Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 311 312 313 314 315 316 317 318 319 » #
Bazarda çanta oğurluğu
Hadisəni törədən qadın saxlanılıb

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev prospektindəki bazarda oğurluq edən şəxs tutulub. Saxlanılan şəhər sakini Sevda Həsənova Gülmirə Novruzovaya məxsus içərisində 40 manat olan çantanı oğurlamaqda təqsirləndirilir. 
Oxumaq
23.06.11  
 
Çayxanada silah işlədilib
Şabran sakinindən 1 ədəd "Naqan" tipli tapança və 7 ədəd güllə götürülüb

Çayxanada düşən mübahisədə silah işə salınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Şabran şəhərinin ərazisindəki çayxanada, şəhər sakini Xaqani Camalov sərxoş halda həmyerlisi Aydın Məmmədovu və Lənkəran şəhər sakini Zakir Səfərovu tapança ilə hədələyib. Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Camalov saxlanılıb. Ondan 1 ədəd "Naqan" tipli tapança və 7 ədəd güllə götürülüb.
Oxumaq
23.06.11  
 
Qanunsuz meşə materialı daşıyan şəxs saxlanılıb
Qanunsuz meşə materialı daşıyan şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Oğuz rayonunun Sincan kəndi ərazisində, Göyçay rayon sakini Rafayel Mayılovun idarə etdiyi "Ford Tranzit" avtomaşınına Oğuz RPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında baxış keçirilib. Avtomaşında müvafiq sənədləri olmayan 3,5 kub metr meşə materialından hazırlanmış kömür aşkar edilib.  Araşdırmalar aparılması üçün sürücü avtomaşınla birgə RPŞ-yə gətirilib. 
Oxumaq
23.06.11  
 
Abşeron sakini özünə qəsd edib
İnqilab Məmmədov sirkə turşusu içərək özünü zəhərləyib

Abşeron sakini özünə qəsd edib. Rayon Prokurorluğundan verilən məlumata görə, Xırdalan şəhər sakini, İnqilab Məmmədov intihar edib. 55 yaşlı İ.Məmmədov sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda İ.Məmmədovun özünə qəsd etməsinin səbəbləri araşdırılır. 
Oxumaq
23.06.11  
 
Batma təhlükəsi ilə üzləşmiş 7 nəfər xilas edilib
Bir nəfərin isə cəsədi sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri suda batmaq təhlükəsi ilə üzləşən 7 nəfəri xilas edib. Nazirliyin rəsmi saytında verilən məlumata görə,  Bakının Səbail rayonunda dənizin nəzarət olunmayan hissəsində aşkarlanan insan cəsədi çıxarıb. Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində 2 nəfər və Mingəçevir su anbarının nəzarət olunan hissəsində 5 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Həmin şəxslər dalğıc-xilasediciləri tərəfindən sağ-salamat quruya çıxarılıb.
Oxumaq
23.06.11  
 
Azərin Türkiyədə mükafata layiq görülüb
Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin Dənizli şəhər bələdiyyəsi, Dənizli valiliyi və TRT-nin birgə təşkilatçılığı ilə düzənlənən “Türkvision” festivalının yekununda konsert proqramı ilə çıxış edib.
Türkiyə mətbuatının xəbərinə görə, qapanış konsertində insanlar Azərinin ifası zamanı ona qoşulublar. Festivalın sonunda azərbaycanlı sənətçiyə xüsusi mükafat təqdim edilib. Qeyd edək ki, “Türkvision-2011” festivalının açılışı iyunun 15-də keçirilib. Açılış mərasimində Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal çıxış ediblər.
Oxumaq
23.06.11  
 
Ayşvariya ana olmağa hazırlaşır
37 yaşlı  hind və Hollivud kinoulduzu Ayşvariya Ray və onun  35 yaşlı həyat yoldaşı, aktyor Abxişek Baxçan ilk uşaqlarını gözləyirlər. Glamour.ru xəbər verir ki, bu sevincli xəbəri gələcək valideynlər deyil, Abxişekin atası, vaxtilə populyar olmuş Bollivud aktyoru Amitabx Baxçan Twitter-də yazıb. 
“Mən tezliklə baba olacağam, Ayşvariya uşaq gözləyir. Mən çox xoşbəxtəm və xəyəcanlıyam!” - deyə yazıb.
Bildirək ki, hind kinoulduzları 2007-ci ildə evləniblər.
Oxumaq
23.06.11  
 
Cenifer Lopes Şöhrət Xiyabanında yer aldı
Hollivudun Şöhrət xiyabanında adlı ulduzların verilməsi üzrə komitə 2012-ci ildə açılacaq ulduzların sahiblərini - kino aktyorları, musiqiçilər və televiziya işçilərini seçib. Səsvermənin nəticələri Şöhrət Xiyabanın saytında yerləşdirilib.
Kinoaktyorlar arasında  Vin Dizel, Skarlet Yohansson,  Cenifer Eniston, Keyt Uinslet, Malkolm Makdauell və digərləri var. Televiziya xadimləri arasında mükafatı «Simposonlar» və «Futurama» animasiya seriallarının yaradıcısı Mett Qrouninq, aktrisa Patrisiya Xiton və aktyor Adam Uest alacaqlar.
Oxumaq
23.06.11  
 
Məşhur modelyer məhkəmə qarşısında
Onu 6 aylıq həbs cəzası gözləyir

Böyük Britaniyanın məşhur modelyeri Con Qalyanonun məhkəmə işi çərşənbə günü Parisin islahedici məhkəməsində başlayacaq. O, irqçilikdə və antisemitizmdə ittiham olunur. Xatırladaq ki, ötən ilin dekabrında məşhur “Christian Dior” modalar evinin direktoru Con Qalyano Parisdəki məşhur kafelərin birində onunla yanaşı masada əyləşən yəhudi xanımı təhqir edərək, Adolf Hitleri sevdiyini bildirmişdi.
Con Qalyanonun törətdiyi qalmaqal kafenin təhlükəsizlik kamerasına da düşmüşdü. Daha sonra həmin videogörüntülər internetdə yerləşdirilmişdi.
Oxumaq
23.06.11  
 
«Qara bəbir» paltar tikir
Kempbell yeni işə başlayıb

Məşhur modellər Keyt Moss, Klaudiya Şiffer və El Makferson podiumlardakı karyelarını başa vurandan sonra modelyerliyə başlayıblar. «Qara bəbir» adlanan model Naomi Kempbell də bu yolla gedir. 41 yaşlı qaradərili modelin «Fiorucci» modalar evi üçün dizaynerlik etdiyi və cins geyimlər kolleksiyası hazırladığı bildirilib.
Kempbellin kişilər üçün nəzərdə tutulmuş geyimlər kolleksiyası yaxın günlərdə Milanda başlayacaq Yüksək Moda Həftəsində nümayiş etdiriləcək.
Oxumaq
23.06.11  
 
Səhifələr : # « 311 312 313 314 315 316 317 318 319 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •