|
|
|
Əmək pensiyası alanların sayı artıb
|
Ölkə üzrə əmək pensiyaçıları arasında qadınlar üstünlük təşkil edir
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb. Belə ki, bu ilin 9 ayı ərzində əmək pensiyaçılarının sayı 23 712 nəfər artaraq cari ilin 1 noyabr tarixinə olan statistikaya əsasən, 1.298 850 nəfərə çatıb. Bu barədə qəzetimizə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Ümumiyyətlə, əmək pensiyası yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunmaqla 3 növə ayrılır. Fonddan qeyd edilib ki, ölkə qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir: "Əmək pensiyası vətəndaşlara aylıq pul ödənişidir. Bu ödəniş "Əmək pensiyaları haqqında" qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə ödənilir".
|
Oxumaq
26.11.09
|
| |
|
|
Kapitandan gözlənilən, baş məşqçidən qeyri-adi seçim
|
Rəşad Messini, Berti Torresi ən yaxşı hesab edir
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov 2009-cu il üçün dünyanın ən yaxşı futbolçusu ilə bağlı seçimini edib. Bu barədə apasport.az saytına 27 yaşlı müdafiəçinin özü məlumat verib. Argentinalı Lionel Messini planetin ən yaxşısı hesab edən R.Sadıqovun fikrincə, "Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi aşkar favoritdir: "Hesab edirəm ki, bu il dünyanın ən yaxşı futbolçusu "Barselona"nın futbolçusu olacaq. Hər halda, komanda bu il 5 titul qazandı. Bunda Messinin böyük rolu var. Fikrimcə, Lionel birinci olmağa layiqdir" R.Sadıqov 2-ci və 3-cü yerdə müvafiq olaraq, Messinin komanda yoldaşı olan ispaniyalı Xavi Ernandesə və portuqaliyalı Kriştianu Ronaldoya ("Real", Madrid) səs verib. Ötən il dünyanın və Avropanın ən yaxşısı seçilən 24 yaşlı Ronaldo milli komandamızın kapitanından da səs almışdı: "Ronaldo Portuqaliya yığmasında istənilən oyunu göstərə bilmədi, Çempionlar liqasının finalında "Barselona"ya uduzdu.
|
Oxumaq
26.11.09
|
| |
|
|
Rəşad növbəti turda oynaya bilər
|
|
"Zədədən sonra bərpa prosesi yaxşılığa doğru gedir. Artıq komanda ilə birgə məşq edirəm. Ancaq zədə problemini nəzərə alaraq, tələsmək istəmirəm". Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. Cari mövsümdən Ağdamın "Qarabağ" klubunda forma geyinən 27 yaşlı müdafiəçi hələ Avroliqanın son təsnifat mərhələsi çərçivəsində "Tvente" (Hollandiya) ilə oyun öncəsi zədələnmişdi. Bu səbəbdən üç aydır milli komandamıza kömək edə bilməyən Rəşad cari mövsümdə "Qarabağ"ın heyətində cəmi bir oyunda meydana çıxıb. Ancaq "Qəbələ" ilə Ağdamda keçirilən həmin görüşdə əsas heyətdə yer alan R.Sadıqov artıq 15-ci dəqiqədə aldığı zədə ucbatından əvəzləndi. Müalicəsinə, bərpa prosesinə xeyli müddətdir xüsusi diqqət yetirən, hətta bu məqsədlə Türkiyədə də olan müdafiəçinin yaşıl meydana qayıdışı maraq doğurur.
|
Oxumaq
26.11.09
|
| |
|
|
"Liverpul" ÇL-dən əlini üzdü
|
Benitesin komandası mübarizəni Avropa Liqasında davam etdirəcək
Hoyabrın 24-də Çempionlar liqasının qrup mərhələsinin 5-ci turuna start verildi. Diqqətçəkən ilk məqam srağagün meydana çıxan rəqib komandalardan azı birinin qol vura bilməməsiylə bağlı oldu: iki matçdan qol səsi çıxmadı, 3 oyunda tərəflərdən biri minimal hesabla, daha 3 oyunda isə 2 top fərqiylə qalib gəldi. 4-cü turdan sonra növbəti mərhələdə oynamağı təmin edən "Bordo", "Mançester Yunayted", "Çelsi", "Portu", Lion "Olimpik"i və "Sevilya"nın sıralarına "Fiorentina" ilə "Arsenal" da qoşuldu. Qrup mərhələsində uğursuzluğa düçar olan "Liverpul"un sona bir tur qalmış Avropa Liqasında çıxış edəcəyinə də aydınlıq gəldi.
|
Oxumaq
26.11.09
|
| |
|
|
Kim uduzdu, kim uddu
|
İki dəfə təxirə salınan oyunda qələbə qazanan olmadı
Dünən futbol üzrə Unibank Premyer Liqasında təxirə salınmış "Xəzər-Lənkəran" - "Bakı" matçı keçirilib. Lent.az-ın məlumatına görə, Lənkəran şəhər mərkəzi stadionunda baş tutan görüş 11-ci dəqiqədən davam etdirilib. Çünki sentyabrın 16-da ot örtüyünün güclü yağış üzündən sıradan çıxma təhlükəsi ilə əlaqədar bu oyun məhz həmin dəqiqədə dayandırılıb. Baş hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma 1:1 hesabı ilə nəticələnib. İlk yarının sonuncu dəqiqəsində "Bakı"nın hücumçusu Əhməd Ticani hesabı açıb.
|
Oxumaq
26.11.09
|
| |
|
|
İki nəfəri qətlə yetirən şəxsə hökm oxunub
|
Məhkəmənin hökmü ilə Nazim Acalov 14 il müddətinə azadlıqdan məhrum edilib
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Elmar Quliyevin sədrliyi ilə qətldə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Gürcüstan vətəndaşı Nazim Acalov cavab verib. İttihama görə, N.Acalov 2003-cü ilin martında Bakının Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildə arvadı R.Əhmədova ilə birlikdə qohumu Ramin Askarovu onlara borclu olduğu pulu ödəmədiyi üçün öldürmək qərarına gəlib. Onlar Gürcüstanın Rustavi şəhərinə gedərək R.Askarovu satış üçün yeni malların olması adı ilə aldadaraq Bakı şəhərinə dəvət ediblər.
|
Oxumaq
26.11.09
|
| |
|
|
"Ləzzət"dəki olay məhkəmədə araşdırılır
|
Müttəhimlər kürsüsündə Türkiyə vətəndaşını girov saxlayıb borcunu tələb edən 4 nəfər əyləşib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə Türkiyə vətəndaşını oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilir. Məhkəmə qarşısında Naxçıvan sakini Həsən Cabbarov, Bakı şəhər sakinləri Qulu Muxtarov, Rauf Heydərov və Mais Vəliyev cavab verir. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144.2.4-cü.(zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddə ilə ittiham irəli sürülüb.
|
Oxumaq
26.11.09
|
| |
|
|
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın
|
Hadisə anında binada olan 60 sakin təxliyə olunub
Paytaxtda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalardan birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Yanğın məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində başlayıb. Orada ümumi sahəsi 120 kvadrat metr olan dəhlizin yanar konstruksiyaları, dəhlizə yığılan müxtəlif ev əşyaları və həmin mərtəbədə olan 4 mənzilin qapıları yanıb. Hadisə anında binada olan 60 sakin təxliyə olunub. 6 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib. Xilasedicilər yanğından zərər çəkən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərib və müvafiq təhlükəsizlik tədbirləri görüb. Yanğın saat 06:33-də söndürülüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
|
Oxumaq
26.11.09
|
| |
|
|
Bir gündə 26 cinayət
|
|
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 20-i "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 1 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçrdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.
|
Oxumaq
26.11.09
|
| |
|
|
Nərimanovda kişi meyiti tapılıb
|
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb
Nərimanov rayonunda kişi meyiti tapılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, bu rayonun Təbriz küçəsində yaşayan Emin Babayev olub. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. E.Babayevin üstünə baxış zamanı heroinə bənzər narkotik vasitə aşkar edilərək götürülüb. E.Babayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı ilkin yoxlama prokurorluq tərəfindən aparılır.
|
Oxumaq
26.11.09
|
| |
|
|
|
|
|