Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 10.1.2012
Səhifələr : # « 1 2 3
Neftçiləri daşıyan avtobus kanala düşüb
Bir nəfər dünyasını dəyişib

Salyanda neftçiləri daşıyan avtobus kanala düşüb.Salyan rayon polis şöbəsinin istintaq şöbəsinin rəisi Əlibaxış Məmiyev Trend-ə bildirib ki, yanvarın 9-u səhər saatlarında rayonun Kürsəngi kəndi ərazisində “Salyan OİL” Əməliyyat Şirkətinə məxsus, sürücü Sübhan Ələsgərovun idarə etdiyi “KAVZ” markalı avtobus kanala aşıb.
Oxumaq
10.01.12  
 
Xırdalanda törədilən qətlin təfərrüatları məlum olub
Kənan Hümmətovu qətlə yetirməkdə şübhəli bilinən daha bir nəfər həbs olunub

Ötən həftə Xırdalanda törədilən qətlin bəzi təfərrüatları məlum olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, yanvarın 4-də Kənan Hümmətovu qətlə yetirməkdə şübhəli bilinən daha bir nəfər həbs olunub. Həmin şəxs Xırdalan şəhər sakini Pərviz Ağakişiyevdir. Hadisədən sonra qaçıb gizlənən P.Ağakişiyev Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Oxumaq
10.01.12  
 
Martins xeyriyyəçi rolunda
Obafemi Martins vətənində xeyriyyəçilik fəaliyyətiylə məşğul olmaq qərarına gəlib. "Rubin"in hücumçusu Nigeriyada öz adına xeyriyyə fondu yaradıb.
Obafemi yaxın günlərdə həmin fonda 2,5 milyon dollar pul köçürəcək: "Mən həmişə cəmiyyətə bir çox baxımdan faydalı olmaq istəyimi dilə gətirmişəm.
Oxumaq
10.01.12  
 
"Liverpul"un yarımmüdafiəçisi həbs edilib
Stüart Dauninq problemli vəziyyətə düşüb. "Liverpul"un yarımmüdafiəçisi bazar günü səhər saatlarında həbs edilib. Bu mövsüm İngiltərə çempionatında 20 oyuna çıxan Stüart bir nəfərə xəsarət yetirməkdə ittiham olunur. Deyilənə görə, 27 yaşlı futbolçu gecə klublarından birində düşən dava-dalaşın əsas günahkarıdır. Qarşıdurmanın gedişində onun keçmiş qız tanışına zərbə endirdiyi də bildirilir. Maraqlısı odur ki, zərərçəkən də polis idarəsinə çağırılıb.
Oxumaq
10.01.12  
 
Luçesku cərrahiyyə əməliyyatı keçirdi
Buxarest şəhərində aparılan əməliyyat uğurla nəticələnib

Ötən cümə günü avtomobil qəzasına məruz qalan Mirça Luçeskunun cərrahiyyə əməliyyatına ehtiyac duymadığı xəbər verilsə də, təcrübəli mütəxəssis sonradan əməliyyatdan qaça bilməyib.
Oxumaq
10.01.12  
 
Kataloniya derbisində bərabərlik
İspaniya La Liqasında XVII tura start verilib. İlk oyun günündə 5 qarşılaşma baş tutub.

Madrid "Real"ı turu böyük hesablı qələbə ilə başa vurub. “Qaranada” ilə görüşdə fasiləyə 2:1 üstün yollanan "kral klubu" ikinci hissədə daha 3 dəfə fərqlənib. Bununla da, növbəti qələbəsini qazanan "Real" liderliyini qoruyub.
“Real”ın əzəli rəqibi “Barselona” isə turu 1 xalla başa vurub. Xosep Qvardiolanın komandası Kataloniya derbisində “Espanyol”un qonağı olub.
Oxumaq
10.01.12  
 
İqtisadçı” baş məşqçisini qovdu
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının cari mövsümdə ilk istefası reallaşıb. “İqtisadçı” klubunun italiyalı baş məşqçisi Emanuele Sbano tutduğu vəzifəsindən qovulub.
Bakı təmsilçisinin çıxışı rəhbərliyi razı salmadığı üçün Sbano vətəninə yola salınıb. Onun postu müvəqqəti olaraq, köməkçi məşqçi Eldar Əliyevə tapşırılıb.
Oxumaq
10.01.12  
 
Sovet dövrdən qalan əmanətlərin qaytarılma mexanizmi açıqlandı
Əmanətlərin qaytarılmasının təmin edilməsi məqsədilə qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsi tərəfindən hazırlanıb

Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Əmanət Bankına qoyulmuş əmanətlərinin qaytarılmasının təmin edilməsi üzrə mexanizmi hazırlayıb. Bu barədə yanvarın 9-da Trend-ə millət vəkili Əli Məsimli deyib.
Oxumaq
10.01.12  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •