Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
“Sumqayıt” ES-də ötən il 2,2 milyard kVt/saat enerji istehsal edilib
Sumqayıtda fəaliyyət göstərən, ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasında ötən il ərzində 2 milyyard 222,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu, proqnozlaşdırıldığından 6,6 milyon kilovatsaat çoxdur. Keçən ilin dekabr ayı ərzində isə burada 222 milyon kilovatsaat proqnoza qarşı 222,6 milyon kilovatsaata yaxın elektrik enerjisi hasil olub.
Oxumaq
31.01.12  
 
“Əmanətlər mütləq qaytarılacaq”
Səfa Mirzəyev: “Azərbaycanın hazırkı iqtisadi gücü bütün əmanətlərin qaytarılmasına imkan verir”

“Sovet vaxtı banklarda qalmış əmanətlər mütləq qaytarılacaq, lakin bu iş ədalətli prinsip əsasında aparılmalıdır”. “Trend”in məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı mətbuat konfransında bildirib.
Oxumaq
31.01.12  
 
İrana sanksiyalar Azərbaycana da təsir edəcək
Ekspertlərə görə, neftin bahalaşmasının ölkə iqtisadiyyatına mənfi və müsbət təsirləri olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) İran neftinin ixracına embarqo qoyularsa, dünya bazarında neftin qiymətinin 20-30% artacağını bəyan edib. BVF ekspertləri İrana qarşı sanksiyaların nəticələrinin Liviya inqilabından sonra olduğu kimi, təhlükəli və irimiqyaslı olacağını bildiriblər: “Əgər İran Fars körfəzinə girişi bağlamaq barədə təhdidini yerinə yetirmək qərarına gəlsə, nəticələr daha dramatik olacaq. Hörmüz körfəzinin bağlanması regionda geopolitik gərginliyi artıracaq və analoqu olmayan qeyri-stabillik yaradacaq”.
Oxumaq
31.01.12  
 
“Mirzə Fətəli Axundzadə İli”nin açılışı keçirilib
Əbülfəs Qarayev: “O elə nəhəng zəka, idrak sahibidir ki, qoyduğu mədəni-mənəvi fəlsəfi problemlərin bir çoxunun cavabları hələ yüz illər bizdən irəlidədir”

Ankarada TÜRKSOY tərəfindən elan edilən "2012 Mirzə Fətəli Axundzadə İli"nin açılışı və "3-cü TÜRKSOY Mətbuat Onur Mükafatları"nın təqdimetmə  mərasimi keçirilib. TÜRKSOY Baş Katibliyində keçirilən mərasimə baş katib Düsen Kaseinov, Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirləri, Gürcüstan mədəniyyət və abidələri qoruma naziri, Türkiyənin milli müdafiə naziri və Kosova dövlət və bələdiyyə idarəetməsi naziri və başqaları qatılıb.
Oxumaq
31.01.12  
 
“Biz bu qədər abidələrimizi başlı-başına qoymuşuq”
İşğal olunmuş ərazilərimizdə dövlət qeydiyyatında olmayan minlərlə abidələrimizə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib
Oxumaq
31.01.12  
 
“Sizin səmimiyyət”
Təxminən 10 il bundan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda  Azərbaycan millisinin oyununu izləyərkən üzləşdiyim kuryoz  hələ də xatirimdədir: Oyunun 70-ci dəqiqəsində 5-0 hesabı ilə geridəydik. Stadion tamamən sükut içindəydi. Birdən meydan elə bir alqış, elə bir hayqırtı səsinə qərq oldu ki, çoxları kimi mən də yenicə mürgüləməyə başladığım kreslodan hövlan qalxıb, sanki 6 topu birdən vurub oyunu udmuşuq təsəvvürünə qapılıram, ta ki, yanımdakı yoldaşdan nə baş verdiyini öyrənənə kimi. Sən demə, rəqibə ikinci sarı kartı veriblərmiş və bu da qırmızı kart anlamına gəlirmiş... Vəssalam!
Oxumaq
31.01.12  
 
20 yaşlı işğal…
Kərkicahanın işğalı düşmənə strateji mövqe qazandırdı

Qarabağın Azərbaycandan ayrı düşməsi artıq 20 ildir ki, soydaşlarımızın ağrılı yerinə çevrilib. O zamanlardan başlayaraq Azərbaycanın ən səfalı guşələrindən olan Dağlıq Qarabağ mənfur düşmənlərin hücumuna məruz qalıb. Ermənilərin Qarabağ torpaqlarına ilk etdikləri hücumlardan biri 1991-ci ilin dekabrında Xocalı rayonunun Kərkicahan qəsəbəsinə olub. Bu qəsəbə 1991-ci il dekabrın 28-dən erməni qüvələrinin işğalındadır. 1992-ci ilin yanvar ayı ərzində isə erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 azərbaycanlını qətlə yetiriblər.
Oxumaq
31.01.12  
 
Qarlı havada yol qəzaları artıb
Üç nəfər həyatı itirib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Göygöl rayonunun Çaykənd kəndi ərazisində Goranboy rayon sakini Vüsal Məmmədov “VAZ-2121” markalı avtomaşını idarə edərkən kənd sakini Ərşad Mehdiyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb. 
Oxumaq
31.01.12  
 
Ana və oğlu dəm qazından boğulub
Dəm qazından boğulanların sayı artıb.  DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı şəhər sakini Nəriman Əliyev və Sumqayıt şəhər sakini Nailə Haqverdiyeva öz evlərində dəm qazından zəhərlənərək ölüblər. Bakının Sabunçu rayonunda 58 yaşlı Turan Musayeva və onun oğlu, 31 yaşlı Əli Musayev yaşadığı evdə dəm qazından boğularaq ölüblər. Bakı şəhər sakini 35 yaşlı Ramin Şirməmmədov yaşadıqları evdə dəm qazından boğularaq ölüb. Hər bir faktla bağlı araşdırma aparılır. 
Oxumaq
31.01.12  
 
Hərbi Komissarlığın binası yanıb
Daha bir yanğın hadisəsi Binəqədi rayon Hərbi Komissarlığının binasında olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə vaxtı binada kimsə olmadığından xəsarət alan qeydə alınmayıb. Bununla belə binanın bir hissəsi və xeyli sənəd kül olub.
Oxumaq
31.01.12  
 
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •