Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
"Fənərbaxça" "Qalatasaray"la xal fərqini azaltdı
Türkiyə Superliqasında XXIII turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Doğma azarkeşləri önündə "Manisaspor"u qəbul edən "Karabükspor" son dəqiqə qolu ilə qələbə qazanıb. Bülənt Qorxmazın komandası 2:1 hesabı ilə qələbə qazanaraq xalını 21-ə yüksəldib. Səfərdə "Ankaragücü"nün qonağı olan "Trabzonspor" isə rəqibinə heç bir şans verməyib. Rəqibini 4 cavabsız qolla məğlub edən Trabzon təmsilçisi yenidən 4-cü pilləyə qayıdıb.
"Fənərbaxça" isə "Qalatasaray"ın xal itkisindən maksimum yararlanıb. Öz meydanın "Mersin İdmanyurdu"nu qəbul edən "Fənərbaxça" rəqibini 2:1 hesabı ilə məğlub edərək liderlə xal fərqini 2-yə endirib.
Oxumaq
31.01.12  
 
Respublikaçılar Floridada ilkin seçkilərə hazırlaşır
Son rəy sorğuları göstərir ki, ABŞ prezident seçkisində Respublikaçılar partiyasının nominasiyasını almaq uğrunda mübarizə aparan Mitt Romni rəqibi Nyut Qinqriçdən irəlidədir.
NBC şirkətinin keçirdiyi sorğunun nəticələri Florida ştatında ilkin seçkidən iki gün əvvəl açıqlanıb.
Oxumaq
31.01.12  
 
İraqiyyə alyansı parlamentin boykotuna son qoyub
İraqda sünnilərin böyük hissəsinin dəstəklədiyi siyasi alyans parlamenti boykot etmək barədə qərarını dayandırıb. Bununla milli birlik hökumətində təriqət zəminində dərin fikir ayrılıqlarına yol açmış siyasi böhrana son qoyulub.
İraqiyyə alyansının mətbuat katibi Meysun Əl-Damluci deyib ki, ölkədə böhranın həlli məqsədilə milli konfransda atmosferin yaxşılaşdırılması üçün qanunvericilər ilk dəfə olaraq bu həftə parlamentin sessiyalarında iştirak etməyə başlayacaq. İraqiyyə bunu yüksək səviyyəli liderlərin parlamentin spikeri Üsəma Əl-Nucaifi, maliyyə naziri Rafi Əl-Əssavi və baş nazirin müavini Saleh Əl-Mutlaqla görüşündən sonra elan edib.
Oxumaq
31.01.12  
 
Britaniya polisindən "Sun" qəzetinə basqın
4 jurnalist və onların rüşvət verdiyi iddia edilən polis həbs edilib

Britaniya polisi "Sun" qəzetinin ofisində axtarış aparıb və dörd jurnalistlə bir polis məmurunu həbs edib. Media patronu Rupert Merdokun sahibi olduğu "News Corporation" qrupuna aid olan və İngiltərənin ən çox tirajlı tabloidi sayılan "Sun" sensasion xəbər məqsədiylə polisə rüşvət verməkdə ittiham edilir.
Oxumaq
31.01.12  
 
Suriya prezidentinin ailəsi ölkədən qaça bilmədi
Suriyada prezident Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən qüvvələr onun ailəsinin ölkədən çıxmasının qarşısını alıblar. Rusiya mətbuatı bildirir ki, prezidentin qohumları yanvarın 29-da axşam Suriyanı tərk etməyə cəhd ediblər.
Məlumatda qeyd edilir ki, Suriyanın təhlükəsizlik xidməti paytaxt Dəməşqdən Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədi, uşaqlarını, anasını və digər qohumunu çıxarmağa çalışıb. Müxalifətin bildirdiyinə görə, bir neçə avtomobil karvanı hava limanına tərəf gedərkən hücuma məruz qalıb.
Oxumaq
31.01.12  
 
Ban Ki Mundan afrikalı homoseksuallara dəstək
BMT-nin baş katibi Ban Ki Mun Afrika ölkələrini homoseksuallarla ikinci sinif vətəndaş, hətta cinayətkar kimi davranılmasına son qoymağa çağırıb. Baş katib Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika Birliyi Assambleyası 18-ci toplantısındakı çıxışında hər kəsin homoseksualların haqlarına hörmət etməsini istəyib.
Oxumaq
31.01.12  
 
Sarkozi prezidentliyə namizədliyini irəli sürməyə tələsmir
Fransada prezident seçkilərinin birinci turuna bir neçə həftə qalır. İctimai rəy sorğularının nəticələrinə görə, prezidentliyə namizədlər arasında liderlik Sosialist Partiyasının namizədi Fransua Ollanda məxsusdur. Bununla yanaşı, Sarkozinin fərqi tədricən azaltmağa çalışdığı bildirilir.
Namizədliyini rəsmən irəli sürməyən Sarkozi Fransanın 4 iri telekanalında çıxış edib. O, AB-dəki vəziyyəti çəhrayı rənglərdə təsvir edib. Jurnalistlərin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyi barədə israrlı suallarını Sarkozi cavabsız qoyub. O bildirib ki, Avropada vəziyyət normallaşıb və sabitləşib. Onun sözlərinə görə, Avropa artıq fəlakət həddində deyil. Sarkozi vurğulayıb ki, Fransada iqtisadi vəziyyət yaxşılaşır və ÜDM və büdcə kəsirinin qarşılıqlı münasibəti 2011-ci ildə gözlənildiyindən yaxşı olub.
Oxumaq
31.01.12  
 
Piyadadan uzaq qaçan dayanacaqlar
Nəqliyyatı intellektual idarəetmə sistemi çərçivəsində Bakıda quraşdırılan dayanacaqların bəziləri qeyri-münasib yerlərdədir
Oxumaq
31.01.12  
 
“İnsan hüquqları və siyasi məhbus adı altında Azərbaycana təzyiq göstərilir”
Çingiz Qənizadə: “Avropa Şurası insan hüquqlarının pozulmasına dair kriteriyaları müəyyən etmədiyi üçün başqa dövlətlərdə siyasi məhbusların olub-olmaması məsələsini qabarda bilməz”
Oxumaq
31.01.12  
 
Suriyada iranlı zəvvarlar qaçırılıb
Zəvvarların getdiyi avtobusa silahlı hücum olub
Oxumaq
28.01.12  
 
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •