|
Həyat yoldaşını qətlə yetirən şəxs məhkəmə qarşısında
|
|
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Tofiq Qasımov cavab verib. İttihama görə, Nərimanov rayonu Çəmənzəminli küçəsində 51 yaşlı Tofiq Qasımov həyat yoldaşı, 49 yaşlı Ceyran Qasımovanı bıçaqlayıb. Aldığı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən T.Qasımov polisə gələrək könüllü təslim olub. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Ər-arvadın qətli ilə bağlı rəsmi məlumat yayıldı
|
Hadisəni törədən şəxslərin axtarışı davam edir
Paytaxtın Nərimanov rayonunda törədilən qətllə bağlı rəsmi məlumat yayılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov rayonu A.Nemətulla küçəsi ev 62 mənzil 16-da, orada yaşayan Cabbar Əkbərov bıçaqla, arvadı Telli isə boğma yolu ilə qətlə yetirilib. İlkin yoxlama prokurorluq, Nərimanov RPİ tərəfindən isə əməliyyat-axtarış tədbirləri aparılır. Hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilib tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Qadın avtomobil qaçırılıb
|
İlahə İmanova saxlanılıb
İki avtomobil qaçırılması faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı şəhər sakini Mehdi Qəhramanov polisə ərizə ilə müraciət edərək Q.Qarayev prospektindən "Lexus" markalı avtomaşınının qaçırılmasını bildirib. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran İlahə İmanova saxlanılıb. Masallı rayonunun Xıl kənd sakini Bəhlul Bəşirova məxsus "VAZ-2109" markalı avtomaşın qaçırılıb. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran Lənkəran rayon sakini Zakir Maqsudov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Avtomaşından 100 min manata yaxın pul oğurlayan şəxs yaxalanıb
|
|
Axtarışda olan şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə axtarışda olan şəxs tutulub. Saxlanılan Hüseyn Xanverdiyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində əlavə faktlar üzə çıxıb. H.Xanverdiyevin Ruslan Əkbərova məxsus "Toyota Corolla" markalı avtomaşından 20.000 manat və 74.500 dollar oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
14.07.11
|
| |
|
|
İki «Jiquli» toqquşub
|
Yol qəzası nəticəsində üç nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Göygöl rayonu ərazisində rayon sakini Pərviz İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı və həmyerlisi İlkin Əşrəflinin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Əşrəfli aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Xeyli narkotik vasitə məhv edilib
|
Lənkəran sakinindən 1 kiloqram 28,7 qram heroin götürülüb
Xeyli narkotik vasitə məhv edilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Elşən Kazımov saxlanılıb. Əvvəllər də məhkumluq həyatı yaşayan E.Kazımovdan 1 kiloqram 28,7 qram heroin götürülüb. Gədəbəy RPŞ əməkdaşları Novo-Saratovka kəndi ərazisindən yabanı halda bitən çəkisi 2 ton 245 kiloqram olan 1150 ədəd çətənə kolunu yığaraq məhv ediblər.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Şirvanda yanğın
|
Ana və oğlu xəsarət alıb
Şirvan şəhərində baş verən yanğın ana və oğulun xəsarət alması ilə nəticələnib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, yanğın Şirvan şəhəri T.İsmayılov küçəsində yaşayan Arifə Məmmədovanın 3 otaqlı mənzilində baş verib. Nəticədə mətbəxin tavanının 2 kvadrat metr hissəsi yanıb. Nəticədə A.Məmmədova və oğlu Kamil yanıq xəsarəti ilə alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Elektrik iki nəfərin həyatına son qoyub
|
Hadisələrdən biri Şəki, digəri Abşeron rayonunda qeydə alınıb
İki nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisələrdən biri Şəki, digəri Abşeron rayonunda qeydə alınıb. Şəkinin Köndələn kənd sakini Əlamə Sadıqova qoyun otararkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə Ə.Sadıqova dünyasını dəyişib. Abşeron rayonunun Təzəkənd kəndi ərazisində isə "AZNKO" ATSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləyən İmişli rayon sakini Cəbrayıl İsrafilov elektrik dirəyindən yıxılaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Obama: Əsəd getməlidir
|
Klintonun ardınca Obama da Suriya liderinin öz legitimliyini itirdiyini bildirib
Suriyada dövlət başçısı Bəşər Əsəd tərəfdarlarının ABŞ və Fransa səfirliklərinə hücum etməsi Vaşinqton-Dəməşq münasibətlərində gərginliyi artırıb. Səfirliklərə təşkil edilən hücumlardan sonra ABŞ rəhbərliyi Suriyaya qarşı bu günədək ən sərt açıqlamasını verib. Dövlət katibi Hillari Klinton Əsədin əvəzsis olmadığını və qanunililiyini itirdiyini, Vaşinqtonun Əsəd rejiminin hakimiyyətdə qalmasından mənfəəti olmadığını söyləyib. Rəsmi Dəməşqin də Klintonun açıqlamasına reaksiyası eyni sərtlikdə olub.
|
Oxumaq
14.07.11
|
| |
|
|
Rusiya ABŞ-ın raket hücumundan müdafiə sisteminə dair planlarının əleyhinə çıxır
|
Bu məsələ Rusiya XİN rəhbərinin ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonla danışıqlarında əsas mövzu olacaq
Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonla görüşəcək. Onların arasındakı danışıqların əsas mövzusu Obama administrasiyasının Avropada raket planları ilə bağlıdır. Lavrov deyib ki, Rusiya-ABŞ arasındakı əlaqələrdə bu məsələ böyük gərginlik yaradır. Onun fikrincə, bu layihə Rusiya təhlükəsizliyinə təhlükədir. Lavrov bildirib ki, danışıqlarda Rusiyanın Dünya Ticarət Mərkəzində qoşulması da müzakirə olunacaq.
|
Oxumaq
14.07.11
|
| |
|
|
|