Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 11.1.2012
Səhifələr : # « 1 2 3
Ançelottinin Demba Ba istəyi
PSJ-nin yeni çalışdırıcısı Karlo Ançelottinin bu ay Demba Banı sərəncamında görmək istədiyi məlum olub. Lakin "Nyukasl"ın seneqallı hücumçusu parislilərin sıralarına mövsümün gedişində qoşulmaq niyyətində deyil.
Bununla belə, o, karyerasını Ançelottinin komandasında davam etdirmək perspektivinə yaxşı yanaşır: "PSJ-yə keçid? Niyə də olmasın? Bu mümkündü.
Oxumaq
11.01.12  
 
Qleb "Auqsburq"un düşərgəsində
Aleksandr Qleb Münhendə bərpa məşğələləri keçəndən sonra "Auqsburq"un düşərgəsinə yollanıb. O artıq bu komandanın bazasında məşq edir. Xatırladaq ki, Belarus millisinin yarımmüdafiəçisi cari mövsümün ilk yarısında icarə qaydasıyla şərəfini qoruduğu "Volfsburq"u tərk etmişdi. Amma onun xidmətində transfer hüququna malik olan "Barselona" da maraqlı deyil. "Auqsburq"un icraçı direktoru Andreas Rettik Aleksandrın onlardan optimal formaya düşmək üçün bu komandanın bazasında məşq etməsinə razılıq verməyi xahiş etdiyini bildirib.
Oxumaq
11.01.12  
 
Pakistanda son ayların ən güclü partlayışı baş verib
Azı 26 nəfər ölüb, 50-dən çox adam yaralanıb
Pakistanın Xayber tayfa regionunun Camrud şəhərində güclü partlayış baş verib. Hərbçilərin hədəf olduğu bildirilən partlayış nəticəsində 26 nəfər ölüb, 50-dən çox adam isə yaralanıb.
Oxumaq
11.01.12  
 
Nazir qohumlarını işdən qovdu
Tacikistanın daxili işlər naziri Ramazan Rahimov milis sistemində xidmət edən bütün qohumlarını işdən çıxarıb. «Avesta» nəşri yazır ki, o, bunu korrupsiyaya qarşı mübarizə qanununa uyğun həyata keçirib. Bu qanun dövlət idarəsində rəhbər adamın nəzarəti altında qohumların işləməsini qadağan edir.
Oxumaq
11.01.12  
 
Böhran Belçika kral ailəsini də «vurdu»
Belçika kralı II Albert 2012-13-cü illər kral ailəsi üzvlərinin saxlanılması xərclərinin azaldılmasını təklif edib. Bunu «France-Presse» agentliyi kral sarayına istinadən yayıb.
Oxumaq
11.01.12  
 
Fransa, ABŞ və BMT İrana xəbərdarlıq edib
Fransa İranın uranı zənginləşdirməsini qətiyyətlə pisləyərək bildirir ki, bu hərəkət Tehrana qarşı yeni sanksiyaların tətbiq olunmasına gətirəcək. Bu barədə Fransa XİN-in nümayəndəsi Romen Nadal deyib: “Tehranın yeni təxribatı bizi vadar edir ki, Avropadakı müttəfiqlərimiz və digər tərəfdaşlarımızla İrana qarşı yeni və sərtliyi görünməmiş dərəcədə olan sanksiyalara əl ataq”.
Oxumaq
11.01.12  
 
ABŞ İranda casusunun həbs olunmadığını açıqlayıb
ABŞ hökuməti İranın həbs etdiyi gənc casusun ABŞ-a məxsus olmadığını açıqlayıb. Ağ evin mətbuat katibi Cey Karni bildirib ki, həbs olunan Əli Mirzə Hikmətinin İrana Mərkəzi Kəşfiyyat Agentliyindən göndərilməsi xəbəri yalandır. Onun sözlərinə görə, İran hökuməti insanlara zor tətbiq etməklə onları özlərini ABŞ casusu kimi təqdim etməyə məcbur edir.
Qeyd edək ki, İran hökuməti Hikmətini ABŞ-a məlumat ötürməkdə günahlandırır. Ötən gün isə İran Ali Məhkəməsi casusa edam hökmü oxuyub.
Oxumaq
11.01.12  
 
Merkel və Sarkozi görüşüb
Almaniyanın paytaxtı Berlində kansler Angela Merkellə Fransa prezidenti Nikola Sarkozi görüşüb. Almaniya kanslerinin iqamətgahında keçirilən görüşdə iki lider Avropa borc böhranı ilə bağlı görüləcək tədbirləri müzakirə ediblər.
Merkel və Sarkozi Avropanın maliyyə böhranından çıxması üçün iqtisadi artım və məşğulluğun artması məsələlərinin həlli yolunu axtaracaqlar.
Oxumaq
11.01.12  
 
“Ziyalı” maskasının cırılması
Görəsən Rüstəm İbrahimbəyova Şəhidlər Xiyabanı yaxınlığında restoran tikməyə icazə versəydilər, o, özünə ziyalı deyərdimi?
Oxumaq
11.01.12  
 
Ucqar rayonlarda pensiyalar səyyar bankomatlardan çıxarılacaq
Səlim Müslümov: “Səyyar bankomatların nə vaxt gələcəyi pensiyaçılara əvvəlcədən xəbər veriləcək”
Oxumaq
11.01.12  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •