Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
"Real" qapıçı axtarır
Amma bu, heç də Kasilyasın çıxışından narazılıqla bağlı deyil

İspaniya çempionatının həlledici oyunlarından ikisində İker Kasilyas ciddi səhvlərə yol verərək komandasının qələbəni itirməsinə səbəbkar olmuşdu. Primeranın "Vilyarreal" və "Malaqa" ilə oyunlarının son dəqiqələrində "Real"ın 2 xal itirməsi çempionatda qızıl medallar uğrunda mübarizəni yenidən gərginləşdirmişdi.
Oxumaq
11.05.12  
 
Fernandes pulunu istəyir
Son dönəmdə sərgilədiyi oyunla "Beşiktaş" fanatlarının sevimlilərindən birinə çevrilən Manuel Fernandes komandanı pis vəziyyətdə qoyub. Belə ki, portuqaliyalı futbolçu UEFA vasitəsiylə rəhbərliyə hədə-qorxu gəlib. Fernandes klubun ona borclu olduğu 1,2 milyon TL-ni tələb edir. Rəhbərlik isə "Trabzonspor"la matçdan sonra onunla danışıqlara başlayacaq. Ya 15 gün ərzində pul ödəniləcək, ya da Fernandesi bir təhər yola gətirməyə çalışacaqlar. Əks təqdirdə bu futbolçu komandanı tərk etmək hüququna malik olacaq.
Oxumaq
11.05.12  
 
Miroslav Stoxa 18 milyon avroluq təklif
Slovakiyalı ulduz futbolçu Miroslav Stox bu mövsüm karyerasının ən uğurlu dönəmini yaşayır. Vaxtilə "Fənərbaxça" onu 5,5 milyon avro qarşılığında "Çelsi"dən transfer etmişdi. O dönəm "Qalatasaray" da Stoxu heyətində görmək istəyirdi. Bu arada "Fənər"in vitse-prezidenti Nihat Özdəmir Stoxla bağlı maraqlı etiraf edib. Jurnalistin "Stoxa görə sizə 14 milyon avro təklif edən olubmu" sualına Özdəmir belə cavab verib: "Nə 14 milyon avro? Bunu haradan öyrəndiyinizi bilmirəm, amma fasilədə Stoxa görə bizə 18 milyon avroluq bir təklif gəlmişdi. Qəbul etmədiyimizə görə komandanın adını açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu Rusiya təmsilsiçi idi. Məşqçilər korpusuyla da məsləhətləşib qərara aldıq ki, Stoxu bu qiymətə satmayacağıq".
Oxumaq
11.05.12  
 
Ceyhandan 185 milyon ton Azərbaycan nefti yola salınıb
2012-ci ilin aprel ayı ərzində 2 milyon 773 min 819 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. ARDNŞ-dən verilən məlumata görə, bu həcmin 1 milyon 847 min 705 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 10 milyon 78 min 739 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il may ayının 1-nə qədər Ceyhan limanından 184 milyon 96 min 767 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Oxumaq
11.05.12  
 
AZAL Novosibirsk və Splitə birbaşa reyslər reallaşdıracaq
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti 01.06.2012 - 26.10.2012-ci il tarixlərində Bakı-Novosibirsk-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirəcək. Şirkətdən verilən məlumata görə, uçuşların hər həftənin çümə günü yerinə yetirilməsi nəzərdə tutulur.
Bakıdan qalxma vaxtı 12.00, Novosibirsk şəhərinə enmə vaxtı 17.55
Novosibirsk şəhərindən qalxma vaxtı 19.10, Bakıya enmə vaxtı 21.40 (yerli vaxtla) müəyyənləşdirilib. Uçuşlar Azərbaycan Hava Yollarının “Aerobus A-319” tipli təyyarələri ilə həyata keçiriləcək.
Oxumaq
11.05.12  
 
Bu il valyuta ehtiyatlarımızda sıçrayış gözlənilir
Elman Rüstəmov: “İlin sonuna kimi valyuta ehtiyatlarımız 13-15 milyard dollara çata bilər”

Bu ilin sonuna kimi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının 36 faiz artacağı proqnozlaşdırılır. Bu açıqlamanı jurnalistlərə Azərbaycan Mərkəz Bankının sədri Elman Rüstəmov verib.
Oxumaq
11.05.12  
 
Bakının mərkəzinə yalnız ağır tonnajlı yük maşınları buraxılmayacaq
Vaqif Əsədov mağazaları malla təmin edən firma avtomobillərinə qadağa olmadığını açıqladı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinin tənzimlənməsi məsələsinə aydınlıq gətirib. İdarənin bölmə rəisi Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, mayın 10-dan 31-dək yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu müddət ərzində paytaxtın inzibati ərazisinə düşən hissələrdə, xüsusilə də müsabiqənin keçirildiyi əraziyə bitişik küçə və yollar nəzarətə götürülməklə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Yük avtomobilləri isə şəhərə buraxılmayacaq.
Oxumaq
11.05.12  
 
Sənayedə istehsal qiymətləri ucuzlaşıb
Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 3,6 faiz ucuzlaşıb. “Azadinform” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 95,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,1 faiz ucuzlaşıb.
Oxumaq
11.05.12  
 
Tikinti qiymətləri bahalaşıb
2012-ci ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb. Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlər 0,1 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb.
Rüb ərzində körpü tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb.
Oxumaq
11.05.12  
 
Qısqanclıq bıçaqlanmaya səbəb olub
Qazax sakini həmyerlisinə xəsarət yetirib

Qısqanclıq bıçaqlanmaya səbəb olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Qazax şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini İlqar Sadıqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törədən Gəncə şəhər sakini Tural Məmmədov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
11.05.12  
 
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •