|
|
|
|
|
|
|
|
|
|
|
Obamanın açıqlamasından əvvəl qanunvericilər debatlar keçirib
|
|
Yeri gəlmişkən, ABŞ prezidentinin Əfqanıstandan qüvvələrin çıxarılmasına dair açıqlamasından əvvəl qanunvericilər debatlar keçirib. Rəy sorğularına görə, amerikalılar arasında Əfqanıstan müharibəsinə dair fikirlər ziddiyyətlidir. Amerikalıları Kapitolidə təmsil edən qanunvericilər müharibə ilə bağlı narazılıqlarını bildirir. Demokratlar arasında da nikbinlik yüksək deyil. Respublikaçı konqresmen Volter Cons Amerikanı Əfqanıstanda qələbə elan edib, ölkəni tərk etməyə çağırır. ABŞ-ın Nümayəndələr Palatasının spikeri Con Beyner ictimai əhval-ruhiyyəni dərk etdiyini bildirib.
|
Oxumaq
24.06.11
|
| |
|
|
Obamanın qərarına reaksiyalar
|
|
Bəzi liderlər ABŞ prezidenti Barak Obamanın Əfqanıstandakı 33 minlik Amerika qoşununun gələn ilin yayınadək oradan çıxarılması ilə bağlı qərarına münasibət açıqlayıb. Kabildə Əfqanıstanın müdafiə nazirliyi bu qərarı alqışlayıb. Brüsseldə isə NATO baş katibi Anders Foq Rasmussen Barak Obamanın qərarını yüksək qiymətləndirib. «2009-cu ilin dekabrında hərbçilərin sayının artırılması Əfqanıstanda hadisələrin axınını dəyişmək üzrə beynəlxalq cəhdin bir hissəsi idi. İndi isə hadisələrin gedişi dəyişir. Taliban hər yerdə təzyiq altındadır, Əfqanıstanın təhlükəsizlik qüvvələri hər gün daha da güclənir və reallaşmaqda olan keçid dövrü 2014-cü ildə yekunlaşacaq.
|
Oxumaq
24.06.11
|
| |
|
|
«Taliban» Obamanın addımını «simvolik addım» kimi qiymətləndirdi
|
|
«Taliban» hərəkatı ABŞ prezidenti Barak Obamanın bu ilin sonuna kimi Əfqanıstandan 10 min amerikalı əsgərin cıxarılacağı ilə bağlı bəyanatını «simvolik addım» kimi qiymətləndirib. Mediaya elektron məktubla göndərilən bəyanatda «Taliban» ABŞ adminstrasiyasını «öz xalqına müharibənin bitəcəyi ilə bağlı dəfələrlə yalan vədlər» verməkdə ittiham edib.
|
Oxumaq
24.06.11
|
| |
|
|
Qəzzafi Qərbdən qorxmur
|
O, döyüşü sona qədər davam etdirəcəyini söyləyib
Müəmmar Qəzzafi Liviya televiziyasında yayımlanan audio-mesajında ölümdən qorxmadığını və Qərbə qarşı döyüşü sona qədər davam edəcəyini söyləyib. Qəzzafi çıxışında döyüşün sonuna qədər müqavimət göstərəcəklərini deyib: “Siz uşaqlarımızı, nəvələrimizi öldürdükdən sonra aramızda heç bir razılaşma yoxdur. Kürəyimiz divardadır. Siz (Qərb) geri addım ata bilərsiniz. Döyüş siz qalib gələnə qədər davam edə bilər, amma tükənməyəcəyik”.
|
Oxumaq
24.06.11
|
| |
|
|
118 ölkə Fələstinin müstəqilliyini dəstəkləməyə hazırdır
|
|
BMT-nin sentyabr ayında keçiriləcək sessiyasında 118 ölkə Fələstinin onun müstəqilliyinin tanınması barədə tələbini müdafiə etməyə hazır olduğunu bəyan edib. «Miqnews» xəbər verir ki, artıq İsrailin xarici işlər naziri Aviqdor Liberman Mahmud Abbası dəstəkləməyə hazır ölkələrin siyahısını hazırlamaq barədə göstəriş verib. O, həmin dövlətlərin siyahısını Knessetin üzvü olan deputatlara və nazirlərə təqdim etmək niyyətindədir.
|
Oxumaq
24.06.11
|
| |
|
|
|