|
|
|
|
|
|
|
«İstənilən halda “qara piar”a qarşıyam»
|
|
Əli Əhmədov: “Mətbuat Şurası “qara piar” kampaniyasının əleyhinə “dişsiz” bəyanatlar vermək əvəzinə, bunun qarşısını almaq üçün təsirli addımlar atmaq barədə düşünməlidir”
|
Oxumaq
04.09.10
|
| |
|
|
"Range Rover" qəzaya uğrayıb
|
Bir nəfər həyatını itirib
Nərimanov rayonu ərazisindəki A.M.Cümə küçəsində, İmişli rayon sakini Ramil İbadovun idarə etdiyi "VAZ-2104" markalı və "Yuni Lizinq" şirkətinə məxsus "Range Rover" markalı avtomaşınlar toqquşub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, nəticədə R.İbadov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan sərnişini, İmişli rayon sakini Namiq Aslanova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.
|
Oxumaq
04.09.10
|
| |
|
|
Lənkəranda intihar
|
Mərhum özünü tut ağacından asıb
Lənkəran şəhərində intihar hadisəsi baş verib. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Cavid Nəsirov xalasına məxsus yaşayış olmayan tikilinin həyətindəki tut ağacından özünü asıb. Meyitin tibbi ekspertizasından sonra intiharın bir sutka öncə edildiyi müəyyənləşdirilib. Mərhum Lənkəran şəhər İcra Hakimiyyətinin şöbə müdirinin oğludur. Faktla bağlı Lənkəran Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.
|
Oxumaq
04.09.10
|
| |
|
|
Axtarışda olan iki nəfər saxlanılıb
|
Rusiyada yaxalanan həmin şəxslərdən biri artıq respublikamıza gətirilib
Hüquq-mühafizə orqanları axtarışda olan şəxsləri yaxalayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs yaxalanıb. Rusiya Federasiyasında saxlanılan Kitabəli İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə axtarışda olub.
|
Oxumaq
04.09.10
|
| |
|
|
Paytaxtda qətl hadisəsi
|
Tovuz sakini aldığı bıçaq yarasından həyatını itirib
Suraxanı rayonu ərazisində dörd nəfər arasında düşən dava ölümlə nəticələnib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Rayon sakini Məmmədvəli Xalıqov münaqişə zaminində Tovuz rayon sakini İnqilab Məmmədovu bıçaqla qətlə yetirib. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Xalıqov saxlanılıb. İlkin dindirmədən sonra məlum olub ki, İnqilab Məmmədovu qətlə yetirən Xətai rayonunda qeydiyyatda olan Xalıqov Məmməd Sübhan oğludur.
|
Oxumaq
04.09.10
|
| |
|
|
Lənkəranda silahlı insident
|
Məscidin yaxınlığına yığışan sakinlərə açılan atəş nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb
Lənkəran şəhərinin silahlı insident yaşanıb. Hadisə sentyabrın 3-də saat 00.15 radələrində rayonun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirib, birini isə yaralayıb. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə isə Qumbaşı kənd məscidinin yaxınlığında baş verib.
|
Oxumaq
04.09.10
|
| |
|
|
Bir gündə 42 cinayət
|
Bağlı qalan 4 cinayətin üstü açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 24-ü “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb ki, nəticədə 1 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər saxlanılıb.
|
Oxumaq
04.09.10
|
| |
|
|
|