|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qiymətli kağızlar bazarının inkişafı üçün işlər mərhələlərlə aparılacaq
|
2020-ci ilə qədər Azərbaycanın kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaq
Son illər aparılan iqtisadi islahatlar nəticəsində bu gün ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit, makroiqtisadi sabitlik və ölkənin yüksək investisiya cəlbediciliyi təmin edilib. Görülən tədbirlərin yekunu olaraq, son 10 il ərzində ölkənin ümumi daxili məhsulu təxminən 9 dəfə, ixracat 15 dəfədən çox, strateji valyuta ehtiyatları 31, bank aktivləri 15, əhalinin əmanətləri 36, iqtisadiyyata kredit qoyuluşları isə 19,6 dəfə çoxalıb. Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı da daim diqqət mərkəzində olub.
|
Oxumaq
29.12.11
|
| |
|
|
721 000 manat üçün saxta sənəd
|
Dünya Bankının Bakı Ofisinə saxta sənədlər təqdim edilməsi ilə bağlı araşdırma başlayıb
Dünya Bankının Bakı Ofisinə saxta sənədlər təqdim edən şəxslər barədə cinayət işi başlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, "S.Q.S" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Sumqayıt şəhər sakini Bayram Abdullayev özlərini Dünya Bankının Bakı Ofisinin əməkdaşları kimi təqdim etmiş Bakı şəhər sakinləri Səbinə Cəfərova və Teymur Ağayev ilə cinayət əlaqəsinə girərək Goranboy rayonunda Qarğıdalı Emalı Zavodunun inşası üçün 721 000 manat məbləğində saxta sənədlər tərtib edərək Dünya Bankının Bakı Ofisinə təqdim ediblər. toplanmış materiallar üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb.
|
Oxumaq
29.12.11
|
| |
|
|
Gözətçi diri-diri yandı
|
Zaqatala rayonunda güclü yanğın olub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, yanğın gecə saat 04.00 radələrində ağac emalı sexinin həyətindəki gözətçi otağında meydana gəlib. Yanğın söndürüləndən sonra otaqda ağac emalı sexində gözətçi işləyən 56 yaşlı Zaqatala sakini Kamal Osmanovun yanmış meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Hadisə şahidlərinin dediklərinə görə, tüfeyli həyat tərzi keçirən mərhum daim spirtli içki qəbul edirmiş. Elə ilkin ehtimallara görə, yanğın da məhz Kamal Osmanovun sərxoş vəziyyətlə soba ilə ehtiyatsız davranması nəticəsində baş verib. Faktla bağlı Rayon Prokurorluğunda və FHN Əməliyyat İstintaq idarəsində araşdırma aparılır.
|
Oxumaq
29.12.11
|
| |
|
|
|