|
|
|
|
|
“Neolit”də silahlı insident törədən deputatlığa keçmiş namizəd olub
|
Şahin Hüseynli onu intizama dəvət edən restoran işçilərinə əsəbiləşib silaha əl atıb
Yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M.Əliyev küçəsində “Neolit” restoranında silahlı insident törətmiş şəxsin deputatlığa keçmiş namizəd olması müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Hüseynli Şahin Rabil oğlu 2005-ci ildə 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. 37.6 faiz səslə Mustafayev Fazil Qəzənfər oğlunun millət vəkili seçildiyi həmin dairədə Ş.Hüseynli 0,78 faiz səs toplayıb.
|
Oxumaq
07.01.12
|
| |
|
|
|
|
|
|
|
|
Janozen şəhərində seçki olmayacaq
|
Qazaxıstanın Janozen şəhərində parlament seçkiləri keçirilməyəcək. Qərarı Qazaxıstanın Konstitusiya Şurası çıxarıb. Keçən il dekabrın sonlarında Janozen və qonşu Setpe qəsəbələrində keçirilən etiraz aksiyaları zamanı 16 nəfər ölmüşdü, 100 nəfər yaralanmışdı. Hazırda bu ərazilərdə fövqəladə vəziyyət rejimidir. Qazaxıstanda parlamentin aşağı palatasına seçki yanvarın 15-də keçiriləcək.
|
Oxumaq
07.01.12
|
| |
|
|
ABŞ-da ilin ilk edamı
|
|
Bu il ABŞ-da ilk edam prosesi həyata keçirilib. Yanvarın 5-də Oklahoma ştatındakı həbsxanaların birində qətldə günahlandırılan 49 yaşlı Heri Roland Uelç edam olunub. Heri Roland Uelçə zəhərli iynə vurulub. Edam prosesində yalnız həbsxana heyəti iştirak edib. Herinin qohumları edam prosesini müşahidə etməməyə qərar veriblər.
|
Oxumaq
07.01.12
|
| |
|
|
Pakistanda növbədənkənar seçki keçirilə bilər
|
|
Pakistanda 4 ildir iqtidarda olan koalisiya hökumətindən növbədənkənar seçki xəbərdarlığı gəlib. Koalisiyanın ən böyük ortağı olan baş nazir Yusif Rza Gilaninin sədrlik etdiyi Pakistan Xalq Partiyasının yüksək vəzifəli təmsilçisi yerli qəzetlərdən birinə verdiyi açıqlamada martın 11-də keçiriləcək Senat seçkilərində məğlub olacaqları təqdirdə, növbədənkənar seçki qərarı verə biləcəklərini söyləyib. O bu məsələnin Pakistan Xalq Partiyası İdarə Heyətinin toplantısında müzakirə edildiyini bildirib.
|
Oxumaq
07.01.12
|
| |
|
|
Timoşenkonun əri Çexiyadan sığınacaq istəyib
|
Həbsdə olan Ukrayna siyasətçisi Yuliya Timoşenkonun həyat yoldaşı Çexiya Respublikasından sığınacaq istəyib. Praqadakı mənbələr deyir ki, Oleksander Timoşenko sığınacaq xahişini ötən ilin sonunda edib. Çexiyanın “Pravo” qəzeti xəbər verir ki, hökumət mənbələri bu xəbəri Reuters agentliyinə təsdiqləyib. Timoşenkonun xanımı, keçmiş baş nazir Yuliya Timoşenko oktyabrın 11-də səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək 7 il müddətinə həbs olunub. Mənbə Reuters agentliyinə deyib ki, Timoşenkonun ərizəsilə bağlı hələ heç bir qərar verilməyib.
|
Oxumaq
07.01.12
|
| |
|
|
|