Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 7.9.2010
Səhifələr : 1 2 3 4 » #
Berti Foqts ümidsizdir
“Almaniyada artıq nə isə edə bilmərik”
Oxumaq
07.09.10  
 
Moldovada referendum baş tutmadı
Kvorumun aşağı salınması da işə yaramadı
Oxumaq
07.09.10  
 
“Amerikalı” filmi satış üzrə lider olub
Corc Kluninin iştirak etdiyi “Amerikalı” filmi Amerika prokatında “Maçete” filmini geridə qoyub

İtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məşhur fotoqrafçı və klipmeyker Anton Korbiynanın çəkdiyi “Amerikalı” filmi payız mövsümünün ilk həftə sonu Amerika prokatının lideri olub. Film sentyabr ayının 3-dən 5-nə kimi 13 milyon dollar qazanıb.
 Bu həftə sonu isə «Amerikalı» filmin satışdan 16 milyon dollar qazanacağı gözlənilir.
Satış üzrə ikinci yerə 11,5 milyon dollar kassa mədaxili ilə “Basqınçılar” filmi yer alıb. Bir həftə öncə bu film 21 miyon dollar qazanaraq satış üzrə lider olub.
Oxumaq
07.09.10  
 
“Azdrama”-nın açılışı yaxın aylarda olacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında aparılan əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir

Teatrın direktoru İsrafil İsrafilovun Lent.az-a verdiyi məlumata görə, hazırda əsasən texniki işlər həyata keçirilir: “Avadanlıqlar yerləşdirilir, telefon xətləri çəkilir, liftin işi tənzimlənir. Bundan başqa binanın ətrafı abadlaşdırılır. Əsas işin 95 faizi artıq həyata keçirilib”.
Direktorun sözlərinə görə, teatrın açılışı yaxın aylarda baş tutacaq. Noyabrın əvvəlində dünyanın məşhur teatrşünaslarının iştirakı ilə baş tutacaq iki günlük Beynəlxalq Teatr Konfransı məhz teatrın yeni binasında keçiriləcək. Bundan başqa həmin ay Çexov adına Beynəlxalq teatr festivalının “İpək yolu” mərhələsi də baş tutacaq.
Oxumaq
07.09.10  
 
Musiqili Komediya Teatrının sosial layihəsi
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi kimsəsiz ahılları yad etmək və onları Müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmək üçün Bilgəh qəsəbəsindəki qocalar evinə baş çəkəcək.
Sentyabrın 9-da keçiriləcək konsert proqramında teatrın aparıcı aktyorları Əliməmməd Novruzov, Ülkər Əliyeva, Günay Əhmədova, Novruz Qartal, Rəsmiyyə Nurməmmədova, Ramil Qasımov, müğənni Aqil Rzayev iştirak edəcək. Qonaqlar konsert proqramı ilə yanaşı, həm də tamaşalardan səhnələr göstərəcəklər.
Oxumaq
07.09.10  
 
Müğənni Rəqsanə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılovanın səhhətində ciddi problem yaranıb. Trend Life-ın məlumatına görə, bu, ifaçısının sayca 10-cu plastik cərrahiyyə əməliyyatı keçirməsindən sonra baş verib.
Rəqsanənin prodüsseri Təranə Səmədova bildirib ki, əməliyyat bu gün səhər Bakıdakı Xətai klinikasında keçirilib. "Səhər Rəqsanə mənə əməliyyata girdiyi haqda SMS yazdı. Sonradan onun bacısı mənə Rəqsanənin səhhətinin kəskin şəkildə pisləşdiyini bildirdi. Rəqsanə telefonu söndürdüyündən onunla əlaqə yarada bilmədim".
Rəqsanənin əməliyyat keçirdiyi klinikadan müğənninin orada olduğunu təsdiqləsələr də, onun səhhəti haqda hər hansı açıqlama verməyiblər.
Oxumaq
07.09.10  
 
“Boney M” qrupu Bakıda konsert verdi
Azərbaycanın əsas pivə istehsalçısı olan “Baltika-Bakı” şirkətinin sponsorluğu ilə “Boney M” qrupunun Bakıda əfsanəvi konserti keçirilib. Mərdəkanda dəniz kənarında keçirilən konsertdə “Boney M” qrupu “Daddy Cool”, “Ma Baker”, “Rasputin”, “Sunny” və digər hit mahnılarını ifa edib.
Oxumaq
07.09.10  
 
Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq
Dövlət Film Fondunda xalq rəssamı Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O bildirib ki, bu arxiv kolleksioner Miçiaşvili tərəfindən Moskvadan fonda daxil olmuş foto-sənədlərdən, eləcə də bu yaxınlarda Litva vətəndaşının şəxsi arxivindən daxil olacaq foto-sənədlərdən təşkil olunacaq. C. Quliyevin sözlərinə görə, Litvanın şəxsi arxivindən Tahir Salahovun 8 foto-sənədi təqdim olunacaq.
Bununla yanaşı, bu günlərdə Litvadan Dövlət Film Fonduna unikal foto sənədin neqativi təqdim olunub. Mərhum ölkə başçısı Heydər Əliyev, xalq rəssamı Tahir Salahov və xalq yazıçısı İmran Qasımovun birgə fotosu 1970-ci ilin ortalarında Moskvada Kreml Sarayında lentə alınıb.
Oxumaq
07.09.10  
 
Mədəniyyət telekanalının açılması ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı
Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədri deyib ki, elan olunan müsabiqəyə bir ay ərzində yalnız “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib. Şura yalnız bir iştirakçı müraciət etdiyi üçün qanunvericiliyin tələblərini əsas tutaraq müsabiqənin müddətinin bir ay uzadılması barədə qərar qəbul edib.
Oxumaq
07.09.10  
 
Piyadaların ölümü ilə nəticələnən yol qəzaları
Beş nəfər həyatını itirib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Xətai rayonu ərazisindəki M.Hadi küçəsində Bakı şəhər sakini Taleh Həsənov "Daewoo" markalı avtomaşını idarə edərkən həmyerlisi Hüseyn Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən H.Əliyev orada dünyasını dəyişib.
Nərimanov rayonu ərazisindəki Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomaşınla şəxsiyyəti hələlik müəyyən edilməyən 35-40 yaşlı kişi vurulub.
Oxumaq
07.09.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •