Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 268 269 270 271 272 273 274 275 276 » #
Yeniyetmə əmisini qətlə yetirib
Qətlə yetirilən əmi həbsdən 2 ay əvvəl çıxıbmış

Binəqədi rayonunda 16 yaşlı yeniyetmə əmisinin həyatına son qoyub.  DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elvin Müslümzadə münaqişə zəminində həmin evdə yaşayan əmisi 43 yaşlı Rizvan Sarıyevi bıçaqla qətlə yetirib. Hadisəni törətdikdən sonra E.Müslümzadə hadisə yerindən qaçıb. Hazırda E.Müslümzadənin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hər üç faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır. 
Hadisəni törədən E.Sarıyevin ailə üzvlərinin istintaqa verdiyi ifadəyə görə, mərhum R.Sarıyev iki ay əvvəl həbsdən çıxıb. Qardaşı ilə yeyib içəndən sonra atasını təhqir etdiyini görən E.Sarıyev əmisini vurub. Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Oxumaq
19.07.11  
 
Dostunu öldürən şəxsə hökm oxunub
Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Ağdaş rayon sakini Azad Məmmədov cavab verib. İttihama görə, hadisə 2010-cu il noyabrın 4-də Ağdaş rayonun Qulbəndə kəndində qeydə alınıb. Həmin gün Azad Məmmədov Cavid Qocayevi bıçaqlayaraq qətlə yetirib. Hər iki şəxs dost olublar və aralarında yaranan mübahisə sonda qətllə nəticələnib. Məhkəmənin hökmü ilə Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
19.07.11  
 
Orta məktəbdən oğurluqla bağlı məhkəmə yekunlaşıb
Yusif Rzayev 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində orta məktəblərdən oğurluq etməkdə təqsirli bilinən Bakı şəhər sakini Yusif Rzayevin məhkəməsi yekunlaşıb. İttihama görə, təqsirləndirilən Y.Rzayev 2010-cu il noyabrın 29-da Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 270 saylı orta məktəbə gəlib. O, sinif otaqlarına daxil olaraq şagirdlərin gözü qarşısında oradan içərisində 260 manat və rəsmi sənədlər olan iki çantanı götürərək qaçıb. Baş verən hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Bakı sakini Y.Rzayev tutulub. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində daha iki məktəbdən oğurluq etməsi müəyyən edilib. Məhkəmənin hökmü ilə Yusif Rzayev 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
19.07.11  
 
Məcburi köçkün özünə qəsd edib
İntiharın səbəbləri araşdırılır

Bakıda məcburi köçkün özünə qəsd edib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binəqədi rayonu, A.Gəraybəyli küçəsində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasında qeydə alınıb. Həmin yataqxanada məskunlaşan 65 yaşlı Valeh Bağırov yataqxananın 5-ci mərtəbəsindən özünü atıb. V.Bağırov aldığı xəsarətdən dünyasını dəyişib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxumaq
19.07.11  
 
Qardaşlar arasında mübahisə ölümlə nəticələnib
Rəsul Abbasov özündən 9 yaş kiçik qardaşını qətlə yetirib

Qardaşlar arasında mübahisə ölümlə nəticələnib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Gəncə şəhərindəki 3 saylı Litseyin yataqxanasında məskunlaşan Kəlbəcər sakini, 25 yaşlı Rəsul Abbasov münaqişə zəminində 16 yaşlı qardaşı Zauru bıçaqla qətlə yetirib. Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abbasov tutulub. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Oxumaq
19.07.11  
 
Özbəkistan vətəndaşı ağır cinayət törətdi
Soltan İqamverdiyev Abşeronda həyat yoldaşının həyatına son qoyub

Abşeronda Özbəkistan vətəndaşı ağır cinayət törədib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Abşeron sakini həyat yoldaşını qətlə yetirib. Belə ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində Özbəkistan vətəndaşı, qəsəbə sakini Soltan İqamverdiyev qısqanclıq zəminində arvadı Samirə Mikayılovanı bıçaqla qətlə yetirib. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.İqamverdiyev tutulub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxumaq
19.07.11  
 
Tovuzda güllə səsi eşidilib
Əkin sahəsində düşən mübahisə qətllə sonuclanıb

Tovuzda güllə səsi eşidilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonunun Yanıqpəyə kəndində qeydə alınıb. Kəndin əkin sahəsində kənd sakini Eyvaz Quliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Adil Musayevi qətlə yetirib. Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev tutulub. Ondan 1 ədəd tüfəng götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxumaq
19.07.11  
 
Ata və oğlu bıçaqlanıb
Hadisəni törədən 4 nəfər saxlanılıb

Şabran rayonunda bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Şabran rayonunun Gəndob kəndi ərazisindəki çayxanaya "TOFAŞ" markalı avtomaşında gələn 4 naməlum şəxs münaqişə zəminində kənd sakini Yaşar Yusiflini döyüb. Daha sonra isə hadisə yerinə gələn onun atası Musaya isə boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Hüseynağa Heydərov və sərnişinləri-oğlu Malik, Şabran rayon sakini Arif Heydərov və onun oğlu İmran saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Oxumaq
19.07.11  
 
Avtomaşın qaçıran şəxslər ələ keçib
Dörd nəfərdən ibarət dəstə üç maşın qaçırıb

Hüquq-mühafizə orqanları avtomobil qaçıran şəxsləri zərərsizləşdirib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, iyulun 16-a keçən gecə Sabunçu rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məmmədova məxsus "VAZ-2106" markalı, Məhərrəm Abbasova məxsus "VAZ-21011" markalı avtomaşınlar qaçırılıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşın Sabunçu rayonu N.İsmyılov küçəsində arxası əzilmiş, Məhərrəm Abbasova məxsus "VAZ-21011" markalı avtomaşın isə Hacınski küçəsində tapılıb. Həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan Murad Quliyev, Kamran Əhmədov, Çingiz Ağazadə və Rəşad Cəlilov saxlanılıb. M.Quliyevin və R.Cəlilovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların Hatəm Şirəliyevə məxsus "VAZ-2106" markalı avtomaşını da qaçırmaları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
19.07.11  
 
Bakıdakı ticarət mərkəzində cibgir tutulub
Bakıda cibgir tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-si saat 12 radələrində “Binə” ticarət mərkəzində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əmrahlı Bakı şəhər sakini Zakir Zalovun cibindən içərisində 195 manat və şəxsi sənədlər olan pul kisəsini götürüb qaçarkən Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Oxumaq
19.07.11  
 
Səhifələr : # « 268 269 270 271 272 273 274 275 276 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •