|
Facebook səhmlərini açıq bazarda satmağa hazırlaşır
|
800 milyon istifadəçisi olan Facebook səhmlərini açıq bazarda satmağa hazırlaşır. “Google” şirkətinin 2004-cü ildə səhmlərinin birjada yerləşdirilməsindən bəri bu, haqqında ən çox bəhs edilən addım hesab olunur. Səhmlərin satışı şirkətin dəyərini müəyyən etməlidir. Ekspertlər sosial şəbəkənin ümumi bazar dəyərinin 75-dən 100 milyard dollaradək çatacağını güman edirlər. Adətən birjada satışlar ərizənin daxil olmasından 3-4 ay keçmiş başlanılır. Müəyyən istehlakçı qruplarını hədəfləməyə imkan verən texnoloji platformanın internet marketinq dəyərinin yüksək olduğu qeyd olunur. Hazırda ən böyük sualı səhmlərin necə satılacağı təşkil edir. Əsas alıcılar böyük investisiya qurumları ilə fərdlər ola bilər. Facebook internetdə ən uğurlu sosial şəbəkə hesab olunur. Onun yaxın rəqibi “Google+” sistemi cəmi 60 milyon üzvə malikdir.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Yaşar Böyükanıt haqqında istintaq başladıldı
|
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yaşar Böyükanıt haqqında istintaq başlayıb. Böyükanıt 2007-ci ilin 27 aprelində Silahlı Qüvvələrin Baş Qərargahının internet saytında yerləşdirilən bəyanatı ilə bağlı istintaqa ifadə verəcək. Prokurorluğun 2007-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Yaşar Böyükanıt və digər komandanların ifadəsini alması gözlənilir. Xatırladaq ki, Yaşar Böyükanıt mətbuata açıqlamasında sözügedən bəyanatı "Şəxsən özüm yazdım" demişdi. Məlumata görə, xüsusi səlahiyyətli müstəntiq Kamal Çətin bununla bağlı araşdırma aparacaq.
|
Oxumaq
03.02.12
|
| |
|
|
BMT müfəttişləri yenidən İrana gələcək
|
|
BMT Atom agentliyinin baş müfəttişi bildirib ki, İran enerji proqramına dair üç gün davam edən intensiv danışıqlardan sonra hələ də çox işlər görülməlidir. İranda bu ölkənin nüvə proqramı ilə bağlı apardıqları danışıqlardan sonra BMT müfəttişləri Tehranın bütün məsələlər üzrə çözüm tapmaq qətiyyətindən danışırlar. Baş müfəttiş Herman Nackaerts deyib ki, hər iki tərəf məsələnin həllinə dair öhdəliklərin yerinə yetiriləcəyini bildirib və nüvə üzrə müfəttişlər yaxın gələcəkdə yenidən Tehrana səfər etməyə hazırlaşırlar.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Türkiyədən BMT-yə Suriya çağırışı
|
Ankara Təhlükəsizlik Şurasının Suriyadakı proseslərə ciddi yanaşmasını istəyir
Türkiyə Suriya iqtidarının xalqına divan tutması nəticəsində ölən insanların sayının artmasından narahatlıq duyduğunu bəyan edib. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ankaranın bu çərçivədə BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə ciddi məşğul olmasını və bu vahiməli gedişatın dayandırılması üçün Suriya iqtidarına lazımi mesaj verməsini gözlədiyi bildirilib.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Meksika, Pakistan…
|
|
Siyahını genişləndirmək və Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması prioritet olmalıdır
|
Oxumaq
03.02.12
|
| |
|
|
Qarlı-çovğunlu Bakı
|
|
Yollar buz bağladı, nəqliyyatın hərəkətində problemlər yaşandı, təyyarə reysləri təxirə salındı
|
Oxumaq
03.02.12
|
| |
|
|
Bəşəriyyətin bəlası
|
|
4 fevral – Xərçənglə Ümumdünya Mübarizə Günüdür – həkimlər yenə günahı siqaret də, alkoqol da görürlər
|
Oxumaq
03.02.12
|
| |
|
|
|
|
|
|
|
|
|