Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 270 271 272 273 274 275 276 277 278 » #
Belə Nigar heç zaman olmayacaq…
Eldar və Nigar komplekslərindən və toylardan danışdılar
Oxumaq
19.07.11  
 
Belə Nigar heç zaman olmayacaq…
Eldar və Nigar komplekslərindən və toylardan danışdılar
Oxumaq
19.07.11  
 
Rusiya və ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər
Rusiyanın daxilindəki ermənilərlə ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər.
Oxumaq
19.07.11  
 
Həmid Kərzayinin müşaviri də öldürüldü
Əfqanıstan prezidenti Həmid Kərzayinin müşaviri Can Məhamməd Xan qətlə yetirilib. Qərb KİV-nin yaydığı xəbərə görə, döyüşçülər şam yeməyi vaxtı onun evinə soxularaq müşaviri güllələyiblər. Hücum zamanı Əfqanıstan parlamentinin deputatı Haşim Vatanval da öldürülüb.  Qeyd edək ki, Can Məhəmməd Xan bundan öncə Uruzqan əyalətinin qubernatoru idi. Siyasətçi prezidentin ən yaxın müşavirlərindən biri hesab olunurdu. Bu, artıq Kərzayinin son bir həftə ərzində məruz qaldığı ikinci böyük itkidir. Belə ki, bundan əvvəl onun kiçik qardaşı qətlə yetirilib.
Oxumaq
19.07.11  
 
Misirdə hökumətin tərkibində dəyişiklik
Misirdə hökumətin bir hissəsində dəyişiklik edilib. Nazirlər kabinetində dəyişikliklərin olacağını baş nazir İsaa Şərəf hələ ötən həftədən bəyan edib. Buna Qahirə, İsgəndəriyyə, Süveyş şəhərlərində yüz minlərlə Misir vətəndaşının yenidən nümayişlərə başlaması əsas verib.
Aksiya iştirakçıları Hüsnü Mübarəkin istefasından sonra vəd edilmiş islahatların həyata keçirilməsini və hakimiyyətin hərbi hökumətdən mülki şəxslərə təhvil verilməsini tələb ediblər. Ehtimal olunur ki, Misir hökumətində 15 nazir dəyişəcək. İsaa Şərəf ölkəni idarə edən hərbi qüvvələrin ali şurasına yeni kabinetin tərkibini artıq təqdim edib. Siyahı yaxın vaxtlarda açıqlanacaq. Qeyd edək ki, dünən istefa vermiş xarici işlər naziri Məhəmməd əl-Urabinin yerinə artıq Misirin Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Məhəmməd Kamal Əmr təyin olunub. Məhəmməd Kamal Əmr fevral ayında baş vermiş Misir inqilabından bəri bu vəzifəyə təyin olunmuş üçüncü şəxsdir.
Oxumaq
19.07.11  
 
Suriyada reydlər davam edir
Suriyalı hüquq müdafiəçiləri və sakinlər deyirlər ki, hökumət qüvvələri Livan sərhədi yaxınlığında yerləşən qəsəbədə reyd keçiriblər və İraqla sərhəd yaxınlığındakı başqa qəsəbəni mühasirəyə alıblar. Suriya əsgərləri zirehli maşınların müşayiəti ilə qərbdəki Zabadani qəsəbəsinə daxil olaraq 70 adamı saxlayıblar. Əsgərlər habelə İraqla sərhəd yaxınlığındakı əl-Bukamal qəsəbəsində hökumətə qarşı nümayiş keçirən sakinlərə atəş açıblar. Azı bir nümayişçi öldürülüb.
Oxumaq
19.07.11  
 
Çaves Kubaya getdi
Venesuela prezidenti Uqo Çaves bu gün kemoterapiya müalicəsi almaq üçün Kubaya gəlib.  Ötən ay Çaves burada xərçəng şişinə görə əməliyyat olunmuşdu. Paytaxt Karakasda təyyarəyə minməzdən öncə Çaves bildirib ki, o, bir neçə günlüyə gedir, lakin onun Kubada nə qədər qalacağı aydın deyil.
Günün əvvəlində prezident Çaves bəzi səlahiyyətlərini vitse-prezident Elias Jaua və maliyyə naziri Jorje Qiordaniyə ötürüb.  Uqo Çaves müxalifətin prezidentliyi müvəqqəti vitse-prezidentə təhvil vermək çağırışlarını qəbul etməyib. Venesuela İspaniyadan müstəqilliyinin 200-cü ildönümünü bayram etdikdən bir gün sonra Çaves iyulun 4-də Kubada əməliyyat olunub. Venesuela lideri hansı növ xərçəng xəstəliyinə tutulduğunu açıqlamayıb.
Oxumaq
19.07.11  
 
“Kəpəz” yenə dağılır
Azərbaycanın daha bir futbol komandası dağıla bilər. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu klublarından olan “Kəpəz” ciddi maliyyə problemləri ilə üzləşib. Gəncə təmsilçisi yenidən milli çempionatda “Kəpəz” adı qatılmağı planlaşdırsa da, maddi çətinlik Premyer Liqada çıxışını davam etdirməyə imkan vermir.
Özü də gəncəlilər əvvəl də belə problemlə üzləşib. Belə ki, 2006-cı ildə “Gəncə” adını daşıyan komanda maddi sıxıntılara görə çıxışını davam etdirmədi və nəticədə 4 il güclülər dəstəsindən kənarda qaldı. Ötən il I divizionun qalibi kimi yüksək liqaya qayıdan Gəncə təmsilçisi yenidən futbol səhnəmizdən silinməsi barədə xəbərlər yayılıb.
Oxumaq
19.07.11  
 
“Simurq” Sergey Yuranla müqavilə bağladı
“Komandanı yeni mövsümdə Sergey Yuran çalışdıracaq. Artıq onunla ortaq məxrəcə gəlmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.

Son mövsümdə Premyer Liqadakı yerini itirən Zaqatala təmsilçisi yeni çempionata iddialı hazırlaşır. Qyoko Hacıyevskinin baş məşqçi postundan istefasından sonra komandanın “sükanı arxası”na gətirilən ukraynalı mütəxəssis “Simurq”u artıq iş başında da izləyib.
Oxumaq
19.07.11  
 
“Muğan” Premyer Liqada çıxış etməyəcəyini rəsmən açıqladı
“Muğan” klubu Azərbaycan Premyer Liqasında çıxışını davam etdirməyəcək. Bu haqda apasport.az saytına Salyan təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
Növbəti mövsümdə I divizionda oynayacaqlarını deyən Şirəliyev bildirib ki, bu, klubun dağılması anlamıma gəlmir: “Sadəcə, belə qərara gəldik ki, komanda çıxışını I divizionda davam etdirsin. Bununla əlaqədar PFL-ə rəsmi məktub göndərmişik. Bundan sonra bütün diqqətimizi yerli futbolçuların inkişafına yönəldəcəyik. Komandamızda legioner olmayacaq.
Oxumaq
19.07.11  
 
Səhifələr : # « 270 271 272 273 274 275 276 277 278 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •