|
|
|
İşğal olunmuş ərazilərin təbii ehtiyat potensialı
|
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır
Əzəli Azərbaycan torpaqları üzərində dövlət quran ermənilər bu gün işğal olunmuş torpaqların sərvətini talamaqda davam edirlər. Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılıb.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Kürəkənlə qayınananın faciə ilə bitən mübahisəsi
|
Qayınanasının həyatına son qoyan Rövşən Həsənov 13 müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Gəncə şəhər sakininin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında 1973-cü il təvəllüdlü Həsənov Rövşən Firuddin oğlu cavab verib. Məhkəmə yolu ilə müəyyən edilib ki, Rövşən 18 iyun 2010-cu ildə gecə saat 02:00 radələrində yaşadığı mənzildə qayınanası Sinəxanımla mübahisə edib. Mübahisə zamanı qayınanasının onun ünvanına söyüşlər söyməsindən əsəbiləşən Rövşən bıçağa əl atıb. O, 12 yaşlı oğlunun otaqda olmasına baxmayaraq, Sinəxanımın bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Nizami Sadıqov istefasının səbəblərini açıqladı
|
“Ailə vəziyyəti ilə əlaqədar “Simurq”dan ayrılmalı oldum”
“Komandadan öz istəyimlə getmişəm. Hansısa problem olmayıb. Sadəcə, ailə vəziyyəti ilə əlaqədar ayrılmalı oldum”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un sabiq məşqçisi Nizami Sadıqov deyib. Son il yarımda Zaqatala təmsilçisində qapıçılarla işləyən 45 yaşlı çalışdırıcı bildirib ki, klub rəhbərliyi ilə müqaviləsinin pozulmasında razılığa gəliblər:
|
Oxumaq
06.01.12
|
| |
|
|
Subaşiç Bakıda restoran açıb
|
|
“Bakıda dostumla şərikli restoranı açmışam. Oyunlardan sonra tez-tez “Balkan”a yığışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib. 30 yaşlı hücumçu vətəni Serbiyada verdiyi müsahibədə Azərbaycanda çıxış edən həmyerlilərinin bir araya yığışdığı məkanın varlığından bəhs edib: “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç, həmçinin Boyan Pavloviç, Stevan Bates də ora baş çəkirlər. Tanınmış voleybol məşqçisi Zoran Qayiç də tez-tez gəlir. Azərbaycanda son vaxtlar futbola böyük vəsaitlər qoyulur. Xüsusilə, voleybola diqqət artıb. Bu da legionerləri cəlb edir. Futbolçularla müqavilələrin məbləği çox yüksəkdir, hətta 2 milyona avroya yaxın olanlar da var”.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Kamerun prezidenti Samuel Eto’Onu əfv etdi
|
|
Kamerun milli komandasının kapitanı Samuel Eto’O bağışlanıb. Ölkənin futbol federasiyası “Anji”nin 31 yaşlı hücumçusu haqda çıxardığı 15 oyunluq cəzanı ləğv edib. Samuel Əlcəzair yığması ilə yoldaşlıq görüşünün ləğvinə gətirən qiyama görə ağır cəzalandırılmışdı. Maraqlıdır ki, dünya şöhrətli futbolçu Kamerun prezidenti Pol Biyanın işə müdaxiləsindən sonra əfv olunub. Ölkə başçısı bununla bağlı müvafiq göstəriş verib.
|
Oxumaq
06.01.12
|
| |
|
|
“Kəpəz” məşqlərə başlayır
|
Premyer Liqada oynamaqdan imtina etdiyini açıqlayan “Kəpəz” klubunda vəziyyət yaxşıya doğru dəyişib. Apasport.az saytının məlumatına görə, sponsorların maddi dəstək verməməyi ucbatından buraxılan komanda yenidən “dirilib”. Ötən ilin son günlərində fəaliyyətini dayandırdığını rəsmən bəyən edən “Kəpəz” yeni ilin ilk günlərində futbolçularının maaşlarını verib.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Stoiçkov karyerasını vətənində davam etdirəcək
|
|
Bugünlərdə "Rostov"un prezidentinin məsləhətçisi kimi funksiyasını yerinə yetirməkdən imtina edən Xristo Stoiçkov karyerasını vətənində davam etdirəcək. Bolqarıstan yığmasının keçmiş hücumçusu məşqçilik karyerasını bərpa etmək qərarına gəlib. Rusiya klubuyla müqaviləsini "Rostov"un maliyyə çətinlikləri üzündən pozan Stoiçkov "Liteks"də çalışacaq. Səbəbkar srağagün Loveçə gələrək yerli klubla əməkdaşlığının şərtləriylə bağlı müzakirələr aparıb. Yerli mənbələr Stoiçkovun loveçlilərlə əməkdaşlığa başlayacağını böyük əminliklə iddia edirdi.
|
Oxumaq
06.01.12
|
| |
|
|
Ernad Skuliç “Xəzər Lənkəran”dan çox pul istəyir
|
Çempionluğa iddialı “Xəzər Lənkəran” qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındır. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın türkiyəli baş məşqçisi Cüneyt Biçər heyətə özünə tanış simanı qatmağı planlaşdırır. Belə ki, Biçər “Bakı”da baş məşqçi olarkən rəhbərliyi altında oynamış xorvatiyalı dayaq yarımmüdafiəçisi Ernad Skuliçin xidmətində maraqlıdır. Amma Skuliç cənub təmsilçisindən daha çox pul istədiyindən, ilkin danışıqlar hələlik müsbət nəticələnməyib. Bununla belə, tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi istisna olunmur.
|
Oxumaq
06.01.12
|
| |
|
|
|
|
|