Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 19.1.2012
Səhifələr : 1 2 3 4 » #
“Hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır”
Prezident İlham Əliyev: “Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edəcəyik”
Oxumaq
19.01.12  
 
Vobay mütləq cəzalandırılacaq
Afrikalı futbolçu səhlənkarlıq edərək “Xəzər Lənkəran”ın düşərgəsinə gəlməkdə gecikib
Oxumaq
19.01.12  
 
Nihat Kahveçi karyerasını bitirdi
Türkiyə futbolunun tanınmış simalarından olan Nihat Kahveçi karyerasını bitirməyə qərar verib. Son vaxtlar çıxış etdiyi İstanbul “Beşiktaş”ından qovulduqdan sonra özünə komanda tapa bilməyən 33 yaşlı hücumçu birdəfəlik getməyi məqsədəuyğun sayıb.
1997-ci ildə heyətində peyda olduğu “Beşiktaş”da tanınan Nihat 2002-06-cı illərdə İspaniya Primerasında “Real Sosyedad”ın şərəfini qoruyub. Həmin İllərdə Darko Kovaçeviçlə fövqəlcütlük təşkil edən türkiyəli Primeranın ən yaxşı bombardiri tituluna da yaxın olub. O, 2002/03 mövsümündə yalnız braziliyalı Ronaldodan geri qalıb. Komandası ilə də gümüş medal qazanan futbolçu 5 ildən sonra da İspaniya çempionatının 2-cisi olub.
Oxumaq
19.01.12  
 
Yığmamız ilin ilk reytinq cədvəlində irəlilədi
FİFA 2012-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Hesabında 300 xal olan yığmamız 111-ci yerdə qərarlaşıb.
Oxumaq
19.01.12  
 
"Fənərbaxça"nın Sou arzusu
Klub rəsmiləri "Lill"ə 10 milyon avroluq təklif irəli sürüb

"Fənərbaxça" rəhbərliyi deyəsən azarkeşlərini bugünlərdə sevindirmək niyyətindədir. Məlum olduğu kimi, komanda uzun müddətdir ki, forvard axtarışındadır. Elə ilk dövrədəki matçlar da sübut etdi ki, "Fənər"in mütləq qolçu bir hücumçuya ehtiyacı var. Rəhbərlik təxminən 10 gündən artıqdır ki, gözünü "Lill"in istedadlı forvardı Mussa Souya dikib. İlk öncə bu transferin baş tutmadığı deyilirdi. Belə ki, kadıköylülərin təklif etdiyi ilkin məbləğ fransızları qane etməmişdi. Srağagün "Fənər" rəsmiləri "Lill"ə 10 milyon avroluq təklif irəli sürüb.
Oxumaq
19.01.12  
 
Hasan Kabze Türkiyəyə qayıtdı
Baş məşqçi postuna Ektor Kuperi gətirən "Orduspor" heyətini iki transferlə gücləndirib. Bunlardan biri türkiyəli futbolsevərlərə yaxşı tanışdı. Söhbət Hasan Kabzedən gedir. "Qalatasaray" və "Rubin"lə çempion olan Hasan son iki mövsümü "Monpelye"də keçirmişdi. "Orduspor"un başqanı Nedim Türkmən bu futbolçuyla 1,5 illik müqavilə imzaladıqlarını açıqlayıb. Bundan başqa, ordulular "Olimpiakos"dan Fransisko Xavyer Perianes və ya qısaca olaraq "Xavito" ləqəbli sol cinah futbolçusunu transfer edib. Srağagün bu futbolçu rəsmən mətbuata təqdim olunub. Qeyd edək ki, Xavito Kuperi gözəl tanıyır. Belə ki, vaxtilə onun rəhbərliyi altında çıxış edib.
Oxumaq
19.01.12  
 
Dünya Bankından xəbərdarlıq: Yeni böhrana hazırlaşın
Dünya Bankı qlobal böyümə proqnozlarını hesablayaraq, inkişaf etməkdə olan ölkələri yeni iqtisadi böhrana hazırlıqlı olmaq mövzusunda xəbərdar edib. İnkişafda olan ölkələr bundan sonra da iqtisadi artımın yavaşlamasına hazır olmalıdır, çünki Avrozonanın borc problemləri və formalaşan bazara malik bəzi ölkələrdə artımın zəifləməsi dünya iqtisadiyyatının artım perspektivlərini azaldır.
Oxumaq
19.01.12  
 
İranda qadın jurnalistlər həbs olunub
İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən gənc jurnalistlər Pərəstu Dokuhəki və Mərziyə Rəsuli həbs edilib. İran Kəşfiyyat Nazirliyinin Tehran bölməsinin əməkdaşları yanvarın 15-i axşam saatlarında bloqçu və araşdırmaçı Pərəstu Dokuhəkini mənzilindən tutub aparıblar.
Evdə axtarış aparılıb, jurnalistə məxsus kompyuter və digər şəxsi əşyalar götürülüb. Onun Tehranın Evin zindanında saxlandığı bildirilir. ETTELAAT əməkdaşları digər islahatçı jurnalist Mərziyə Rəsulini yanvarın 17-də saxlayaraq onu da Evin zindanına aparıblar. Onun da evində axtarış aparılıb, jurnalistə məxsus kompyuter, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Hər iki jurnalistin ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığı bildirilib.
Oxumaq
19.01.12  
 
Efiopiyada 5 xarici turist öldürülüb
Efiopiyanın dövlət televiziyası bəyan edib ki, naməlum şəxslər ölkənin şimal-şərqində beş xarici turisti öldürüb. Əcnəbilərin milliyyətləri hələ məlum deyil. Məlumatlara görə, Almaniya Xarici İşlər Nazirliyi deyib ki, qurbanlar arasında alman turistlər də ola bilər.
Efiopiya Müdafiə Nazirliyi bildirib ki, turistlərə qiyamçı qrupların fəal olduğu bölgədə hücum olub. Məlumatlara görə, hücumlar zamanı yaralananlar da olub, onları dövlət xəstəxanasına aparıblar. Efiopiya hökumətinin təmsilçisi deyib ki, turistlərə hücum edənlər Eritreya hökumətinin təlimatlandırdığı və silahlandırdığı terrorçu qruplar olub. Eritreya isə bu ittihamı rədd edir. Eritreya 1993-cü ildə Efiopiyadan ayrılıb, özünün müstəqilliyini elan edib, ancaq iki qonşu ölkə arasında sərhəd mübahisəsi var.
Oxumaq
19.01.12  
 
İsraillə ərəb ölkələri arasında kiber müharibə
Səudiyyə Ərəbistanı və İsrail hakerləri qarşılıqlı hücuma keçib

İsrail və ərəb ölkələri arasında kibermüharibə yaşanır. Səudiyyə Ərəbistanı mənşəli hakerlər Təl Əviv birjası, Əl Al Hava Yolları və 3 bankın internet saytına hücum edib. Hakerlər bu internet səhifələrinə İsrail əsgərlərinin hərəkətlərinə görə Müdafiə Nazirliyindən üzr gözlədiklərini yazıblar.
Oxumaq
19.01.12  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •