Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 8.9.2010
Səhifələr : 1 2 3 4 » #
“Çoxlu təkzib verən qəzeti etibarlı informasiya mənbəyi saymaq olmaz”
“Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev hesab edir ki, bir qrup insan «qara piar»la pul qazanır
Oxumaq
08.09.10  
 
Fransızlar pensiyaya gənc çıxmaq istəyirlər
İslahatlar 2 milyona yaxın insanı küçələrə çıxarıb
Oxumaq
08.09.10  
 
“Bakı”nın məşqçisi daha yaxşı oyun haqqında düşünür
Vinfred Şafer: “Hər bir futbolçu mənim üçün dəyərlidir”
Oxumaq
08.09.10  
 
Bu gün jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür
Hər il sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur. Bununla bağlı qərar 1958-ci ilin mayında Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilən IV konqresində qəbul olunub. Bu addım 1943-cü il sentyabrın 8-də qətlə yetirilən çex jurnalisti Yulis Fuçikin xatirəsini əbədiləşdirmək üçün atılıb. Həmin tarixdən etibarən sentyabrın 8-i dünyada olduğu kimi, Azərbaycanda da jurnalistlər tərəfindən əlamətdar gün kimi qeyd olunur. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli hesab edir ki, jurnalistlərin həmrəy olması Azərbaycan gerçəkliyi üçün çox vacibdir. Media nümayəndələri bir çox sahələrdə korperativ maraqlardan çıxış edirlər və özlərini yeri gələndə müdafiə edirlər. Jurnalist ictimai marağa xidmət etdiyi üçün onların həmrəyliyi çox vacibdir. Onlar ictimai marağa xidmət etdiyinə görə, hətta, ictimaiyyət də jurnalisti müdafiə etməlidir.
Oxumaq
08.09.10  
 
Şərhsiz gün
“Üzüm yerdə olacağına, başım yerdə olsun”.  Jorge Luis Borges

Dünən iş otağımızda maraqlı bir müzakirədən sonra həmkarımın sözünün təsiri altında Oslo haqqında ətraflı axtarış aparmağı qərara aldım. Mənə maraqlı gələn dünyanın ən varlı şəhərlərindən olan, yaşam standartları “yaşamağa” imkan verən və əhalisinin 26%-ni immiqrantlar təşkil edən Oslonun görməli yerləri deyildi. İnternetdəki axtarış həmkarımın məlumatını doğruladı. Bu şəhərdə (əhalinin yaşayış səviyyəsi yüksək olsa da) hər gün yüzlərlə insan müxtəlif şəkildə - özünəqəsdlə, bıçaqlanma ilə, yüksək doza ilə dünyasını dəyişir. Maraqlı məlumat isə bu deyil, maraqlı olan odur ki, şəhər köşklərindəki qəzetlərin heç birində kriminal və cinayətləri işıqlandıran səhifələr yoxdur. Əhalinin psixoloji sağlamlığına ən azı maddi rifahı qədər önəm verilir. Sonra da iş yerinə gəlib, stolumuzun üstündə saysız-hesabsız qəzetlərin qan qoxuyan - “asılmışların”, “kəsilmişlərin”, “atılmışların”, “vurulmuşların”, “tutulmuşların” səhifələrini vərəqləməyə başlayıram. Amma bunun lazımlı olduğunu düşünənlər də var.
Oxumaq
08.09.10  
 
Təhsilin köhnə təzə problemi – kadr təminatı
Ötən illərdən miras qalan kadr təminatı problemi yenə də özünü göstərəcək? Ölkə üzrə ştatlı müəllimlərin sayı 159998 nəfərə enib
Oxumaq
08.09.10  
 
Yunanıstan hökumətində ciddi dəyişikliklər
Yunanıstanın baş naziri Yorqos Papandreu hökumətdə ciddi dəyişikliklər edib. Dəyişikliklərin antiböhran tədbirləri ilə əlaqədar olduğu bildirilib. Belə ki, əvvəllər baş nazirin özünün icra etdiyi daxili işlər naziri vəzifəsi Dimitris Drutsasa həvalə edilib. Polis nazirliyinə rəhbərlik edən Mixalis Xrisoxoidis iqtisadiyyat naziri təyin olunub, onun yerinə isə Xristos Paputsis təyin edilib. Bir il əvvəl ləğv edilmiş Ticarət Donanması Nazirliyinin yerinə Dəniz, Adalar və Balıqçılıq məsələləri Nazirliyi yaradılıb. Nazirliyə Yannis Diamantidis rəhbərlik edəcək. Keçmiş iqtisadiyyat naziri Luka Katseli Əmək Nazirliyinə başçılıq edəcək. Əmək naziri Andreas Loverdos artıq səhiyyə naziridir, keçmiş səhiyyə naziri Mariliza Ksenoyannakopulu isə xarici işlər nazirinin birinci müavini təyin olunub. Kostas Skandalidis isə kənd təsərrüfatı naziri vəzifəsində Katerina Badzelini əvəz edib.
Oxumaq
08.09.10  
 
Ayaqqabı və yumurta atəşinin nəticəsi
Bleyer oxucularla görüşməyəcək

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer oxucuları ilə növbəti görüşünü təxirə sala bilər. Keçmiş baş nazir hərbi əməliyyatlar əleyhinə çıxış edən nümayişçilərlə bir daha üzləşməmək üçün Londonda planlaşdırılan görüşdən imtina etməyi düşünür. Qeyd edək ki, ötən həftə İrlandiyanın Dublin şəhərində oxucuları ilə görüşə gələn Toni Bleyer aksiya iştirakçıları tərəfindən ayaqqabı və yumurta atəşinə məruz qalıb. Etiraz aksiyası zamanı ingiltərəli nazir xəsarət almasa da, polis dörd nəfər nümayişçini saxlayıb. “Düzdür, yaranmış vəziyyət məni olduqca narahat edir.
Oxumaq
08.09.10  
 
ETA inamı itirib
Separatçı hərəkatın atəşkəs elanı mərkəzi hakimiyyəti maraqlandırmır

İspaniya hökuməti ETA bask separatçı hərəkatının atəşkəs elanını rədd edib. Hökumət deyir ki, bask separatçı qrupu siyasətə qayıtması üçün ciddi öhdəliklər götürməlidir.
ETA bazar günü silahlı mübarizəni hələ bir neçə ay əvvəl dayandırması və öz məqsədlərinə dinc yolla nail olmaq istəməsi barədə bəyanat vermişdi.
Oxumaq
08.09.10  
 
İran 3 atom bombası yaratmaq imkanına malikdir
Atom proqramı intensivləşdirilib

İran atom proqramını intensivləşdirib və hazırda 3 atom bombası yaratmaq üçün yetərincə zənginləşdirilmiş urana malikdir. Bu, MAQATE-nin son hesabatında qeyd olunur. Hesabatda yazılır ki, hazırda Tehranın 20 faiz zənginləşdirilmiş 22 kiloqram uranı, 2,8 ton 3,5 faiz zənginləşdirilmiş uranı var. MAQATE vurğulayır ki, İran hakimiyyəti bu urandan atom bombası yaratmaq üçün istifadə etməyəcəyini bildirsə də, ekspertlərdə şübhə var.
Oxumaq
08.09.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •