Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 9.9.2010
Səhifələr : # « 1 2
“İlk ayaq basdığım andan Bakı məni özünə heyran etdi”
Fethi Gedikli: “Dünyagörüşüm Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin fikirlərindən qidalandı”
Oxumaq
09.09.10  
 
Azərbaycan filmi beynəlxalq festivalda mükafat alıb
Rumıniyada ənənəvi 12-ci Beynəlxalq “Eko-etno-folk” festivalı keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, festivalda 34 ölkədən 140 film nümayiş olunub. Festivalda Azərbaycan filmi böyük uğur qazanıb. AzTV-nin proqram direktorluğunun dizayn və anons şöbəsinin baş rejissoru Yusif Quliyevin “Xoşbəxt olun” sənədli filmi festivalın etno-kino mükafatına layiq görülüb.
Film Azərbaycanın qədim adət-ənənələrinin əks olunduğu toy şənliyinə həsr edilib. Çəkilişləri Masallıda aparılan filmin prodüsseri Alina Abdullayevadır.
Oxumaq
09.09.10  
 
Ancelina Coli Pakistana gedib
Bir müddət əvvəl o, dünya ictimaiyyətini güclü daşqınların baş verdiyi Pakistana yardımları artırmağa çağırmışdı

Məşhur aktrisa, BMT-nin xoşməramlı səfiri Ancelina Coli güclü daşqınların baş verdiyi Pakistana səfər edib. Məqsəd dünya ictimaiyyətinin diqqətini  daşqınların təsirinə məruz qalmış və humanitar yardıma ehtiyacı olan insanların problemlərinə yönəltməkdir. Aktrisa ikigünlük səfərinə də məhz  təbii fəlakət  bölgəsindən başlayıb.
Oxumaq
09.09.10  
 
Heydər Əliyev Sarayı yeni layihəyə start verib
Heydər Əliyev Sarayının təşəbbüsü ilə gənc ifaçılara dəstək olmaq məqsədi ilə sentyabrın 28-də “Böyük səhnəyə yol” adlı konsert proqramı keçiriləcək.

Bu barədə Lent.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib: “Əməkdar artist Aybəniz Haşımovayla çalışmağa qərar verdik. 1975-80-cı illərdən başlayaraq, nəinki gənc ifaçıların - estrada müğənnilərinin, aşıqların, muğam ifaçılarının, hətta bir sıra aktyorların üzə çıxmasında böyük rolu olan “İstedadlar axtarırıq” adlı müsabiqələrin keçirilməsini nəzərə alsaq, artıq bu sahədə Heydər Əliyev adına Sarayın böyük təcrübəsi olduğunu görərik.
Oxumaq
09.09.10  
 
Mayer Mint məhsullarınınû istehsalı və satışı eksklüzivdir
Bu məhsullar elektron mağazada satılır

Lap qədim dövrlərdə saraylarda və sənətkar emalatxanalarında numizmatik əşyalar hazırlanırdı, xalqların və millətlərin incəsənət və tarixi bəzən bu cür nümunələr əsasında öyrənilir. Orta əsrlərdən başlayaraq, numizmatika sənəti daim kolleksiya həvəskarlarının diqqət mərkəzində olub. Qədim dövrlərdən başlamış orta əsrlərə qədər dövlət başçılarının saraylarında sikkəxanalar fəaliyyət göstəriblər, numizmatik əşyaların, pulların hazırlanması üçün xüsusi olaraq nəqqaşlar, digər sənət sahibləri çalışıblar.
Avropada kapitalist münasèbətləri inkişaf etdiyi mərhələdə isə xüsusi zərbxanalar yaradılmağa başlandı. Dünyada tanınmış zərbxanalar ilk dəfə Avropa ölkələrində yaranmışdır.
Oxumaq
09.09.10  
 
“Azercell”-dən Ramazan bayramı münasibətilə yeni kampaniya
Bayram günlərində balanslarını artıran abonentlər pulsuz hədiyyə konturları qazanacaqlar

“Azercell Telelom” MMC bütün abonentlərini və ümumilikdə Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir. Şirkət bu Ramazan bayramında abonentlərinə sevinc dolu anlar bəxş etmək üçün yeni və cəlbedici kampaniya təqdim edir. Belə ki, 9-12 sentyabr tarixlərində gün ərzində 2 və ya daha çox eyni nominallı kart yükləyən bütün fakturasız xətt (SimSim) abonentləri həmin nominal qədər hədiyyə kontur qazanacaqlar. Hədiyyə konturları abonentlərin balansına yükləndiyi andan etibarən onlar 7 gün ərzində bu konturlardan yalnız şəbəkədaxili zənglər üçün istifadə etməklə sevdiklərini Ramazan bayramı münasibətilə təbrik edə bilərlər.
Onu da qeyd edək ki, abonent gün ərzində hər nominallı kart üzrə bir dəfə hədiyyə kontur qazana bilər.
Oxumaq
09.09.10  
 
""BP-Azərbaycan" Azərbaycandakı payını satmaq niyyətində deyil""
Şirkətin prezidenti Rəşid Cavanşir ANS-ə müsahibəsində belə deyib

"BP-Azərbaycan" şirkəti Azərbaycandakı layihələrdəki payını satmaq niyyətində deyil. Bu bəyanatla "BP-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir ANS-ə müsahibəsində çıxış edib. Onun fikrincə, əksinə "BP-Azərbaycan"a “Şahdəniz”də yeni pay təklif olunsa, şirkət həmin payı hər an almağa hazırdır.
Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Miller BP-nin “Şahdəniz”dəki payını almağa hazır olduqlarını bildirmişdi.
Oxumaq
09.09.10  
 
Berti Foqts: “Mən komandadan başqa oyun gözləyirdim”
“Almaniyalıları qələbə münasibətilə təbrik edirəm. Sözsüz ki, bugünkü səhvləri təhlil edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Avro-2012-nin seçmə mərhələsindəki ilk oyununda Almaniya yığmasına 1:6 hesabı ilə uduzan komandamızın çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında fikirlərini açıqlayıb: “İki müdafiəçimiz oynamırdı. Bilirdik ki, çətin olacaq. Çünki biz dünyanın ən güclü komandasına qarşı oynayırdıq. Bir ildən sonra Bakıda almanlara qarşı tam fərqli çıxış edəcəyik. Ramzan ayı olsa da, bunun oyuna hec bir təsiri olmadı. 3 qolu əlavə vaxtda buraxdıq. Özümüz isə səfərdə qol vurduq. Mən komandadan başqa oyun gözləyirdim, amma alınmadı. Komandada çətinlik var. Çalışacağıq buraxdığımız səhvləri təkrarlamayaq”.
Oxumaq
09.09.10  
 
Yoahim Löv: “Futbolçularımız bu qələbədən həzz aldılar”
“Bizim komanda müdafiə meylli rəqibə qarşı oynadı. Komandam bu oyundan sonra həzz aldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Bundestimin çalışdırıcısı Avro-2012-nin Azərbaycan yığması ilə oyunundan sonra keçirilən mətbuat konfransında böyük hesablı qələbədən məmnun qaldığını bildirib: “Azərbaycan 9-10 nəfərlə müdafiə olundu. Buna baxmayaraq, biz 6 qol vurub qələbə qazandıq. Futbolçularımız bundan həzz aldılar. Bilirdik ki, Azərbaycan ortada 3, arxada 4 futbolçu ilə oynayacaq”.
Oxumaq
09.09.10  
 
“Mercury Prize” mükafatına “The XX” kollektivi layiq görülüb
Mükafat pulunu qrup səsyazma avadanlığa xərcləyəcək

İtv.az “Sky News”-a istinadən xəbər verir ki, hər il ən yaxşı britaniya musiqi albomuna verilən nüfuzlu “Mercury Prize” mükafatı, bu il “The XX” gənc kollektivinin eyni adlı musiqi albomuna təqdim olunub. 
“The XX” əvvəlcədən favorit hesab olunurdu. Lakin qalibin adını açıqlamazdan əvvəl bukmekerlər bildiriblər ki, mükafata 52 yaşlı Pol Ueller  özünün "Wake Up the Nation" adlı  sayca 10-cu albomu ilə iddialıdır.
Oxumaq
09.09.10  
 
Səhifələr : # « 1 2
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •