|
|
|
Türkiyə BMT Təhlükəsizlik Şurasına sədr statusunda
|
|
Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrliyinə start verilib. Ölkə mətbuatı bu hadisəni «Türkiyə üçün böyük gün» kimi başlıqlarla ictimaiyyətə çatdırır. Türkiyənin sədrliyi dövründə xüsusilə bu ay BMT çərçivəsində mühüm tədbirlərin keçirilməsi planlaşdırılır. Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrliyi dövründə sentyabr ayında BMT Baş Məclisinin 65-ci sessiyası keçiriləcək. Sessiyada BMT-yə üzv olan 192 ölkənin dövlət və hökumət başçıları, həmçinin yüksək rütbəli nümayəndələrinin iştirakı planlaşdırılır.
|
Oxumaq
03.09.10
|
| |
|
|
Yaxın Şərqdə sülh üçün son cəhd
|
İsrail-Fələstin danışıqlarına yalnız Obama ümid bağlayır
Birləşmiş Ştatlar prezidenti Barak Obama bəyan edib ki, Vaşinqtonda aparılan Yaxın Şərq sülh danışıqlarında tərəqqi əldə edilməkdədir. Obama Ağ Evdə Fələstin lideri Mahmud Abbasla keçirdiyi danışıqlarını müsbət dəyərləndirib: «Biz irəliləyişə nail olduq». Onun sözlərinə görə, rəsmi Vaşinqton Yaxın Şərqdə mövcud olan münaqişənin həllinin tərəfdarıdır, eyni zamanda İsrail ilə mehriban qonşuluq prinsipləri əsasında yaşayacaq Fələstin dövlətini görmək niyyətindədir.
|
Oxumaq
03.09.10
|
| |
|
|
Formaca məktəb
|
Məktəbli forması təcrübəsi uğurlu addımdır. Forma məktəbi uzaqdan “cənnət” kimi göstərir. Hamının bərabərhüquqlu olduğu “cənnət”. Amma bu, sadəcə, uğursuz görüntüdür. Beyin qutumuzdakı cənnətdən çox uzaq görüntü.
Bu yaxınlarda forumların birində belə bir şüar oxudum: “İnsanlar mələk olsun istəyirsənsə, onlar üçün cənnət yarat”. O hesabla fikirləşdim ki, deməli, biz nə o cənnətdən, nə də mələklərdən nəsibimizi ala bilməyəcəyik. Üstəlik, neçə ki bizim məktəblər təhsildən başqa hər şey verir, deməli, o cənnət heç olmayacaq. Neçə ki şagirdlərin rüşvət anlayışı məktəbdə formalaşır, neçə ki balacalar sinifli cəmiyyətin mənfilərinin təsiri altında həyatdan özünü qanan kimi küsür, neçə ki direktorlar məktəblərin sahibidir, neçə ki məktəblərdə pedaqoji qabiliyyəti olmayan “müəllimciklər” dərs deyir, biz o cənnətə çox uzağıq.
|
Oxumaq
03.09.10
|
| |
|
|
|
|
|
|
|