|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
|
|
|
|
Qəzzafi: «Sarkozi ruhi xəstədir»
|
|
Liviya lideri Müəmmər Qəzzafi Tripolinin Əl Ecelat meydanına toplaşan tərəfdarlarına müraciət edib. O, tərəfdarlarını qiyamçıların “paytaxt”ı Benqaziyə yürüşə hazırlaşmağa və bu şəhəri “satqınlar”dan azad etməyə çağırıb. “Döyüş zamanı gəldi. Benqaziyə, Misrataya və Qərb dağlarına yürüşə hazırlaşın. Biz burdayıq və bu torpaqlarda qalacağıq. Mən son damla qanıma qədər öz xalqımla birlikdə olacam” - deyə Liviya lideri bildirib.
|
Oxumaq
16.07.11
|
| |
|
|
|
|
|
|
Buzakka yeni təyinat alıb
|
İsveçrəli arbitr bundan sonra FİFA-da Hakimlər Komitəsinə rəhbərlik edəcək
Massimo Buzakka yeni təyinat alıb. Amma burda söhbət onun hansısa matçı idarə etmək şansı qazanmasından getmir. İsveçrəli arbitr bundan sonra FİFA-da Hakimlər Komitəsinə rəhbərlik edəcək. O, yeni iş yerində fəaliyyətə avqustun 1-dən başlayacaq. 42 yaşlı Buzakkanın hakimlik karyerası artıq 20 ilə bərabərdir. Bu müddətin son 12 ilində FİFA dərəcəli arbitr kimi fəaliyyət göstərib. İtalyan əsilli isveçrəli DÇ-2006, AÇ-2008 və DÇ-2010 kimi nəhəng turnirlərdə fit çalıb. Onun 2009-cu ildə ÇL-in, 2007-ci ildə UEFA kubokunun final matçlarını, 2010-cu ildə isə Avropa Superkuboku uğrunda matçı idarə edib. Ümumiyyətlə, Buzakkanın İsveçrə çempionatının güclülər dəstəsində 250-dən çox oyuna təyinat aldığını da vurğulayaq.
|
Oxumaq
15.07.11
|
| |
|
|
Son 10-15 ilin ən geniş vüsət alan ideyası – “E-hökumət”
|
Bu proses beynəlxalq aləmdə əlaqələrin tərkib hissəsinə çevrilib
Bəşəri bəla olan korrupsiyaya qarşı dövlətlər bu gün müxtəlif mübarizə üsulları seçirlər. Bu üsulların arasında insan amilinin minimuma endirilməsi əsas vasitələrdən biri kimi dəyərləndirilir. İnsan faktorunun aradan qaldırılmasına nail olmaq üçün isə elektron xidmətlərdən istifadə üstünlük təşkil edir. Bu məqsədə nail olmaq üçün Azərbaycanda da xeyli müddətdir ki, “E-hökumət”in qurulması istiqamətində iş aparılır. Ümumiyyətlə, bu ideya son 10-15 ildə bütün dünyada geniş vüsət taparaq özünü təcrübədə tam doğruldub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, müxtəlif ölkələrdə “E-hökumət” üzrə strategiya, metodika və fəaliyyət planları qəbul edilib və icra edilməkdədir.
|
Oxumaq
15.07.11
|
| |
|
|
Netanyahu parlamentdə tənqid atəşinə məruz qaldı
|
İsrailin baş nazirinə qarşı çıxış edən parlamentin bir neçə üzvü zaldan çıxarılıb
İsrailin baş naziri Benyamin Netanyahu İsrail parlamenti Knesset tərəfindən qəbul olunmuş boykot barədə qanunu müdafiə edib. Netanyahu və ölkənin digər yüksək rütbəli rəsmilərinin iştirak etmədiyi səsvermədə qəbul olunmuş qanun məskən sakinlərini, yaxud orada yerləşən şirkətlərin boykotuna çağıran israilliləri məhkəməyə cəlb etmək hüququ verir. Məhkəmə boykot nəticəsində maliyyə zərərinin vurulub-vurulmamasını təyin edəcək və zərərin dəyərini qiymətləndirəcək. Netanyahu qanunu müdafiə edərək bildirib ki, onun dəstəyi olmasaydı, qanun qəbul olunmazdı. Çıxışı zamanı qanuna tənqidlə yanaşan deputatlar baş nazirin sözünü dəfələrlə kəsib. İsrailin ərəb əsilli deputatı Hanin Zoabi Netanyahunun çıxışına maneələr törətdiyinə görə zaldan çıxarılıb. Ümumiyyətlə çıxış zamanı parlamentin bir neçə üzvü çıxarılıb.
|
Oxumaq
15.07.11
|
| |
|
|
ABŞ Qəzzafinin getməyə hazırlaşdığını təsdiqlədi
|
|
Fransadan sonra ABŞ da «Qəzzafi yaxında gedəcək» mesajı verib. ABŞ dövlət katibi Hillari Klinton İstanbulda sabah keçiriləcək Liviya Koordinasiya Qrupunun toplantısından öncə verdiyi açıqlamada Qəzzafinin gələcəyi ilə bağlı «bir neçə günü qalıb» ifadəsini işlədib. Klinton beynəlxalq birliyin Qəzzafinin getməsi üçün yaxın günlərdə təzyiqi artıracağını bildirib. Dövlət katibi Qəzzafinin gələcəyə dair planları ilə bağlı Liviya liderinin yaxın ətrafından ziddiyyətli məlumatlar almaqda olduqlarını söyləyib və bu səbəbdən dəqiq gün və ya tarix açıqlaya bilməyəcəyini, amma günlərinin çox az olduğunu deyib.
|
Oxumaq
15.07.11
|
| |
|
|
Silah satışı nə qədər mənfəət gətirir?
|
Araşdırmaya görə, 2008-ci ildə Birləşmiş Ştatlar, İtaliya və Almaniya yüngül və adi silahlar ixrac edən 14 ölkədə arasında birinci üç yerdə olub
Yeni araşdırmada göstərilir ki, hər il dünyada yüngül və adi silahlar, eləcə də başqa hərbi sursatın icazəli satışından 7,1 milyard dollar əldə edilir. Müstəqil araşdırma mərkəzi olan «Ceneva Forum» eyni zamanda yüngül silahların yayılmasının Madaqaskar, Fil Dişi Sahili və Haiti kimi zəif ölkələrə göstərdiyi ciddi təsiri təhlil edib. Araşdırmaya görə, 2008-ci ildə Birləşmiş Ştatlar, İtaliya və Almaniya yüngül və adi silahlar ixrac edən 14 ölkədə arasında birinci üç yerdə olub. Bu ölkələrdən silah ixracı hər il 100 milyon dollar təşkil edir. 2008-ci ildə yüngül və adi silahları idxal edən əsas ölkələr Birləşmiş Ştatlar, Kanada, Britaniya, Almaniya, Avstraliya, Fransa və Pakistan olub.
|
Oxumaq
15.07.11
|
| |
|
|
|
|
|