|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
Almaniya Bakı üçün ulduz axtarır
|
Almaniya növbəti ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” musiqi yarışması üçün ulduz axtarışına artıq start verib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu seçimlərdə ən uğurlu namizəd 2012-ci ildə Almaniyanı Bakıdakı müsabiqədə təmsil edəcək. Almaniyanın milli seçim prosesi “Brainpool” şirkətinin təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətinə Almaniyanın ən məşhur artistlərindən olan 42 yaşlı Thomas D başçılıq edəcək. Öz qrupu ilə birlikdə o dəfələrlə mükafatlara layiq görülüb. Əvvəlki illərdə isə milli münsiflərə başçılıq etmiş Stefan Saab bu şərəfli işi Thomasa verdiyindən məmnunluq hissi duyduğunu ifadə edib: “Çox xoşbəxtəm ki, bu dəfə münsiflər heyətində baş rolu məhz Thomas ifa edəcək. Əminəm ki, o, bu işin öhdəsindən layiqincə gələcək”.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Müğənnilərimiz türkiyəli ulduzlarla bir səhnədə
|
|
İyulun 1-dən 8-nə kimi Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə “Silifke Musiqi Haftası” çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalı keçiriləcək. 1974-cü ildən keçirilən Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalına bu il 25-dən yuxarı ölkənin, o cümlədən Azərbaycan, Rusiya, Yunanıstan, Kosova, Makedoniya, İtaliya, Rumıniya kimi ölkələrin iştirakçıları qatılacaqlar.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Lənkəranda II Respublika Teatr Festivalı keçirilir
|
|
Dünən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Yeni teatr” II Respublika Festivalı start götürüb. Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək tədbirin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müddəalarına müvafiq olaraq keçirildiyini, onun başlıca məqsədinin regionlarda mədəniyyətin daha da inkişaf etməsinə təkan verməkdən, bölgələrdə fəaliyyət göstərən teatrların bacarığını bu festival vasitəsi ilə nümayiş etdirməkdən, teatrlar arasında yaradıcılıq əlaqələrini möhkəmləndirməkdən, sənət mübadiləsinə şərait yaratmaqdan ibarət olduğunu bildirib.
|
Oxumaq
22.06.11
|
| |
|
|
«Uembli arayışı»nın təqdimatı oldu
|
Kitabda müəllifin son illər yazdığı köşə yazıları, bədii-publisistik məqalələri toplanıb
Dünən Mətbuat Şurasında tanınmış jurnalist, «Ədalət» qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlunun «Uembli arayışı» kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Şura bununla yeni layihənin icrasına başlayır, bir növ, yeni ənənənin əsasını qoyur. Bu, peşəkar baxışları ilə diqqəti çəkən istedadlı həmkarlarımızın yaradıcılıq nümunələrini özündə cəmləşdirən kitabların təqdimatı və müzakirələrinin təşkilidir. M.Əhmədoğlunun Azərbaycanın zəhmətkeş jurnalistlərindən olduğunu vurğulayan Ə.Amaşov onu ölkənin 10-15 ən yaxşı köşə yazarından biri kimi səciyyələndirib. Sakit təbiətli, xeyirxah xislətli, təvazökar bu insana xas keyfiyyətlərin Məzahirin yaradıcılıq nümunələrində boylandığını deyib. «Uembli arayışı»nda dolğun nümunələrin toplandığını bildirən Şura sədri ömrünün kamillik dövrünü yaşayan müəllifin yeni-yeni uğurlara imza atacağına əmin olduğunu dilə gətirib.
|
Oxumaq
22.06.11
|
| |
|
|
|
|
|
|
|
|
Rəqiblər bəlli oldu
|
|
Püşk “Neftçi” və "Xəzər Lənkəran"a çətin, “Qarabağ” və AZAL-a isə asan rəqiblər qismət etdi
|
Oxumaq
21.06.11
|
| |
|
|
|
|
Suriya prezidenti milli dialoqun keçiriləcəyini bəyan etdi
|
O, ölkədə yaşanan böhrana görə məsuliyyəti dinc nümayişçilərin sırasına soxulmuş «quldurlar dəstəsi»nin üzərinə atıb
Suriya prezidenti Bəşər Əsəd ölkə vətəndaşlarına müraciətində yaxın günlərdə milli dialoqun keçiriləcəyini bəyan edib. Əsəd ölkədə yaşanan böhrana görə məsuliyyəti dinc nümayişçilərin sırasına soxulmağa müvəffəq olan «quldurlar dəstəsi»nin üzərinə atıb. Bu, Suriya prezidentinin mart ayından başlanan etiraz aksiyalarından sonra xalqa etdiyi üçüncü müraciətdir.
|
Oxumaq
21.06.11
|
| |
|
|
|
|
|