|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
Avropa böhranı Asiyaya da təsir edir
|
Asiya bazarlarında səhmlərin dəyərdən düşməsi meyli nəzərə çarpır
Yunanıstanda tüğyan edən kredit böhranının İtaliya ilə İspaniyaya keçəcəyindən narahatlıq yaşayan Asiya bazarlarında səhmlərin dəyərdən düşməsi meyli nəzərə çarpır.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Özümüz, özümüz, özümüz...
|
Çimərlikdəki ölüm hallarının əsas səbəbi insanların məsuliyyətlərini dərk etməmələridir
Çimərliklər hər il olduğu kimi, bu ildə də bədbəxt hadisələr meydanına çevrilib. Demək olar ki, hər gün dənizdə bir neçə nəfər boğulur, və ya batma təhlükəsi ilə üzləşir. Fövqəladə Hallar Nazirliyinin çimərliklərdə xilasetmə postlarının olmasına və bu ərazilərə nəzarət etməsinə baxmayaraq, problemin qarşısını almaq mümkün deyil. Nədən insanlar əylənərkən bədbəxt hadisəylə üzləşir? Nə etmək lazımdır ki, bu cür hallar baş verməsin? Bədbəxt hadisələrin əsas səbəi nədir? Mövzu ətrafında müxtəlif şəxslərin iştirak ilə apardığımız sorğumuzun nəticələrinə görə, suda boğulmaların əsas səbəbi əhali arasında maarifləndirmə işinin zəif aparılması və insanların öz məsuliyyətini dərk etməməyidir.
|
Oxumaq
14.07.11
|
| |
|
|
İndiyədək Bakıda 521 kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib
|
|
Bakı şəhəri əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bazarlarda mütəmadi olaraq monitorinq keçirilir. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 2006-cı il iyulun 22-dən 2011-ci il iyulun 10-dək 521 yarmarka keçirilib və 114,5 min ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Yarmarkalarda məhsulun qiymətləri bazar qiymətlərindən 20-35 faiz aşağıdır.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Bu il Gürcüstana 300 minə yaxın azərbaycanlı turist səfər edib
|
Bu ilin yanvar-iyun aylarında Gürcüstana 1 milyon 108 min 914 turist gedib. Bu, keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45 faiz çoxdur. AzərTAc-ın məlumatında bildirilir ki, Gürcüstana səfər etmiş turistlərin sayına görə Azərbaycan liderlik edir. Gürcüstan İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, 2011-ci ilin yanvar-iyun aylarında MDB ölkələrindən buraya gəlmiş turistlərin (672.928) çox hissəsi Azərbaycanın payına düşür. Azərbaycandan Gürcüstana 299.762 turist səfər edib. Bu, MDB ölkələrindən Gürcüstanın qonaqlarının ümumi sayının 45 faizi deməkdir. Keçən ilin müvafiq göstəricisi ilə müqayisədə bu rəqəm 43 faiz artıb. Bütövlükdə 2011-ci ilin yanvar-iyun aylarında Gürcüstana səfər etmiş əcnəbi qonaqların 70,7 faizini MDB ölkələrindən gəlmiş turistlər (672.928) təşkil edib. Bu, keçən ilin müvafiq göstəricisindən 47 faiz çoxdur.
|
Oxumaq
14.07.11
|
| |
|
|
III Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
|
Qəbələdə musiqi festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq müzakirə edilib
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq işləri başa çatmaq üzrədir. APA-nın xəbərinə görə, bu beynəlxalq tədbirlərə hazırlıqla əlaqədar iyulun 13-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində təşkilat komitəsinin iclası keçirilib.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Tarixi və mədəni sərvətlərimiz sayılan adların siyahısı hazırlanıb
|
|
Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları müəyyənləşdirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, qaydalar “Mədəniyyət və turizm sahəsində informasiya və reklam konsepsiyası”na uyğun olaraq hazırlanıb. Azərbaycan xalqının tarixi, mədəni sərvətləri sayılan adların siyahısı artıq hazırdır. İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadəyə icazə verilib.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Qeyri-maddi mədəni irs abidələrinin dövlət reyestri siyahısına 4354 abidə daxil edilib
|
|
Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin dövlət reyestri hazırlanır. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, dövlət reyestri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanır. Məqsəd diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına nail olmaqdır. Artıq ilkin mərhələ yekunlaşmaq üzrədir və hazırda siyahıya 4354 abidə daxil edilib.
Növbəti mərhələlərdə Müəllif Hüquqları Agentliyi ilə birlikdə Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin elektron pasportlaşdırılması həyata keçiriləcək.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Rəqsanə aşıqla duet oxumağa hazırlaşır
|
Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılova iyulun 14-də Naxçıvanda konsert verəcək. Day.Az saytının verdiyi məlumata görə, o, səhnəni aşıq Əli ilə bölüşəcək. Bu, Rəqsanənin birgə konsert keçirmək üçün ikinci cəhdi olacaq. Xatırladaq ki, ötən ilin yayında Bakıda – Yaşıl teatrda Üzeyir Mehdizadə ilə birgə konsert keçirməyi planlaşdırsa da, son anda konsert baş tutmamışdı. «Əminəm ki, bu dəfə hər şey uğurlu alınacaq. Əli ilə duet də oxumağı düşünürük. Hazırda bunun üçün uyğun mahnı axtarırıq», - deyə Rəqsanə bildirib.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Amerika Azərbaycanı necə tayınıyır?
|
|
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə Doktoru Pərvin Ahənçi okeanın o tayında tanıtım işlərinin gücləndirilməsinə ehtiyac duyur
|
Oxumaq
14.07.11
|
| |
|
|
Yuran “Simurq” variantı haqda danışmağa hazır deyil
|
“Hələlik bu mövzuda danışmağa hazır deyiləm”. Bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçi postuna təyin olunacağı gözlənilən Sergey Yuran deyib. Kiyev “Dinamo”su və Moskva “Spartak”ındakı çıxışları ilə tanınan veteran futbolçu baş məşqçi kimi Azərbaycanda çalışacağı ilə bağlı xəbərə münasibət bildirməkdən boyun qaçırıb: “Gəlin bir-iki gün də gözləyək. Bu fikirlərimə nə isə əlavə edə bilmərəm”. Qeyd edək ki, qarşıdakı mövsümdə I divizionda çıxış etməli olan “Simurq” premyer Liqada da oynaya bilər. Bu, “Muğan”ın aşağı dəstəyə keçmək istəyini gerçəkləşdirəcəyi halda gözlənilir.
|
Oxumaq
14.07.11
|
| |
|
|
|
|
|