|
|
|
|
|
Cadugər qadın yanıb külə döndü
|
O, "insanları işə düzəltmək", "qızları ərə vermək" kimi işlər görürmüş
Xızı rayonunda dəhşətli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Altıağac qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kvadratmetr olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı insan sümüyünə oxşar fraqmentlər aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
|
Oxumaq
31.01.12
|
| |
|
|
|
|
|
|
Ötən il 77 standart təsdiq edilib
|
|
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən il standartlaşdırma sahəsində normativ hüquqi və normativ texniki bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görüb. Komitədən verilən məlumata görə, “Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi Avropa Birliyinin mütəxəssisləri tərəfindən ekspertizadan keçmiş və baxılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Sumqayıt” ES-də ötən il 2,2 milyard kVt/saat enerji istehsal edilib
|
|
Sumqayıtda fəaliyyət göstərən, ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasında ötən il ərzində 2 milyyard 222,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu, proqnozlaşdırıldığından 6,6 milyon kilovatsaat çoxdur. Keçən ilin dekabr ayı ərzində isə burada 222 milyon kilovatsaat proqnoza qarşı 222,6 milyon kilovatsaata yaxın elektrik enerjisi hasil olub.
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Əmanətlər mütləq qaytarılacaq”
|
Səfa Mirzəyev: “Azərbaycanın hazırkı iqtisadi gücü bütün əmanətlərin qaytarılmasına imkan verir”
“Sovet vaxtı banklarda qalmış əmanətlər mütləq qaytarılacaq, lakin bu iş ədalətli prinsip əsasında aparılmalıdır”. “Trend”in məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı mətbuat konfransında bildirib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
İrana sanksiyalar Azərbaycana da təsir edəcək
|
Ekspertlərə görə, neftin bahalaşmasının ölkə iqtisadiyyatına mənfi və müsbət təsirləri olacaq
Beynəlxalq Valyuta Fondu (BVF) İran neftinin ixracına embarqo qoyularsa, dünya bazarında neftin qiymətinin 20-30% artacağını bəyan edib. BVF ekspertləri İrana qarşı sanksiyaların nəticələrinin Liviya inqilabından sonra olduğu kimi, təhlükəli və irimiqyaslı olacağını bildiriblər: “Əgər İran Fars körfəzinə girişi bağlamaq barədə təhdidini yerinə yetirmək qərarına gəlsə, nəticələr daha dramatik olacaq. Hörmüz körfəzinin bağlanması regionda geopolitik gərginliyi artıracaq və analoqu olmayan qeyri-stabillik yaradacaq”.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Ötən il 77 standart təsdiq edilib
|
|
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən il standartlaşdırma sahəsində normativ hüquqi və normativ texniki bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görüb. Komitədən verilən məlumata görə, “Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi Avropa Birliyinin mütəxəssisləri tərəfindən ekspertizadan keçmiş və baxılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
|