|
Paytaxtda yeni doğulan qız uşağı tapılıb
|
Uşaq 1 saylı Uşaq Evinə təhvil verilib
Paytaxt ərazisində yeni doğulmuş körpə qız uşağı tapılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, körpə Xətai rayonu ərazisində aşkarlanıb. Uşaq 10 günlük olub. Uşaq 1 saylı Uşaq Evinə təhvil verilib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Dörd oğurluq faktının üstü açılıb
|
Oğurluq edən beş nəfər yaxalanıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qusar rayonunun Alabaş kəndi ərazisindəki “Şahdağ Qış-Yay” Turizm Kompleksindən 60 litr dizel yanacağı oğurlayan şəxs tutulub. Saxlanılan rayonun Əcəxur kənd sakini Vəfar Balamətov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən yaxalanıb. O, sonrakı araşdırmaların aparılması üçün Qusar RPŞ-yə təhvil verilib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Dələduz hüquqşünasın məhkəməsi başlayıb
|
Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Cəlilabad rayon Hüquq Məsləhətxanasının sabiq müdiri Xandadaş Əliyev cavab verib. Qeyd edək ki, X.Əliyev 2005-2010-cu illər ərzində cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirməkdə təqsirləndirilir.
|
Oxumaq
31.01.12
|
| |
|
|
İki övlad qatilinin məhkəməsi başlayıb
|
Övladlarını boğaraq qətlə yetirən 36 yaşlı atanın növbəti məhkəmə baxışı gələn ay keçiriləcək
Milli.Az-ın Cənub TV kanalına istinadən verdiyi məlumata görə, yanvarın 30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Bacısı oğlunu qətlə yetirən dayı məhkəmə qarşısında
|
Dövlət ittihamçısı Vəli Mehdiyevə 15 həbs cəzası istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında bacısı oğlunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Vəli Mehdiyev cavab verib. V.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinə əsasən ittiham olunub.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Amauri də oynayarmış
|
Amauri nəhayət bu mövsüm ilk dəfə İtaliya çempionatında meydana çıxdı. Bunun səbəbini indi biləcəksiniz.
"Yuventus" rəhbərliyi onu yayda "Marsel"ə satmağa çox yaxın idi. Lakin yeni çalışdırıcı Antonio Konteyə lazım olmayan braziliyalı hücumçu karyerasını Fransa klubunda davam etdirmək istəməmişdi. Turinlilər bunun cavabında belə desək, Amaurini ehtiyatda çürütmək yolunu tutmuşdu. İtaliya vətəndaşlığını qəbul edən və bu ölkə millisini formasını da geyən cənubi amerikalı bir neçə gün əvvəl "Fiorentina"ya icarəyə verilmişdi.
|
Oxumaq
31.01.12
|
| |
|
|
20 milyon funt sterlinqlik səhv
|
Stüart Dauninqin "Liverpul"a keçidi hələ də müzakirə olunur
Yayda "Aston Villa"dan təxminən 20 milyon funt sterlinqə alınan Stüart Dauninqin "Liverpul"a keçidi hələ də müzakirə olunur. Axı gənc yarımmüdafiəçi cari mövsüm nə qol vura bilib, nə də məhsuldar ötürmə verib. Halbuki Dauninq Premyer-Liqada rəqib qapısına doğru ən çox zərbə endirən futbolçulardan biridir.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Ranyeri daha çempionluq uğrunda mübarizə aparmır
|
"Leççe"yə məğlubiyyət baş məşqçini fikrini dəyişməyə vadar edib
"Leççe"yə məğlubiyyət Klaudio Ranyerini skudetto uğrunda mübarizəylə bağlı fikrini dəyişməyə vadar edib. Halbuki o, son həftələr sıralanan uğurlu nəticələrdən sonra komandasının çempionluq yarışına qoşula biləcəyini vurğulayırdı. Amma görünür A seriyasının autsayderlərindən birinə uduzan "İnter"in çalışdırıcısı qızıl medalların onun komandasından uzaq düşdüyünü fikirləşir:
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Turan” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq
|
Yanvarın 28-dən hazırlıqlara başlayan “Turan” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. "Rekord.az" xəbər verir ki, hazırda komandanın düşərgəsinə 28-30 futbolçu toplanıb. Asəf Qədiri, Xəyal Qarayev, Natiq Kərimi, Cavad Mirzəyev “Turan”ın heyətinə cəlb etdiyi yeni futbolçulardı. Gürcü legionerlər də düşərgədədir. Yanvarın 30-da “Şəmkir”lə, fevralın 1-də isə “Tərəqqi” ilə yoxlama oyunu keçirməyi planlaşdırılır. Heyətə bir neçə yeni futbolçunun da cəlb edilməsi planlaşdırılır.
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Rəvan"dan daha iki transfer
|
|
Təlim-məşq toplanışını Bakıda davam etdirən paytaxtın "Rəvan" klubu növbəti iki transferini gerçəkləşdirib. Bu barədə Qol.Az-a açıqlama verən "Rəvan"ın baş məşqçisi Vladislav Qədirov komandaya baxışa gələn Nemanya Vidakoviç və "Turan"dan Sergey Artyuxla müqavilə imzaladıqlarını bildirib. Vidakoviçlə il yarımlıq müqavilə imzaladıqlarını deyən V.Qədirov eyni zamanda Syera Leonedən də futbolçu transfer etməyi planlaşdırdıqlarını vurğulayıb.
|
Oxumaq
31.01.12
|
| |
|
|
|