|
|
|
|
|
Göyçayda saxta məhsullar götürülüb
|
Dələduzlar "Procter&Gamble" şirkətinin "Ariel" və "Calgon" əmtəə nişanlarından istifadə edirmiş
Göyçayda saxta məhsullar götürülüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumat görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri ərazisindəki "Çingizoğlu" motelinin zirzəmisinə baxış keçirilib.
|
Oxumaq
28.12.11
|
| |
|
|
|
|
Ər həyat yoldaşını baltalayıb
|
Daha sonra özünə də xəsarət yetirən Əli Ağaəliyevin vəziyyəti qənaətbəxşdir
Paytaxtda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində törədilib. Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Əli Ağaəliyev ailə münaqişə zəminində arvadı Kifayəti balta ilə qətlə yetirib. Ə.Ağaəliyev sonradan balta ilə özünün baş nahiyəsinə də xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Ağaəliyevin vəziyyəti qənaətbəxşdir.
|
Oxumaq
28.12.11
|
| |
|
|
Əsgərin cəzası yüngülləşdirilib
|
Şirvan Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə fərarilikdə təqsirləndirilən əsgərin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Cəbrayıl Heydərov cavab verib. C. Heydərov hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 334-cü (fərarilik) maddəsi ilə ittiham olunub. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Onu cəzasından 1 il çıxılıb və barəsində 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Füzuli rayon Məhkəməsinin hökmü ilə C.Heydərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
28.12.11
|
| |
|
|
Qətl törədən şəxsin apelyasiya şikayəti təmin edilib
|
Saunada qadını qətlə yetirən Ramil Qafarov məcburi müalicəyə göndərilib
Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən şəxsin apelyasiya şikayətinə baxılıb. Məhkəmə qarşısında Ramil Qafarov cavab verib. Prosesdə apelyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayəti təmin edilib.
|
Oxumaq
28.12.11
|
| |
|
|
3 məktəblini vuran sürücü saxlanılıb
|
Dekabrın 26-da Biləsuvar rayonu Aşağı Cüləli kəndində 3 məktəblini maşın vurub. Baş Dövlət Yol Polis İdarəsi Biləsuvar rayonunda məktəbli qızların maşınla vurulması ilə bağlı məlumat yayıb. Məlumata görə, dekabrın 26-da saat 08:30 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Qismət Əli oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 90-GK-472 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 azyaşlı piyadanı vurub. Nəticədə 2005-ci il təvəllüdlü piyadalar - Bağırova Rəvanə İsa qızı və Abışova Türkanə Rövşən qızı hadisə yerində ölüb, 2003-cü il təvəllüdlü Abışova Fidan Rövşən qızı isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Maşının sürücüsü Qismət Əliyev saxlanılıb.
|
Oxumaq
28.12.11
|
| |
|
|
Naməlum şəxs bıçağı 22 yaşlı gəncin ürəyinə soxdu
|
Gənc oğlan Bakının tanınmış şadlıq evinin qarşısında qətlə yetirildi
Paytaxtda gənclər arasında dava ölümlə nəticələnib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Həsən Əliyev küçəsində, “Kral” şadlıq evinin yaxınlığında qeydə alınıb. Bir qrup gənc arasında dava düşüb. Hadisə zamanı iki nəfər 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, İ.Yahyayevin həyatını xilas etmək mümkün olmayıb. Hazırda hadisə iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
|
Oxumaq
28.12.11
|
| |
|
|
Sumqayıtda yaşayış evinə silahlı basqın
|
Mənzildən 1700 manat pul və 2000 manat dəyərində qızıl əşyaları aparılıb
Sumqayıtda yaşayış evinə silahlı basqın olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Sumqayıt şəhərinin "Qurd Dərəsi" bağlar yaşayış sahəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Mahir Hüseynovun evinə girən maskalı 3 naməlum şəxs onu və arvadı Dilşadı bıçaqla hədələyərək əllərini bağlayıb. Oradan 1700 manat pul və 2000 manat dəyərində qızıl əşyaları aparılıb. İlkin əməliyyat-axtarış tədbirləri Sumqayıt ŞPİ tərəfindən aparılır.
|
Oxumaq
28.12.11
|
| |
|
|
|