|
|
|
|
|
Tbilisidə üç gün
|
|
Adamın yaddaşında şəhərin tarixiliyi ilə seçilən görünüşü, insanların kasıblığa boyun əyməyən gülər üzü, təbəssümləri, mehriban, isti rəftarları və özünəməxsus təamları qalır
|
Oxumaq
06.01.12
|
| |
|
|
Almaniya prezidentinin göstərişi yerinə yetirilməyib
|
|
Almaniya prezidenti Kristian Vulf mətbuata təzyiq göstərməsi ilə bağlı məsələyə münasibət bildirib. BBC-nin “Deutshce Welle” qəzetinə istinadən yaydığı xəbərə əsasən, Kristian Vulf qalmaqallı materialın dərc olunmaması üçün “Bild” qəzetinin baş redaktoruna zəng etdiyini etiraf edib. O, bu addımı ilə ciddi səhvə yol verdiyini söyləyib. Kristian Vulf hər hansı qanunu pozmadığını və istefa vermək barədə düşünmədiyini bildirib.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Davudoğlu: “Sünni-şiə davasının qarşısını alacağıq”
|
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, bölgədə sünnilər və şiələr arasında gərginliyin artırılması bütün region üçün özünəqəsd olacaq: “İcazə verin, açıq danışım: Bir neçə elementlər var ki, regionda bu yöndə “soyuq müharibə”yə başlamağa hazırdırlar”. Davudoğlu vurğulayıb ki, Türkiyə Yaxın Şərqdə belə tip “soyuq müharibə”nin qarşısını qətiyyətlə alacaq. Səfərin gündəliyindəki əsas məsələlər Suriya və İranın Amerika ilə yaşadığı böhran və NATO radarının Türkiyəyə yerləşdirilməsindən sonra Tehrandan gələn təhdidlərdir.
|
Oxumaq
06.01.12
|
| |
|
|
“Taliban” 15 hərbçini öldürüb
|
|
Silahlılar Pakistanda dekabrın sonlarında əsir götürdükləri 15 hərbçini öldürüblər. Bu haqda “Taliban”ın nümayəndələri məlumat verib. Məlumata görə, öldürülən hərbçilərin cəsədləri Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristanda basdırılıb. Pakistan ordusu komandanlığı məlumatın yoxlanıldığını bildirib. Hərbçilər dekabrın 22-də əsir götürülmüşdülər.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Əsəd müşahidəçiləri aldatmağa çalışır
|
|
Suriyada araşdırmaları davam etdirən Ərəb Birliyinin müşahidəçiləri Homsda həbsxanaları ziyarət etməkdədir. Ancaq müxalifət bu ziyarətlərdən əvvəl həbsxanalarda düzəlişlər edildiyini bildirir. Məsələn, həbsxananın ilk dəfə təmizləndiyi və isitmə sisteminin yeniləndiyi qeyd edilir.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Timoşenkoya işgəncə verilir?
|
Ukraynanın sabiq baş naziri və müxalifət lideri Yuliya Timoşenkoya həbsxanada işgəncə verilir.
Belə bir iddia ilə Timoşenkonun vəkili çıxış edib. Vəkilin sözlərinə görə, müxalifət liderinin qaldığı otaq bütün gün ərzində kamera ilə izlənilir və işıqlar söndürülmür. Vəkil bunun psixoloji və fiziki işgəncə olduğunu bildirib.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Belarus İnternetə qadağa tətbiq edir
|
|
Belarus xarici internet səhifələrinə məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Yeni qanun layihəsi internet-kafe və internet-klubları xaricdə qeydiyyatdan keçmiş səhifələrə girənlər barədə məlumat verməyə məcbur edir. Qanun bu gündən qüvvəyə minəcək. Yeni qaydalara görə, xidmət göstərməklə mal satan səhifələr Belarus domenlərindən istifadə etməli olacaq. Bu, Amazon və eBay kimi saytların Belarusdakı müştərilər üçün satışlarını qeyri-qanuni edir.
|
Oxumaq
06.01.12
|
| |
|
|
|
|
|