Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Səhifələr : # « 271 272 273 274 275 276 277 278 279 » #
Parlamentin iş planına 22 qanun layihəsi daxil edilib
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsi daxil edilib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov dünən keçirdiyi brifinqdə məlumat verdi. O qeyd etdi ki, iş planına Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Pambıqçılıq haqqında", "Fərdi məlumatlar haqqında", "Normativ hüquqi aktlar haqqında", "Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında", "Kənd təsərrüfatının kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında", "Kəşflərin hüquqi qorunması haqqında" qanun layihələri daxil edilib. İş planına, həmçinin ötən sessiyalarda fikir ayrılığına səbəb olan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də salınıb. A.Nəsirov sessiyada "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin də müzakirə ediləcəyini bildirdi. "Eyni zamanda, prezidentin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib" - deyə mətbuat xidmətinin əməkdaşı vurğuladı.
O əlavə etdi ki, yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. İlk iclasın gündəliyinə 14 məsələ daxil edilib.
Oxumaq
30.01.10  
 
"Danışıqlar prosesində intensivliyi irəliləyiş kimi dəyərləndirmək lazımdır"
Bahar Muradova: "Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Danışıqlar prosesində intensivliyin özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil". Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova danışıqlar prosesi ilə bağlı hazırkı vəziyyətə münasibət bildirərkən deyib (yap.org.az). B.Muradova hesab edir ki, bu intensivlik nəticə verməlidir. Nəticə ilə əlaqədar son zamanlar bədbin proqnozlarla yanaşı, nikbin proqnozlar da verilməkdədir. Nikbin proqnozların verilməsi üçün müəyyən qədər əsaslar var: "Bu, təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir. Onlar münaqişənin həllində müsbət nəticə əldə olunacağına çox böyük inam ifadə etməkdədirlər.
Oxumaq
30.01.10  
 
YAP İdarə Heyətinin iclası keçirilib
Partiya maliyyə hesabatını açıqlayıb

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə qəzetimizə YAP-dan məlumat verilib. İclasda YAP-ın 2009-cu ildə fəaliyyəti, qazanılmış uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, YAP ölkənin ictimai-siyasi həyatının, o cümlədən prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərinin ən yaxın iştirakçısı olub. YAP ötən ilin ən mühüm siyasi hadisəsi - Azərbaycan Konsititusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendumun və bələdiyyə seçkilərinin təşviqat, təbliğat kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin edib. YAP-ın qələbələrlə dolu şərəfli tarixinə yeni səhifələr yazıb. Prezident, YAP-ın sədri İlham Əliyevin partiyanın IV Qurultayında söylədiyi nitqində irəli sürülən tezislərin və qarşıya qoyulan vəzifələrin gələcək fəaliyyətin müəyyənləşdirilməsində həlledici istiqamət olduğu bir daha vurğulanıb.
Oxumaq
30.01.10  
 
Azərbaycanlı zəvvarların avtobusu İraqda atəşə tutulub
Hadisə nəticəsində ölən və yaralananlar var

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarların avtobusu bu ölkənin Samirə şəhərində atəşə tutulub. Bakının Maştağa qəsəbəsinin sakini Hacı Zakir Quliyev APA-ya bildirib ki, yanvarın 28-də zəvvarları aparan avtobusun qarşısını kəsən naməlum şəxslər odlu silahdan atəş açıblar. Nəticədə Maştağa qəsəbəsinin sakini, 15 yaşlı Fatimə Əhmədova hadisə yerində ölüb, kənd məscidinin axundu Hacı Seyidağa və bir qadın yaralanıb. F.Əhmədovanın valideynləri də zəvvarlar arasında olublar. Hacı Zakir onu da əlavə edib ki, bu gün F.Əhmədova İraqda dəfn olunacaq, azərbaycanlı zəvvarların bir qrupu isə artıq İran İslam Respublikasına göndərilib.
Ziyarəti həyata keçirən şirkətlərdən biri olan "Kərbəla yolları" turizm firmasının İraqdakı nümayəndəsinin APA-ya verdiyi məlumata görə, hadisə 3 gün əvvəl baş verib:
Oxumaq
30.01.10  
 
211 minə qədər yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib
İndiyədək Azərbaycanda 211 minə qədər yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, gün ərzində təxminən 500-1000 nəfərə elektron sağlamlıq kartı verilir.
Elektron sağlamlıq kartında körpə anadan olandan doğum evində vəziyyəti, ona hansı peyvəndlərin vurulması ilə bağlı məlumatlar əksini tapır. Bu məlumatlar sonradan mərkəzi bazada toplanaraq uşağın qeydiyyata alındığı poliklinikaya göndərilir. Körpə qeydiyyata düşən kimi, ona unikal kod verilir. Kodu elektron səhiyyə portalına (www. e-sehiyye.gov.az) daxil etməklə istənilən vaxt kartda olan məlumatlardan istifadə etmək, düzgünlüyünü yoxlamaq olar.
Oxumaq
30.01.10  
 
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu yanvarın 29-dan fevralın 17-si saat 18.00-dək DQMK-da aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibəyə 3 dövlət orqanından 3 vakant vəzifə çıxarılıb. Bunlar Gənclər və İdman Nazirliyinin Qazax rayon Gənclər və İdman İdarəsində məsləhətçi, Sənaye və Energetika Nazirliyinin hüquqi münasibətlər və metrologiya şöbəsində baş məsləhətçi, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin xarici borcun uçotu və icmallaşdırılması şöbəsində məsləhətçi vəzifələridir.
Oxumaq
30.01.10  
 
Sənədli filmlər bütün kanallarda əvəzsiz nümayiş olunmalıdır
Təşəbbüs qrupu yeni qurum yaratmaq iddiasındadır

Mərkəzləşdirilmiş sənədli televiziya birliyinin yaradılmasına zərurət var. Bu fikri yaxın günlərdə yaradılan təşəbbüs qrupunun üzvləri bildiriblər. Qrupun adından çıxış edən yurnalist Vüqar Tapdıqlı qeyd edib ki, dövlətin vəsaiti və sifarişi hesabına hazırlanan sənədli televiziya filmləri əksər halda bir kanalın mülkiyyətinə çevrilir. Bu filmlər hansı kanalda istehsal olunursa, müəllif hüququ və mülkiyyəti də həmin kanala məxsus olur: "Ancaq sənədli filmlərin ictimai əhəmiyyəti ondan ibarətdir ki, o həm də tarixdə salnamə funksiyasını yerinə yetirir. Bu səbəbdən təşəbbüs qrupunun üzvləri hər bir kanalda sənədli televiziya filminin çəkilməsini vacib hesab edir. Burada söhbət dövlət vəsaiti və dövlət sifarişi ilə çəkilən filmlərdən gedir. Eyni zamanda, çəkilən filmlərin tiraylanıb bir yox, bütün kanallarda əvəzsiz nümayiş olunmasına şərait yaradılmalıdır".
Oxumaq
30.01.10  
 
"Albalı bağı" ilə kiçik səhnənin açılışı
Srağagün Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov mərasimi giriş sözü ilə açaraq kiçik səhnənin açılışını və həmin səhnədə ilk tamaşanın nümayişini bayram kimi dəyərləndirib. Direktor bildirib ki, səhnənin görkəmli yazıçı və dramaturq A.P.Çexovun "Albalı bağı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açılması heç də təsadüfi deyil. "Bütün teatrsevərlər və Çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə də kiçik səhnədə ilk olaraq müəllifin "Albalı bağı" tamaşası nümayiş olundu".
Oxumaq
30.01.10  
 
Gənc Tamaşaçılar Teatrı qastrol səfərində
Gənc Tamaşaçılar Teatrının 20 nəfərlik yaradıcı və texniki heyəti ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı çərçivəsində rayonlara qastrola çıxıb. Qazax, Şəmkir, Gədəbəy rayonları əhalisinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması, habelə teatrın maraqlı tamaşalarını bölgələrdə yaşayan tamaşaçılara təqdim etmək məqsədilə keçirilən səfərdə kollektiv Nicat Kazımovun quruluşçu reyissoru olduğu Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşası ilə çıxış edir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, qastrol Regionların İnkişafı İctimai Birliyi və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında gerçəkləşib.
Rollarda teatrın aktyorları Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Günel Məmmədova, Elnur Kərimov, Elşən Şıxəliyev, Mehriban Hüseynova və b. çıxış edirlər.
Oxumaq
30.01.10  
 
Sənətçilər sarayda konsert verəcəklər
Həmin gün Elnarə və "Next" qrupu başqa görkəmdə olacaq

Fevralın 14-də Heydər Əliyev Sarayında müğənnilərin iştirakı ilə konsert proqramı keçiriləcək. Konsert kompleksinin həyata keçirdiyi musiqili proqramda Xalq artisti Nazpəri Dostəliyeva, Faiq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva, Aygün Bəylər, Mətanət İsgəndərli, Elza Seyidcahan, Baloğlan Əşrəfov, müğənnilər İradə İbrahimova, Xumar Qədimova, Zamiq, Nadir Qafarzadə, Elnur, Çingiz Mustafayev, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov və başqaları iştirak edəcəklər.
Konsert təşkilatçısının məlumatına görə, tədbirin aparıcıları müğənni Elnarə və "Next" qrupudur. Qeyd edək ki, aparıcıların fərqli imicdə tamaşaçıları təəccübləndirəcəkləri deyilir. Xəbərdə bildirilir ki, hazırda qrup üzvləri və Elnarə konsertin reklam çəkilişlərində iştirak edirlər. Xatırladaq ki, konsertin biletləri 15-40 manat arasında satışa çıxarılıb.
Oxumaq
30.01.10  
 
Səhifələr : # « 271 272 273 274 275 276 277 278 279 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: