|
İki «Mercedes» qəza törədib
|
Bir nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Cəlilabad rayonu ərazisində rayon sakini Cavid Fətullayev idarə etdiyi "Mercedes" markalı avtomaşınla 25-30 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən həmin kişi orada dünyasını dəyişib. Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İlham Şərifovun idarə etdiyi "Mercedes" markalı və Fəridə Kazımovanın idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan İ.Şərifovun sərnişinləri - həmyerliləri Pəri Mustafayeva, Əfqan Mustafayev, Gülsüm Məmişzadə və onun qardaşı Nəriman, habelə F.Kazımovanın sərnişinləri Fərhad İsgəndərov və onun bacısı Aytac xəstəxanaya yerləşdiriliblər. F.İsgəndərovun və Aytacın vəziyyətləri orta-ağırdır.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Bakı Dəmiryol Vağzalında bomba həyəcanı
|
|
Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edən naməlum şəxs Bakı Dəmiryol Vağzalına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal bu barədə polis məlumatlandırılıb və əraziyə xilasedicilər cəlb edilib. Vağzalda olan sərnişinlər evakuasiya edilib. Həyata keçirilən axtarışlara baxmayaraq, məlumat təsdiqini tapmayıb. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, artıq anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda yalan məlumat verən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Gədəbəy sakini özünü güllələyib
|
|
Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Gədəbəy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən səhər saat 07.00 radələrində, Qalakənd kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Ramin Rzayev odlu silahdan atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gədəbəy rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
|
Oxumaq
20.07.11
|
| |
|
|
«Ginnesin Rekordlar Kitabı»na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni
|
Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır
Durmadan inkişaf edən və regionda lider dövlətə çevrilən Azərbaycanda hər sahədə olduğu kimi metro tikintisi sahəsində də ciddi uğurlar əldə olunub. Artıq əhalinin ən geniş hissəsinin istifadə etdiyi metrosuz həyat təsəvvür etmək mümkün deyil. Bu məsələnin dövlət və ictimai maraq kəsb etdiyini dövlət rəhbərliyi bu istiqamətdə mühüm addımlar və layihələrə imza atmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında müvafiq sərəncam imzalayıb.
|
Oxumaq
20.07.11
|
| |
|
|
“...Dörd yaşım olsa da, indiki kimi xatırlayıram”
|
Fikrət Əmirovun nəvəsi: “Hazırda evimizdə kiçik möcüzə böyüyür”
Dünən Bakı Caz Mərkəzində Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən “Culture Helpline” proqramı çərçivəsində hər il təşkil edilən növbəti konsert keçirilib. Bu il konsertdə Belçika vətəndaşı olan azərbaycanlı pianoçu və bəstəkar-müğənni Nezrin (Nəzrin Əfəndiyeva) çıxış edib. Nezrinin babası Azərbaycanın məşhur bəstəkarı və tamamilə yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovdur. Gənc musiqiçinin Lent.az-a müsahibəsini təqdim edirik.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Dram teatrının aktrisası Beşinci Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib
|
|
Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Şahvələdqızı Moskvada keçirilən Beşinci Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib. Layihə Rusiya Federasiyasının (RF) rəhbərliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun verdiyi məlumata görə, RF Teatr Xadimləri İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbində iştirak etmək üçün Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva (Şəlalə Şahvələdqızı) və “Can as” studiyasından Mahir Cananov (Sumqayıt) dəvət olunublar.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Qəzeti qəzet xatirinə buraxmaq olmaz
|
“Təəssüflər olsun ki, hələ də reketçiliklə məşğul olan jurnalistlər və redaksiyalar var” – bu sözləri Vüqar Rəhimzadə “Kaspi”yə müsahibəsində bildirib
Bu il milli mətbuatımızda öz yeri olan “İki Sahil” qəzetinin 20 yaşı tamam oldu. Qəzet 1991-ci il iyul ayının 10-dan etibarən gündəlik, ictimai-siyasi qəzet kimi fəaliyyətini çox uğurla davam etdirir. Nəşrin 20 illik fəaliyyət müddətində Vüqar Rəhimzadənin xidmətləri xüsusi vurğulanmalıdır. Vüqar Rəhimzadə hazırda “İki Sahil”in baş redaktoru və Mətbuat Şurasında reket qəzetlərlə mübarizə komissiyanın rəhbəridir. Onun Azərbaycan jurnalisti, ümumilikdə jurnalistika mövzusunda “Kaspi” qəzetinə verdiyi müsahibəni təqdim edirik.
|
Oxumaq
20.07.11
|
| |
|
|
|
|
|
|
|
|
|