|
"Qalatasaray"da təmizləmə başladı
|
Bir neçə futbolçu ikinci təlim-məşq toplanışına aparılmadı
İlk təlim-məşq toplanışını Avstriyada keçirdikdən sonra İstanbula qayıdan və bir müddət bazada məşq edən "Qalatasaray" ikinci təlim-məşq toplanışını keçirmək üçün Almaniyaya yollanıb. Burda daha çox fiziki məşqlər keçiriləcək. Əlbəttə, "Cim-Bom"un yoldaşlıq görüşləri keçirməsi də planlaşdırılıb.
|
Oxumaq
20.07.11
|
| |
|
|
«Meşə qardaşları» silahlı birləşməsinin üzvünün məhkəməsi yekunlaşıb
|
«Əbu-Bəkr”məscidini partlatmaqda günahlandırılan Samir Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Meşə qardaşları” silahlı birləşməsinin fəalının məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Samir Mehdiyev cavab verib.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Toyda faciə
|
Dağıstan vətəndaşı Bakı toyunda oynadığı yerdə ölüb
Bakının Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1952-ci il təvəllüdlü Dağıstan vətəndaşı Əli Maqomed Maqomedoviç Ramana qəsəbəsində yaşayan qohumu Nəsrullah Abdullayevin nəvəsinin kiçik toy məclisində rəqs edərkən qəflətən dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Həmyerlisini bıçaqlayan şəxs ələ keçib
|
|
Beyləqanda həmyerlisinə bıçaq xəsarəti yetirib hadisə yerindən qaçan şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Məhəmməd İsmayılov münaqişə zəminində həmyerlisi Natiq Xəlilova bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsmayılov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Qadınları Türkiyəyə göndərən Qazax sakini tutulub
|
Aynur Əliyeva qadınları cinsi istismara məruz qoymaqla pul qazanırmış
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadınları cinsi istismara məruz qoyan şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Qazax rayon sakini Aynur Əliyevadır. O, bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə göndərirmiş. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Qaçırılan avtomobil tapılıb
|
Başqasının avtomobili ilə uzağa getmək mümkün olmayıb
Paytaxt polisi qaçırılan iki avtomobili tapıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, iyulun 7-ə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Murad Ağayevə məxsus "ZAZ-1102" markalı avtomaşının dövlət qeydiyyat nişanları oğurlanıb. DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti, Çevik Polis Alayı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "ZAZ-1102" markalı avtomaşından oğurlanmış dövlət qeydiyyat nişanları iyulun 18-də Azadlıq prospektində hərəkətdə olan "VAZ-2121" markalı avtomaşının üzərində aşkar edilib. Görülən tədbirlər nəticəsində avtomaşın saxlanılıb.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Narkotik istifadəçisi tutulub
|
Üstündən heroin götürülən şəxs özünə xəsarət yetirib
Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik istifadəçisi tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı şəhər sakini Hüseyn Aslanovdan 46,931 qram heroin götürülüb. Bu zaman H.Aslanov bıçaqla özünə xəsarət yetirib. H.Aslanov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy RPŞ əməkdaşları Xanqərvənd kənd sakini Alminə Kərimovaya məxsus həyətyanı sahədən yabanı halda bitən çəkisi 5 ton 62 kiloqram olan 8.030 ədəd çətənə kolunu yığaraq məhv edib.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Üç nəfər suda boğulub
|
Batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilib
İki nəfər dənizdə çimərkən boğulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Masallı rayon sakini Namiq Alizadə dənizdə çimərkən suda boğulub. Neftçala rayon sakini Samid Balaşov Kür çayında çimərkən suda boğulub.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Zolaqlı təhlükə
|
Bir qrup vətəndaş qarpızdan zəhərlənib
Bir qrup vətəndaş qarpızdan zəhərlənib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Masallı rayonunun Qəriblər kənd sakini Rövşən Məmmədovun evində qızı Gülşən, habelə Lerik rayon sakinləri, qohumları Əliyar Fətullayev, Aysel Yoldaşova, Amil Məmmədov, onun qardaşları Nail və Aqil qidadan (qarpızdan) zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Müraciət edənlərin hər birinə tibbi yardım göstərilib.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Şəmkirdə bədbəxt hadisə
|
Ot tayasından yıxılan şəxs dünyasını dəyişib
Şəmkir sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Şəmkir rayonunun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini Salman Həsənov Elvin Cəfərova məxsus "T-40" markalı traktorun qoşqusunun üstündəki ot tayasından yıxılıb. Xəsarət alan S.Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
|
Oxumaq
20.07.11
|
| |
|
|
|