|
Abidal xəstə uşaqlara kömək üçün fond yaradır
|
|
Yəqin ötən mövsümün gedişində "Barselona"nın fransız müdafiəçisi Erik Abidalın qara ciyərindəki bədxassəli şişlə əlaqədar cərrahi müdaxiləyə məruz qaldığını xatırlayırsız. Əməliyyat uğurlu alınmış və futbolçu yenidən yaşıl meydanlara dönmüşdü. Həmin vaxtdan bəri həyatının və məqsədlərinin çox dəyişdiyini söyləyən Erik bunu növbəti dəfə əməliylə sübut edib.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Aylton realiti-şouda
|
Mətbuat bunu forvardın böyük məbləğdə borcunun olması ilə izah edir
"Verder"in sabiq hücumçusu və 2004-cü ildə bundesliqanın bombardiri olmuş Aylton Almaniyadakı realiti-şouların birinin iştirakçısı olacaq. Yerli mətbuat bunu forvardın böyük məbləğdə borcunun olması və hər yolla bu borcu qaytarmağa çalışmasıyla izah edib. Amma Aylton özü maddi durumu barədə fərqli fikirlər səsləndirib: "Mənim pulla bağlı problemim yoxdur. Braziliyada fermam var və o, mənə kifayət qədər gəlir gətirir".
|
Oxumaq
17.01.12
|
| |
|
|
Rövnəq Abdullayev inşası davam edən stadionda
|
|
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezident Rövnəq Abdullayev Bakı şəhəri, 8-ci kilometr qəsəbəsində inşa edilən stadionda olub. Apasport.az saytının məlumatına görə, tikinti işlərinin gedişi ilə tanış olan AFFA prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib. 8-ci kilometr qəsəbəsində inşa olunan stadion FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin startına 3 ay qalmış hazır olacaq. Dünya çempionatının bəzi oyunları bu stadionda keçiriləcək.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Elmar Baxşıyev “Qəbələyə keçir
|
Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq
“Elmar Baxşıyevlə ortaq məxrəcə gəlmişik. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.
|
Oxumaq
17.01.12
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|