|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
Niyə?
|
|
Mübariz Əhmədoğlu: “Suriya və Azərbaycanda hicab məsələsində kəskin polyar mövqe nümayiş etdirən İranın məqsədi Azərbaycanla düşmənçilikdir”
|
Oxumaq
12.07.11
|
| |
|
|
|
|
Türkiyədən maraqlı təklif
|
Əhməd Davudoğlu Avropa İttifaqına növbә ilә olan sәdrlik vәzifәsini Birlәşik Kıbrıs Federasiyasının öhdәsinә götürmәsini tәklif edib
Türkiyәnin xarici işlәr naziri Əhmәd Davudoğlu, 2012-ci ilin iyul ayında Avropa İttifaqının növbә ilә olan sәdrlik vәzifәsini Birlәşik Kıbrıs Federasiyasının öhdәsinә götürmәsini tәklif edib.
|
Oxumaq
12.07.11
|
| |
|
|
Yuran Azərbaycanda çalışacaq
|
42 yaşlı Yuran məşqçi I divizion təmsilçisi olan “Simurq”la anlaşıb
Tanınmış rusiyalı futbolçu Sergey Yuran Azərbaycandan gələn dəvəti qəbul edib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı Yuran məşqçilik karyerasını ölkəmizdə, I divizion təmsilçisi olan Zaqatalanın “Simurq” klubunda davam etdirməyə qərar verib. Onunla neçə illik müqavilə bağlanması açıqlanmır. “Simurq” 2006-cı ildən güclülər dəstəsində çıxış etsə də, ötən mövsümün yekununa görə 11-ci yeri tutaraq, I diviziona düşüb.
|
Oxumaq
12.07.11
|
| |
|
|
Bekhem qız atası oldu
|
Dünyanın ən məşhur futbolçularından olan Devid Bekhemin ailəsində əlamətdar hadisə baş verib. Karyerasını ABŞ-ın “Loc-Anceles Qalaksi” klubunda davam etdirən 36 yaşlı ingilis yarımmüdafiəçinin qız atası olmaq arzusu çin olub. Devidin mətbuat katibi Saymon Oliveyranın verdiyi məlumata görə, futbolçunun Los-Anceles şəhərindəki “Sidar-Sinay” xəstəxanasında yeni doğulan qızı 3,459 kiloqram çəkiyə malikdir. Qeyd edək ki, tanınmış müğənni Viktoriya ilə uzun müddətdir ailə həyatı quran Bekhemin olan 3 övladı oğlan idi. Onların müvafiq olaraq 11, 8 və 5 yaşı var.
|
Oxumaq
12.07.11
|
| |
|
|
Stoiçkov Rusiyada peyda ola bilər
|
Onun Rusiya klubunda texniki direktor olacağı gözlənilir
Xristo Stoiçkovun Rusiyada peyda olacağı xəbər verilir. Bolqarıstan futbolunun canlı əfsanəsinin "Rostov"la anlaşdığı iddia edilir. Bolqarıstan KİV-nə görə, "Barselona" və "Parma"nın keçmiş oyunçusu, 2004-cü ildə Avropanın ən yaxşı futbolçusu seçilən bolqar mütəxəssis Rusiya klubu ilə bağladığı müqaviləyə görə texniki direktor vəzifəsini yerinə yetirəcək. Onun yeni iş yerində fəaliyyətə gələn həftə başlayacağı xəbər verilir.
|
Oxumaq
12.07.11
|
| |
|
|
Rumıniyanın hakim partiyasının nümayəndə heyəti ilə YAP-da görüş keçirilib
|
|
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti dünən YAP-ın qərargahında partiyanın sədr müavini-icra katibi Əli Əhmədovla görüşüb. Ə.Əhmədov Azərbaycanla Rumıniya arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
|
Oxumaq
12.07.11
|
| |
|
|
Saakaşvili yenə Putini ittiham edib
|
|
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya baş naziri Vladimir Putini Gürcüstana qarşı xüsusi əməliyyatlara rəhbərlik etməkdə ittiham edib. M.Saakaşvili “Exo Moskvı” radiostansiyasına müsahibəsində bu barədə danışıb. Saakaşvili iddia edir ki, dəfələrlə Putinin kəşfiyyat əməliyyatları planlaşdırdığı haqda eşidib, hətta onlara himayədarlıq edənlərin soyadlarına kimi detallara malik olduğunu da deyib: “Məsələn, bilirəm ki, Federal Təhlükəsizlik Şurasının ehtiyatda olan podpolkovniki şəxsən kəşfiyyat əməliyyatları planlaşdırıb. İndiyə kimi yadımdadır ki, o mənə Batumidən zəng etdi və mənə dəqiq yeri, küçələri, kəsişmə nöqtələrini və hətta zabitlərin konkret soyadları çəkdi.
|
Oxumaq
12.07.11
|
| |
|
|
Ermənistanı kütləvi miqrasiya gözləyir
|
Səbəb ölkənin pis idarə olunmasıdır
Ermənistanı kütləvi miqrasiya gözləyir. Bu barədə fikirlərini Ermənistanın “İrs” partiyasının katibi Karine Akopyan ifadə edib. O bildirib ki, əhalinin kütləvi şəkildə miqrasiya etməsinin ən əsas səbəbi ölkənin pis idarə olunmasıdır: “İşsizlik, narkomaniya və ludmaniyanın (mərc oyunlarından asılılıq) artan səviyyəsi də daxil olmaqla ölkədəki mənəvi vəziyyət, ordudakı mühit, hakimiyyətin ictimai fikrə biganə münasibəti, eləcə də rəhbərliyin dildə bir söz deyib, əməldə başqa şeylər etməsi kimi faktlar əsas səbəblərdir”. Sözlərini əsaslandırmağa çalışan partiya katibi deyib ki, məsələn, Ermənistan hakimiyyəti sözdə orta və kiçik biznesə yardım edilməsini desə də, reallıqda ancaq iri biznesə köməklik göstərir.
|
Oxumaq
12.07.11
|
| |
|
|
|
|
|
|
|