|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
Almaq üçün satmalı
|
“Real”ın yeni transferləri satışa çıxarılan futbolçulardan asılıdır
Ötən mövsüm başa çatan kimi heyətini 3 futbolçuyla (Nuri Şahin, Həmit Altıntop, Kalyexon) gücləndirən "Real" rəhbərliyinin transfer bazarında fəal olacağı gözlənilirdi. Amma madridlilər bir sıra səbəblərdən bu planda bir qədər düşünməyə üstünlük verir.
|
Oxumaq
22.06.11
|
| |
|
|
MTN dərman qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirib
|
Saxlanılan Anar Mustafayevin evinə baxış zamanı 163 adda dərman götürülüb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycana qaçaqmalçılıq yolu ilə dərman gətirən şəxs saxlanılıb. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, saxlanılan Anar Mustafayevdir. A.Mustafayevin müvafiq dövlət qeydiyyatından keçmədən və lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil etməsi məlum olub.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Qonşusunun həyatına son qoyan şəxs tutulub
|
|
Qonşusunun həyatına son qoyan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayvaz Almuradov saxlanılıb. A.Almuradov Bayıl qəsəbəsində mübahisə zəminində qonşusu Arzuman Namazovu qətlə yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin təfərrüatına gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, A.Almuradov hadisədən əvvəl A. Namazova irad tutaraq evinə su vurmaq üçün quraşdırdığı mühərriki işə salarkən mənzilinə gələn suyun kəsildiyini bildirib. Nəticədə qonşular arasında münaqişə yaranıb və A.Almuradov A.Namazovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən A.Almuradovun “Xüsusi təhqiqatlar” qəzetinin əməkdaşı olduğu bildirilir.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Xarici jurnalisti döyənlərdən birinin fotorobotu nümayiş olunub və mükafat təyin edilib
|
|
Bakının Yasamal rayonu ərazisində Birləşmiş Ştatlar vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisi döyən şəxslərdən birinin fotorobotu hazırlanıb. Modern.az ANS-ə istinadla bildirir ki, aparılan əməliyyat tədbirləri nəticəsində, məlum olub ki, bu şəxs 20-25 yaş arası, boyu 175-180 sm, arıq bədən quruluşuna malik biridir. Bu şəxsi tanıyanlardan, yaxud onun barəsində hər hansı məlumatı olanlardan Yasamal rayon Polis İdarəsinə zəng etməklə məlumat vermələri xahiş olunur.
|
Oxumaq
22.06.11
|
| |
|
|
İçərisi pula dolu seyf oğurlanıb
|
Dörd oğurluq faktının üstü açılıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Lənkəran ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tofiq Məmmədzadəyə məxsus stomotoloji emalatxanadan oğurluq edən şəhər sakini, əvvəllər məhkum olunan Cabir Musayev tutulub. Ətrafında aparılan əlavə tədbirlər zamanı onun iyunun 2-də şəhər sakini Ramin Məmmədovu qayçı ilə hədələyərək mobil telefonunu alması da müəyyən edilib.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Azyaşlılar mübahisəni bıçaqla həll edib
|
Şəmkirdə qardaş qardaşının həyatına son qoyub
Şəmkirdə 12 yaşlı uşaq özündən iki yaş böyük qardaşını bıçaqlayıb. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə iyunun 20-də saat 23.00 radələrində Dəllər qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov 1997-ci ildə anadan olmuş böyük qardaşı Niyaməddini bıçaqlayaraq öldürüb. Kiçik qardaş özündən iki yaş böyük olan qardaşını ürəyindən bıçaqlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Məcburi köçkünü ildırım vurub
|
|
Goranboy rayonu ərazisində bir nəfəri ildırım vurub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun "Meşənin üstü" adlanan ərazisində olub. Həmin ərazidə qoyun otaran Kəlbəcər rayon sakini Nicat Yolçuyev ildırım vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Daha iki uşaq yol qəzasında ölüb
|
4 yaşlı uşaq maşınla 3 yaşlı bacısının üstündən keçib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində, kənd sakini Elşad Hüseynov "UAZ-463" markalı avtomaşını idarə edərkən onu Girdiman çayına aşırıb. Sərnişinlər Arif Maqsudov və Sahib Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Polis zabitini yaralayan narkotik alverçisi məhkəmə qarşıçında
|
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis zabitinə xəsarət yetirməkdə və narkotik alverində ittiham olunan şəxsin məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşıçında Natiq Mirzəyev cavab verir. İttihama görə, martın 31-də Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mirzəyev saxlanılıb. Ondan 1 kiloqram 5,7 qram heroin götürülüb. Saxlanılan zaman o, özünə bıçaqla xəsarət yetirməyə cəhd edib. Cəhdin qarşısını alan əməliyyat müvəkkili, polis baş leytenantı Ramin Mehdiyev əlindən xəsarət alıb.
|
Oxumaq
22.06.11
|
| |
|
|
Emin Ağalarov Londonda konsert verəcək
|
Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Londonda konsert proqramı ilə çıxış edəcək. APA-nın müğənninin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, konsert iyulun 21-də “Under the Bridge” klubunda keçiriləcək. Xatırladaq ki, Emin iyulun 7-də Bakıda Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Konsert çərçivəsində müğənninin yeni klipinin təqdimatı da olacaq. Hər dəfə olduğu kimi, Eminin bu konserti də xeyriyyə məqsədi daşıyır.
|
Oxumaq
22.06.11
|
| |
|
|
|
|
|