|
Aeroport yolunda ağır qəza
|
Minik avtomobili avtobusa çırpılıb, 11 nəfər yaralanıb
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, "Daewoo" markalı sərnişin avtobusu ilə Ağsu rayon sakini Pərviz Veysəlovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşub. Nəticədə P.Veysəlov və sərnişini Süleyman Cavadov hadisə yerində ölüblər.
|
Oxumaq
11.01.12
|
| |
|
|
|
|
|
|
|
|
|
|
Sübhün səfiri
|
Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyi TÜRKSOY çərçivəsində qeyd ediləcək
TÜRKSOY 2012-ci ili “M.F.Axundov ili” elan edib. Belə ki, milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi təşkilat tərəfindən müsbət dəyərləndirilib. Hazırda “M.F.Axundov ili”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.
|
Oxumaq
11.01.12
|
| |
|
|
Dayısını qətlə yetirən şəxs 7 ay sonra ələ keçib
|
Babaəli Qəmbərov bibisinin bağ evində yaxalanıb
Ötən ilin yayında qətl törədən şəxs ələ keçib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Babəli Qəmbərovdur. B.Qəmbərov il iyunun 29-da Bakı şəhər Əbilov küçəsində mübahisə zəminində Eyvaz Həkimovu ov tüfəngindən atəş açaraq qətlə yetirib.
|
Oxumaq
11.01.12
|
| |
|
|
Qətl törədən şəxslərin məhkəməsi yekunlaşıb
|
Dostlardan biri 8 il müddətinə azadlıqdan məhrum edilib, digəri isə 8 ay islah işlərinə cəlb ediləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Ehtiram Şərifov və Əli Quliyev cavab verib. İttihama görə, Ehtiram Şərifov 2011-ci il martın 9-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində Şeydulla Nəcəfovu sərxoş vəziyyətdə döyərək öldürüb. Ehtiram Şərifov hadisədən sonra gizlənsə də, martın 13-də həbs edilib.
|
Oxumaq
11.01.12
|
| |
|
|
Avtomobil dərəyə yuvarlandı
|
2 nəfər həlak oldu
Şirvan-Salyan yolunda baş verən ağır yol qəzasında 2 nəfər ölüb. Bu barədə APA-ya Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi Rəsul İbayev məlumat verib. Srağagün axşam saatlarında Şirvan şəhəri istiqamətində hərəkət edən “Mercedes-190” markalı avtomobil iki rayonun arasında yolun kənarındakı dərin dərəyə yuvarlanıb. Qəza barədə yalnız səhər saatlarında xəbər tutulub.
|
Oxumaq
11.01.12
|
| |
|
|
Belarusda sərhəddə lağım ataraq Polşaya keçmək istəyən azərbaycanlı saxlanılıb
|
Belarus sərhədçiləri bu ölkədən qanunsuz yolla Polşaya keçmək istəyən Azərbaycan vətəndaşını saxlayıblar. APA bu barədə Belarus KİV-lərinə istinadən məlumat verib. Saxlanılan şəxs, 48 yaşlı Azərbaycan vətəndaşı yanvarın 8-də Brest istiqamətində sərhəd çəpərinin altından lağım qazaraq Polşaya keçmək istəyib. Lakin o, yarım saat sonra sərhədin 2 kilometrliyində saxlanılıb. Hazırda faktla bağlı Belarus Dövlət Sərhəd Komitəsində təhqiqat aparılır.
|
Oxumaq
11.01.12
|
| |
|
|
|