|
|
|
Bacısı Mətanət İsgəndərlinin planlarını açdı
|
Məşhur müğənni solo konsert verəcək
Müsəlman təqvimi ilə Məhərrəm ayı olduğu üçün vaxtını əsasən istirahətə sərf edən şou-biznes nümayəndələrinin bəziləri Azərbaycanın regionlarına, əksəriyyəti isə xaricə üz tutub. Populyar müğənni Mətanət İsgəndərli də yaradıcılığına fasilə verib. Hazırda rayonda istirahətdə olan Mətanət xanım yaradıcılıq işlərinə yaxın günlərdə start verəcək.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Milli seçimlərdə fasilə olacaq
|
|
Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 7-ci həftəsinin qalibi müəyyənləşib. Belə ki, keçən həftənin qalibi Səbinə Babayeva olub. İctimai Teleradionun canlı efirində Azərbaycanı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəyən 9 nəfər 5 gün müddətində yarışıb. İştirakçılar bu müddət ərzində öz perfomanslarını tamaşaçılar və münsiflər heyəti qarşısında nümayiş etdiriblər.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Energetik içkilərin qəbulu hansı fasadlara gətirib çıxarır?
|
Bu içkilərin zərərli, yaxud xeyirli olması daim dünya ölkələrini düşündürməsinə baxmayaraq, günü-gündən energetik içkilərin qəbulu artmaqdadır
Energetik içkilər hazırda dünyanın bir çox ölkələrində istifadə olunur. Bu içkilərdən istifadə son zamanlar Azərbaycana da ictimai maraq kəsb edən məsələlərdəndir. İlk dəfə olaraq 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri, xüsusilə gənclər arasında çox məşhurdur. Bəziləri bunları naharda, günorta və axşam yeməklərində, yaxud qəlyanaltılarda qəbul edirlər. Bu içkilərin zərərli, yaxud xeyirli olması daim dünya ölkələrini düşündürməsinə baxmayaraq, günü-gündən energetik içkilərin qəbulu artmaqdadır.
|
Oxumaq
17.01.12
|
| |
|
|
24 yaşlı oğlan intihar edib
|
Göyçayda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, Göyçay şəhəri Hüsü Hacıyev küçəsi, 13 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Malik İbrahimli yanvarın 14-də sirkə turşusu içərək intihar edib. Ağır vəziyyətdə əvvəlcə Göyçay Mərkəzi rayon Xəstəxanasına çatdırılan, oradan isə təcili Baklıya aparılan M. İbrahimli yolda keçinib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Azərbaycanda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
|
|
Göyçay rayonunda mikroavtobusla minik avtomobili toqquşub. APA-nın məlumatına görə, hadisə yanvarın 16-da saat 17.00 radələrində Ucar-Göyçay yolunda, Göyçay rayonunun Xəlilli kəndi ərazisində baş verib. Ucar-Göyçay marşrutu üzrə hərəkət edən “RAF” markalı, 10 LC 289 dövlət nömrə nişanlı mikroavtobusla 10 TM 371 dövlət nömrə nişanlı, “QAZ 3110” markalı avtomobil toqquşub.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Daha üç nəfər dəm qazının qurbanı olub
|
Yasamalda iki qadın, zərdabda isə kriminal avtoritet boğulub
Daha üç nəfər dəm qazının qurbanı olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Yasamal rayonu ərazisində yaşayan Aysel Əliyeva evində tanışı Fərqanə Tapdıqova dəm qazından zəhərlənərək dünyasını dəyişib. Zərdab rayonunda isə Şirin Hüseynov hamamda çimərkən dünyasını dəyişib.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Mənzilində əxlaqsızlıq yuvası təşkil edən şəxs yaxalanıb
|
|
Mənzilində əxlaqsızlıq yuvası təşkil edən şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Valentina Mironenkodur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Valentina Mironenko N.Tusi küçəsindəki mənzilində əxlaqsızlıq yuvası saxlamaqda təqsirləndirilir. O, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edirmiş.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Vətəndaşlardan xeyli narkotik götürülüb
|
Cəlilabad sakini narkotiki könüllü təhvil verib
Vətəndaşlardan xeyli narkotik götürülüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Firudin Axundovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış keçirilib. Bu zaman əvvəllər məhkum olunan Nəcimə Nağıyevaya məxsus 4 kiloqram 589,6 qram tiryək aşkar edilərək götürülüb.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Qaçırılan iki avtomobil sahibinə qaytarılıb
|
|
Qaçırılan iki avtomobil sahibinə qaytarılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi qəsəbə sakini Sakit Kərimova məxsus "VAZ-2107" markalı avtomaşın evinin qarşısından qaçırılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Binəqədi qəsəbə sakinləri Vüsal Mehdiyev və Kənan Məmmədov Yeni Suraxanı qəsəbəsi ərazisində Suraxanı RPİ əməkdaşları tərəfindən tutulub. Hər iki şəxs Binəqədi RPİ-yə təhvil veriliblər.
|
Oxumaq
17.01.12
|
| |
|
|
|