qarşı Konqresdə başlanan üsyan və səlahiyyət uğrunda müharibə - bir vaxtlar Riçard Niksonun dövründə baş verən «Watergating»ə oxşayır. «Bu, başlanğıcdır, lakin Uotergeytlə paralellər göz önündədir» - dey Laruş vurğulayıb. Qeyd edilib ki, Konqresdə təmsil olunan hər iki partiya Obamaya qarşı hərəkətə başlayıblar.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Arif Əsədov: Zaqreb “Dinamo”su ilə şansları bərabər sayıram
|
|
“Deməzdim ki, püşkdə bəxt amili böyük rol oynadı. Onsuz da Çempionlar Liqasında zəif komanda yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. Hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan komandamızın gənc çalışdırıcısı ÇL-in II təsnifat mərhələsində rəqibini orada öyrəndi. Əsədov Zaqreb “Dinamo”sunu güclü saysa da, ruhdan düşmür: “Dinamo” Xorvatiyanın ən köklü klublarından biridir. Son illərdə hər mövsüm çempion olur.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Zaqreb “Dinamo”su püşkdən narazı qaldı
|
Xorvatiya çempionu “Dinamo” isə püşkün nəticəsindən narazı qalıb. Zaqreb təmsilçisinin rəsmi saytı püşkü rəhmsiz sayıb. Xorvatiyalılar “Neftçi” haqda hazırladığı tanıtma yazısına da bu fikirlə başlayıb: “Püşkün şarları “Dinamo”nu heç sevmədi. Düzdür, komandamız mümkün rəqiblərinin hamısından yüksək statusa malikdir. Lakin rəqibimiz Azərbaycan çempionu ilə müqayisədə daha asan da ola bilərdi”. “Neftçi”nin 19 ildə 6 dəfə çempion, 4 dəfə kubokun sahibi olmasını vurğulayan zaqreblilər 4 il əvvəl qarşılaşdıqları “Xəzər Lənkəran”ın çempiondan 7 xal geridə qalmasını da qeyd ediblər.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Nazim Süleymanov arxayınlaşmağa əsas görmür
|
Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov da püşkün nəticələrini normal qiymətləndirib. O deyib ki, avroliqadakı rəqibləri “Minsk” haqda ilkin məlumatıları var”. “Təyyarəçilər”ə ötən çempionatda 4-ci yeri qazandıraraq, Avroliqaya çıxaran 46 yaşlı mütəxəssis püşkün nəticəsinə görə arxayınlaşmağa əsas görmür: “Mən “Minsk”i zəif rəqib saymıram. Komanda ötən çempionatın bürünc mükafatçıdır. Ümumiyyətlə, avrokuboklara çıxan komanda zəif olmur.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Qalatasaray” Reyeslə 4 illik müqavilə imzaladı
|
Forlanın keçidi ilə çətin görünür
“Qalatasaray”ın Madrid “Atletiko”sundan heyətinə cəlb etdiyi futbolçuların keçidi ilə bağlı yeniliklər məlum olub. Transferini bitirdiyi çexiyalı müdafiəçi Tomaş Uyfaluşini İstanbula gətirən “Cim Bom” ispaniyalı yarımmüdafiəçi Xose Antonio Reyeslə də hər məsələdə anlaşaraq, 4 illik müqavilə imzalayıb. Reyes bunun qarşılığında ildə 3 milyon avro qazanacaq. Futbolçunun transferini rəsmiləşdirmək üçün bir məsələ qalıb ki, bu da onun FİFA agenti Lopes Marian Aguiların alacağı menecerlik puludur.
|
Oxumaq
21.06.11
|
| |
|
|
“Qarabağ” ilk transferini reallaşdırdı
|
Azərbaycan gənclər yığmasının futbolçusu Bəxtiyar Soltanov karyerasını Ağdamın “Qarabağ” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Bununla, ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ” UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə yeni transferinin adını daxil edə bilib. Bəxtiyarı komandanın mövsümlərarası fasilədə ilk transferi saymaq olar. Qeyd edək ki, Soltanovun indiyədək karyerası yetirməsi olduğu “Bakı” klubuna bağlı olub.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Elnur Məmmədli Azərbaycan milli komandasına nəfəs verdi
|
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. London-2012-yə lisenziya xalı verən yarışa 9 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 1 bürünc medal olub. Belə ki, yığmamızın heyətində fəxri kürsüyə yalnız Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) qalxıb. O, ilk görüşündə monqolustanlı Bold-Erden Odsurenlə qarşılaşıb və ipponla qələbə qazanıb. Növbəti rəqib braziliyalı Nasif Elias olub ki, həmyerlimiz yerli idmançıya gücünü göstərməyi bacarıb.
|
Oxumaq
21.06.11
|
| |
|
|
“Tropikanka» çimərliyində qətl
|
Mühafizəçi dünya çempionunun həyatına son qoyub
Paytaxt çimərliklərindən birində qətl hadisəsi törədilib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsindəki “Tropikanka» çimərliyində qeydə alınıb. Paytaxt sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlini güllələyib. Silahlı hadisə çimərlikdə istirahət mərkəzinin açılış mərasimində baş verib. Qətlə yetirilən M. İbrahimli dostları ilə istirahət mərkəzinə gəlib. Onlar mərkəzə giriş haqqını ödəmək istəməyib. Bu zaman istirahət mərkəzinin mühafizəçiləri ilə onların arasında dava düşüb. Mühafizəçi Ç.Allahverdiyev tapança ilə onun ayağından iki, başından isə bir güllə vurub.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Qadınların mübahisəsi qanla nəticələnib
|
Sərxoş qadın həmyaşıdına ülgüclə xəsarət yetirib
Paytaxtdakı kafelərdən birində qadınlar arasında düşən dava qanlı sonluqla bitib. Sabunçu rayon Polis İdarəsindən «Kaspi»yə verilən məlumata görə, hadisə Sabunçu Dəmiryolu Stansiyasının ərazisində yerləşən kafedə qeydə alınıb. 23 yaşlı Günay Hobalova orada ofisiant işləyən Tehranə Məmmədovanı döyüb. Daha sonra isə üzərindəki ülgüclə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Hadisəni törədən G.Hobalova saxlanılıb. G.Hobalova hadisəni törədərkən sərxoş olub. Hadisəyə səbəb isə qadınlar arasında əvvəlcədən yaranan mübahisə olub. G.Hobalovanın rəfiqəsi işləyən kafeyə gəlməkdə məqsədi də bu mübahisəyə son qoymaq imiş.
|
Oxumaq
21.06.11
|
| |
|
|
Təcridxanaya portağalın içində narkotik keçirilməsinin qarşısı alınıb
|
|
İstintaq təcridxanasına portağalın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb. Milli.Az xəbər portalının Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, 2 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəssisədə saxlanılan 24 yaşlı Samir Allahverdi oğlu Cəfərovun yanına gəlmiş atası Allahverdi Qüdrət oğlu Cəfərovun gətirdiyi ərzaq və sovqatlara baxış keçirilib.
|
Oxumaq
21.06.11
|
| |
|
|
|