|
|
|
|
|
Meydan sahibləri üçün uğursuz gün
|
“Bakı” “Kəpəz”dən qisasını alıb
Dünən Premyer Liqada II dövrəyə start verilib. Turun açılış oyunları meydan sahibləri üçün uğursuz olub. “Kəpəz” ilk dövrədə böyük hesabla qalib gəldiyi “Bakı”ya evdə 3 top buraxaraq, uduzub. Bununla da paytaxt təmsilçisi həm rəqibindən əvəz çıxıb, həm də Gəncədə ardıcıl 6-cı qələbəsini qazanıb. Özü də maraqlıdır ki, “Bakı” ötən mövsüm də Nizami yurdunda 3:1 hesabı qalib gəlmişdi.
|
Oxumaq
05.11.11
|
| |
|
|
“Beşiktaş” şansını artırdı
|
Avroliqanın 1/16 final mərhələsinə ayrılan 24 vəsiqədən 6-sının sahibi artıq məlumdur
Noyabrın 3-də keçirilən 4-cü turun oyunlarından sonra Avroliqanın 1/16 final mərhələsinə ayrılan 24 vəsiqədən 6-sının sahibi məlum oldu. Bəribaşdan "Sportinq"in hələ ilk 3 oyuna maksimum nəticə göstərməklə bu vəzifənin öhdəsindən gəldiyini xatırladaq.
|
Oxumaq
05.11.11
|
| |
|
|
İki avtomobil qaçırılıb
|
Onlardan biri təhlükəsizlik kameraları vasitəsilə aşkarlanıb
Hüquq-mühafizə orqanları iki avtomobil qaçırılmasına aydınlıq gətirilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Qabil Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Çingiz Məmmədov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 4-də Aftandil Nəsirova məxsus sexdən elektrik alətləri oğurlaması da müəyyən edilib.
|
Oxumaq
05.11.11
|
| |
|
|
Xuliqanlıq edən şəxs tutulub
|
|
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xüliqanlıq edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılanlar şəhər sakinləri Mehrəli Bağırov, Əli Tağıyev və Zakir Əliheydərovdur. Hər üç saxlanılan Ellada Fətəliyevaya və Jalə Nəbiyevaya qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.
|
Oxumaq
05.11.11
|
| |
|
|
Oğurluq edən dəstə zərərsizləşdirilib
|
|
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib. Binəqədi rayonu ərazisində şəhər sakini Ülvi Hüseynova məxsus "Səma-İKF" firmasından açar seçmək yolu ilə 40 min manat məbləğində mebel aksesuarları oğurlanıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Maksim Alekseyev, Yusif Hüseynov, Ramazan Piriyev və Samir Əhmədov saxlanılıb.
|
Oxumaq
05.11.11
|
| |
|
|
Valyutadəyişmə məntəqəsinin sahibinin qətli ilə bağlı rəsmi məlumat yayılıb
|
Hadisəni törədən Vaqif Səlimbəyli və Anar Əbilov barəsində həbs qətimkan tədbiri seçilib
Baş Prokurorluq Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibinin qətli ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 19 sentyabr 2011-ci il tarixdə saat 21.30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/5, mənzil 23-də yaşamış 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğluna yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən bıçaq xəsarətləri yetirilib.
|
Oxumaq
05.11.11
|
| |
|
|
Vergilər Nazirliyinin sabiq əməkdaşı korrupsiya cinayətinə görə saxlanılıb
|
Vergilər Nazirliyinin sabiq əməkdaşı korrupsiya cinayətinə görə saxlanılıb. Etibarlı mənbədən Trend-ə daxil olan məlumata görə, özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edən nazirliyin sabiq əməkdaşı Mübariz Əliyev vətəndaşlara məxsus mağazalardan pul yığdığı üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı İdarə tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
|
Oxumaq
05.11.11
|
| |
|
|
Bakının ortasında əcaib olay
|
Qatar avtobus dayanacağını piyadaların başına uçurdu
Dünən Bakının Xətai rayonu ərazisində, Nobel prospektində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, prospektin kənarı ilə hərəkət edən qatar “Lunapark”ın yağınlığında yenicə quraşdırılmış avtobus dayanacağını vuraraq aşırıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Hadisə nəticəsində dayanacaqda avtobus gözləyənlərdən bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Qeyd edək ki, ərazidə avtobus dayanacağı yeni quraşdırılıb. Dayanacaq quraşdırılarkən ərazidən keçən dəmir yolu xətti nəzərə alınmayıb.
|
Oxumaq
05.11.11
|
| |
|
|
|