|
|
|
|
|
Liviyada hərbi gücdən istifadənin müddəti uzadıldı
|
Layihəni senatorlar Con Kerri və Con Makkeyn təqdim edib
ABŞ Senatı daha bir il ərzində Liviyada hərbi gücdən istifadə etmək üçün qətnamə qəbul edib. Rusiya mətbuatının yaydığı məlumata görə, qətnamə BMT Təhlükəsizlik Şurasının 1973-cü qətnaməsi üzrə NATO missiyasının bir hissəsi kimi icra olunacaq. Qətnamə ABŞ prezidentinin səlahiyyətləri çərçivəsində ABŞ milli maraqlarına dəstək olaraq Birləşmiş Ştatların Liviyada silahlı qüvvələrinin məhdudlaşdırılmış istifadəsini davam etməyə imkan verir.
|
Oxumaq
23.06.11
|
| |
|
|
Amerika qoşunları Əfqanıstanı tərk etməyə başlayır
|
|
ABŞ prezidenti Barak Obama Əfqanıstandan 30 min əsgərinin çıxarılması barədə qərarını elan edəcək. «Associated Press» bunu Konqres və Ağ evdəki mənbəyə istinadən yayıb. Plana uyğun olaraq 5 min hərbçi iyulun sonuna kimi, daha 5 min isə ilin sonuna kimi oranı tərk edəcəklər. Yerdə qalan 20 min isə gələn ilin sonuna kimi Əfqanıstandan getməli olacaq. Əsgərlərin çıxarılmasının əsas səbəbləri sırasında «Əl-Qaidə» lideri Üsamə bin Ladenin öldürülməsi, eləcə də prezident seçkilərinin yaxınlaşması göstərilir.
|
Oxumaq
23.06.11
|
| |
|
|
Deputatlar Berluskonini dəstəklədilər
|
İtalyan deputatlar ölkənin iqtisadi inkişafına dair sənədə səsvermədə hökumətə etimad ifadə edib
İtaliya parlamentinin deputatları ölkənin iqtisadi inkişafına dair sənədə səsvermədə Silvio Berluskoni hökumətinə etimad göstərib. Parlamentin 317 deputatı sənədin lehinə, 293 nəfər isə əleyhinə səs verib. Qeyd edək ki, hər hansı mübahisəli qanun layihəsi ilə əlaqədar hökumətə etimad məsələsinin çıxarılması İtaliyanın parlament sistemində adi təcrübə sayılır. İcraçı rəhbərlik bundan daha çox ciddi müzakirələrə səbəb olan qərarların parlamentdə cəld qəbulu üçün istifadə edir. 2008-ci ildə Silvio Berluskoninin hazırki hökumətinin fəaliyyətə başlamasından bəri parlamentarilər Nazirlər Kabinetinə etimad məsələsini 44 dəfə səsverməyə çıxarıb.
|
Oxumaq
23.06.11
|
| |
|
|
Yunanıstan hökuməti parlamentin “xeyir-dua”sını aldı
|
Parlamentdə çoxluq Panpandreunun təklif etdiyi yeni kabinetə səs verib
Yunanıstanın baş naziri George Papandreunun yeni kabineti nəhayət ki, parlamentin inamını qazanıb. Parlamentdə çoxluq Panpandreunun təklif etdiyi yeni kabinetə səs verib. Papandreu iqtisadi böhranla əlaqədar büdcə xərclərinin kəskin azaldılmasından yaranan narazılığı aradan qaldırmaq üçün yeni kabinetin tərkibini ötən həftənin sonu təqdim edib.
|
Oxumaq
23.06.11
|
| |
|
|
Belfast od içində
|
Şimali İrlandiyanın paytaxtı Belfastın şimalında katoliklərlə protestantlar arasında toqquşmalar artıq ikinci gündür ki, davam edir. Hər şey tərəflər arasında bazarertəsi baş vermiş atışmadan sonra başlayıb. Bundan sonra tərəflər arasında toqquşma daha da güclənib. Ötən gün isə protestant və katoliklərin polislə toqquşması baş verib. Etirazçılar bir-birlərinə və polisə “molotov kokteyli” ataraq polis avtomobillərinə hücum edib. Sayları təxminən 700 nəfərə çatan etirazçılar Şort Strenddə küçəyə axışaraq ciddi problemlərə səbəb olub. Polis iki nəfərin yanıq xəsarəti aldığını bildirib.
|
Oxumaq
23.06.11
|
| |
|
|
“Bizim də mənliyimiz var!”
|
“8-ci kilometr” bazarında 15-16 yaşdan tutmuş, 65 yaşadək arabaçıya rast gəlmək mümkündür
Hər kəsin “Vasmoy” kimi tanıdığı “8-ci kilometr” bazarında hamıdan çox işləyən və hamıdan da az qazanan bəlkə də arabaçılardır. Onların bu əziyyətlərini nəzərə alıb, bir yazımızı da arabaçılara həsr etmək qərarına gəldik.
Bazara getməzdən əvvəl qeyri-ixtiyari fikir yaranırdı – görəsən bizimlə kimsə danışacaqmı?
|
Oxumaq
23.06.11
|
| |
|
|
Narkotikin tərkibi ilə bağlı şok faktlar açıqlandı
|
İrandan Azərbaycana gətirilən heroinin tərkibində insanı aqressivləşdirən xüsusi yeridilmiş kimyəvi maddələrin olduğunu müəyyən edilib
BMT-nin qərarı ilə hər il bütün ölkələrdə 26 iyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü kimi qeyd edilir. Problemə diqqət çəkmək üçün dünən Bakıda da Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” mövzusunda konfrans təşkil edilib.
|
Oxumaq
23.06.11
|
| |
|
|
|
|
|