|
Fabio Luis Ramim Azərbaycanı tərk etməyə qərar verdi
|
Braziliyalı qış fasiləsində ölkəmizdə özünə yeni klub tapa bilməyib
“Bakı”nın transferə çıxardığı Fabio Luis Ramim Azərbaycanı tərk edir. Bu haqda apasport.az saytına milliləşdirilən braziliyalı yarımmüdafiəçinin özü məlumat verib. Ramim qış fasiləsində ölkəmizdə özünə yeni klub tapa bilmədiyini bildirib. Üstəlik, millimizə də cəlb olunan 30 yaşlı futbolçu daha bir problemi aradan qaldırmalıdır: “Son günlərdə “Bakı”nın əvəzedici heyətində məşq edirəm ki, bu, formamı saxlamaq üçündür. Ancaq zədəm yenə özünü göstərir. Dizimdə ağrılar qalıb. Bunu aradan qaldırmağım üçün tam müalicə olunmağım lazımdır.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Turan”a yeni prezident və baş məşqçi təyin olundu
|
|
Dünən “Turan” klubunun üzvləri Tovuz rayon icra başçısı Tofiq Zeynalovla görüşüb. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Musa Süleymanovun maddi problemlərlə bağlı açıqlamalarından sonra komandanı himayədarlığa götürən Zeynalov toplantıda öz müvafiq göstərişlərini verib. Bununla “Turan”a qeyri-rəsmi də olsa yeni prezident və baş məşqçi təyin olunub. Belə ki, icra başçısı kluba nəzarəti Tovuz rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərova tapşırıb.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Türk lütfkarlığına qarşı erməni xəyanəti
|
Osmanlı imperiyası bütün mövcudluğu ərzində ermənilərə geniş dini və milli imtiyazlar vermişdi
Son vaxtlar gündəmi Fransanın qondarma soyqırımının inkar edilməsinə görə cəzanın verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsi tutub. Ermənilər bütün dünya boyu bu çirkin niyyətlərini həyata keçirməyə çalışaraq, antitürk fəaliyyəti aparmaqdadırlar. Türkiyə hökuməti dəfələrlə bununla bağlı birgə tarix komissiyası yaratmağı irəli sürsə də, qarşı tərəf hər dəfə bundan qaçır. Ermənistan və onun xaricdəki lobbisinin bu qorxusu başa düşüləndir.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Ölümsüzlük yolu
|
Mən getməsəm, sən getməsən, bəs kim düşmənə qarşı vuruşacaq?..
Bu həftə Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatın 20 ili tamam olub. Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ mühəribəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. Müharibənin gedişi zamanı Kərkicahan ermənilər tərəfindən işğal olunub. Nəticədə Ağdamdan Şuşaya gələn yol bağlanıb. Bununla da 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu yaranıb. Yeganə Laçın yolu qalıb ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayıblar.
|
Oxumaq
28.01.12
|
| |
|
|
|
|
|
|
|
|
Dayə seçərkən nəyə diqqət etməli?
|
Elmira Mirzəyeva: “Müəyyən qurumlar yaranmalıdır ki, dayələrin hazırlanması ilə məşğul olsun”
Gülnar Ağayeva: “Dayə nə qədər yaxşı olsa da, ana sevgisini əvəz edə bilməz”
|
Oxumaq
27.01.12
|
| |
|
|
|
|
|
|
|